• Baxış sayı 372

BİZİM QƏHRƏMANLAR NİYƏ YADLARIN ÜMİDİNƏ QALIB? !!!

Hakim ailənin adı ilə bağlı olmayan, ya da ona bağlana bilməyən heç bir nəsnəyə yaşam haqqı tanınmır

—————————–

Sərdar ƏLİBƏYLİ

“Reket redaktor”

—————————–

Bu gün sayğıdəyər, oxucularıma, cəmiyyətin diqqətinə və ictimai rəyin müzakirəsinə iki sənədli film təqdim etməyə qərar verdim. Hər iki film Rusiya kinomatoqrafiyasının məhsuludur. Amma hər iki filmin qəhrəmanı Azərbaycanın fəxri sayılacaq soydaşlarımızdı – Ziya Bünyadov və Əhmədiyyə Cəbrayılov.  Hesab edirəm ki, bu qəhrəmanlardan heç birinin xüsusi təqdimata ehtiyacı yoxdur. Zatən adlar özlüyündən hər şeyi deyir, hər şeyi danşırlar. Deyiləsi sadəcə bir cümlə var. Ki, onlar bizim cahanşümul qəhrəmanlarımzdır, dünya durduqca Azərbaycanın fəxri, millətimizin də, xalqımızın da baş ucalığı, qəlblərimizin baş köşəsində minilliklərə varacaq bir ömür yaşamış və yaşayacaq kişilər, yüzillər boyunca nəsillərə nümunə, gəncliyə örnək olacaq nadir şəxsiyyətlərimizdəndirlər…

Fəqət deyəcəyim ayrı şeylər var.  Görən, bu qəhrəmanlarımızın və təkcə onların deyil, barəsində filmləri, televerilişləri niyə ruslar çəkir, Rusyia telekanalları göstərirlər? Bütün hallarda,  bunun arxasında Moskvanın  istər ideoloji, istərsə də siyasi maraqlarının olduğunu da bilirəm və məxsusən də, bu səbəbdən, müstəqil Azərbaycan dövlətinin  öz qəhrəman oğullarna sahiblənməsi, onların barəsində bu tip sənədli, hətta bədii  filmlər çəkib öz tamaşaçısına təqdim etmək kimi bir görəvi və mükəlləfliyi var. Bizim qəhrəmanlarmzın varlığı, hətta yadlar və yadellilər tərəfindən belə, bu səviyyədə etiraf edilir, xatirələri əziz tutulursa, biz niyə onları ya görmürük, ya görmək istəmirik, ya da görməzlikdən gəlirik???…  

Azərbaycan teleməkanını toliklərin, zaurların, yisiflərin, əkbərlərin, elgizlərin və  daha kimlərin, kimsələrin işğalından qurtara bilməmiz indi əşhədü-eytiyac halına gəlib. Və bunun ən uğurlu yollarından biri də, millətin gerçək qəhrəmanlarını cəmiyyətin fofaritinə çevirməkdən, efirləri və ekranları, mətbu və telüefirləri onlarn ixtiyarına verməkdən keçir. Məsələn, Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində, boz efirlərdən, boş, mənasız dedoqoqiya və pafos dolu çıxışlarla zəngin olan iclaslardan, bayağı konsertlərdən və atəşfəşanlıqlardansa, adları ölkənin və millətin adı ilə qoşa çəkilə biləcək kişilərinin, hərbi, siyasi, mədəni və ədəbi dünyamızın karifeylərinin, dövlət xadimlərinin adlarının  bu yolla əbədiləşdirilməsi daha vacib iş olardı məncə. Hər il Azərbaycanın dövlət büdcəsi hesabına çəkilən, bayağı serialların əvəzində bu kimi işlərlə məşğul olmaq, milləti öz qəhrəmanları ilə qucaqlaşdırmaq indi olmazsa olmaz qədər önəm daşımaqdadır. Həm bütövlükdə cəmiyyətin ayaqda tutulması, tarixi nailiyyətlər və milli dəyərlər uğuruna maariflənməsi, həm də gənc nəslin milli mənəvi dərərlərlə bağdaşması, hərbi-vətənpərvər ruhda böyüməsi vacibiyyəti var. Heç deyilsə, bir an öncə, hələlik mövcud olan bu filmlərin normal tərcümə edilərək cəmiyyətə təqdimatını, orta və ali məktəblərdə tədris edilməsini təmin etmək gərəkdiyini düşünürəm. 

Hər halda mən deməli olduğumu dedim, onun da fərqindəyəm ki, ölkənin indiki konyuktur tələbləri fərqli hədəflər üzərinə köklənib. Hakim ailənin adı ilə bağlı olmayan, ya da ona bağlana bilməyən heç bir nəsnəyə yaşam haqqı tanınmır, amma hara qədər, cənablar ??? Bununla belə, tarixdən dərs alaraq, dövlətin davamlılığını və dayanıqlılığını təmin etməkdən savayı yolumuz yoxdur. Enində-sonunda bu gerçəyi cəmiyyətlə bərabər, dövlətin də, dövlət ərkanında yer alanların da anlaması vacibdir, labüddür və qaçılmazdır. Əks təqdirdə, nə dövlət qalacaq, nə dövlət ərkanı, nə də o ərkanda oturanlar. Demişdim ya, tarix təkcə oxu kitabı eyil, həm də oxuyub ibrət götürmək, dərs almaq elmidir. Tarixi personajları, milləti qəhrəmanları yaşadır, sayısız heykəllərlə isə, bəlli zaman kəsimində tarixə pərçimlənmək olar, amma, yalnız o bəlli zaman bitincəyə qədər… 

———————————————————————————————-

Sovet ittifaqı qəhrəmanı Ziya Bunyadov haqqında Rusiya kanalında gözəl bir veriliş.
Azərbaycandan nə xəbər? Azərbaycanda belə qəhrəmanlara qiymət verirlərmi? …

 

Şəkili “ARMAD MİŞEL”…

Bu yazını paylaş

“UTAN, ÖL, SAXLA DİLİN, BAŞINA BƏLA GƏTİRƏR, SƏN BELƏ AĞILLISAN, BİR GÜN AĞLA KÜLFƏTİNƏ.” !!!

Next Story »

Bayram sevinci yaşadıqmı…

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.