• Baxış sayı 183

”Formula 1” yarışı Azərbaycanda daha 5 il keçirilə bilər

Nigar Arpadarai: ””Formula 1” rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır”

“Formula 1” üzrə dünya çempionatının Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar gedir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib (report.az).

Onun sözlərinə görə, “Formula 1” rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

“Formula 1” rəhbərliyi ilə müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.

Yarış 2015-ci ildən Azərbaycanda keçirilir.

Sonuncu dəfə bu il aprelin 27-dən 29-na kimi Bakıda Formula-1 yarışları keçirilib.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, yarış daha 2 il keçirilməlidir. Əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn ”Formula 1”Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub. Heç bir tender keçirilmədən.

Bu yazını paylaş

Əfqan Muxtarlının həyat yoldaşı cəzaçəkmə müəssisəsində ona təzyiq olduğunu bildirib

Next Story »

Ermənistanın Baş naziri istefa verdi

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.