• Baxış sayı 337

“ARXALI KÖPƏKLƏR QURD BASMAQ” YOLUNDA !!!

HAYDI CƏNABLAR, HAMI GÖRƏV BAŞINA !!!

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————–

Bakının meydanlarında CÜMHURİYYƏT GÜNÜNDƏ, cümhuriyyət sevdalılarının daşıdıqları DÖVLƏT BAYRAĞInın  və CÜMHURİYYƏT QURUCULARInın portretlərinin endirilməsi fonunda, bu günlərdə sosial şəbəkələrdə dövriyyəyə buraxılan talış və ləzgi separatçılarının Azərbaycan dövlətini təhdid edərək, hədələyən videogürüntülərinin, eləcə də Moskvada, guya Azərbaycan adına fəaliyyət göstərən bir təşkilatın başında duran sərsəm bir qadının (kiminsə keçmiş katibəsinin)  sərsəmləmələrini əks etdirən  açıqlamalarının sıradan bir təsadüf olduğunu düşünəcək qədər sadəlövh olmaq, yanlş yolda yürümək anlamına gəlir. Adamlar zatən Moskvanın və Tehranın dili ilə danışdıqlarını gizlətmirlər belə. Bütün halları, yanları və yönləri ilə, olub-bitənləri hamının və hər kəsin ciddiyə alması lazımdı və burdan dövlətin özünü də, hakimiyyətin müvafiq qurumlarını da, hökumətin tamamını da görəv başına dəvət edir, bu yöndə ciddi addımlar atmağa, gərəkən bütün tədbirləri görməyə çağırıram. Seperatçıların və erməni yanlılarının ortalıqda çıt atdıqları, hər addımda önümüzə çıxaraq meydan sulamalarına imkan tanımanın fəsadlarına, çox  yaxın zamanlarda qatlaşmaq zor olacaq, məndən söyləməsi. Belə bir zamanda CÜMHURİYYƏT SEVDALILARININ həbslərə atılması, dövlətin təməllərini qorumaqla kəndilərini görəvli və mükəlləf bilən Vətən övladlarının  şərlənərək tutulmaları, min bir bəhanələr uydurularaq qazamatlara qatılmaları, təzyiqlər və təqiblər altında tutulmaları AZƏRBAYCAN CÜMHURİYYƏTİnin düşmənlərinə, qol-qanad verməklə, onların at oynatdıqları meydanları daha da genişləndirməyə xidmət etməkdədir, bunu hər kəs beləcə də bilsin.  Uzun danışmağa hacət yoxdu, dövlət ərkanında yer alan kişilər, hakimiyyət təmsilçiləri və hökumət,  haydı cənablar, hamı görəv başına !!! 

—————————————————————————————

P.S.

28 May Cümhuriyyət gününün səhəri, bir təsadüf, Yasamaldakı Bayraq Meydanında oldum, dirək yerindəydi, amma  BAYRAQ YOXDU. Niyəsini əlbəttə görəvlilər və səlahiyyətlilər bilir, amma dediyim kimi, gün adi günlərdən biri deyildi, Cümhuriyyət Gününün səhəriydi. Sabahlarımıza baxış açısından bir az simvolik görsəndi mənə. Əsas bayrağımız da zatən əvvəldən endirilmiş !!! 

Bu yazını paylaş

Next Story »

“LƏNƏT SƏNƏ KOR ŞEYTAN …” !!!

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.