• Baxış sayı 306

Faydalı qazıntıların qanunsuz işlənməsi bağlı növbəti fakt aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının keçirdiyi reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı aşkar edilib.

Faktla bağlı “Raqib-FK” MMC-nin barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, bu il iyunun 2-də Göyçay çayından sel keçməsi Çayın üzərindəki körpünün çökməsinə səbəb olub. Çökməyə səbəb kimi qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri göstərilib. Bundan sonra şirkətlərə və fiziki şəxslərə qarşı bir neçə cinayət işi qaldırılıb.(turan.az)

Bu yazını paylaş

Kartofa rüsum iki dəfə qaldırıldı

Next Story »

”6 saylı Cəzaçəkmə Müəssisəsində bədəni çürüyən məhbuslar var”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.