• Baxış sayı 839

Yaxud azərbaycanlılar, Azərbaycan vətəndaşları, birləşin !!!

Kommunizmin ideoloqları öz istədikləri hakimiyyəti qurmaq üçün ən düzgün yoldan istifadə etdilər. Proletarlar birləşməlidir !!!

Demək, vətəndaşların gücü ilə hər şeyə nail olmaq, xalqı ağ günə çıxartmaq, bütün arzulara çatmaq olar. Bu səbəbdən də YAP hakimiyyəti Azərbaycan vətəndaşlarını, azərbaycanlıları ayırır, onların mehribanlığını, birbiri ilə yaxın, həmrəy olmalarını istəmir və bunu bacarır da. “Elin gücü-selin gücü” məsəli.

Günü-gündən batmaqda olan ölkənin, vətəndaşların yeganə yolu birləşməkdədir. Gərək vətəndaşlar da düşmən dəyirmanına su tökməsin.YAP hakimiyyəti xalqın üzərində zaman-zaman öz istəyinə nail olur. Yəni hər kəs öz başını qoruyur, ölkədə hamı birbirinə düşmən olub, kimsə qonşusunu, başqasını düşünmür, sevmir, hörmət etmir. Okeanı damlalara ayırsaq,onun da heç bir axın gücü qalmaz.

Biz özümüz özümüzü yıxır, məhv edirik. Bu düzəlməyən bir bədbəxtlikdir. Bu bədbəxtliyi aradan qaldırmayınca bizlərə rahatlıq,xoş gün,qələbə,azadlıq olmayacaq.

Qarşıda, ölkədə yaranan bütün problemlərdə birbirimizi didməklə, birbirimizin əlindəkini almaqla,birbirimizi acılamaqla,bütün problemlərin acığını birbirimizdən çıxmaqla daha da dərin,çıxılmaz bir quyuya düşəcəyik.

Unutmayın, ölkədə yaranan hər bir maddi və mənəvi problemlərə hökumət cavabdehdir və yaranan bütün problemləri də o düzəltməlidir.Siz də ondan istəyin və istəmək məcburiyətindəsiz. Çünki ölkə rəhbəri andiçmə mərasimində bayrağımızın önündə diz çöküb öpərək, müqəddəs Qurana əl basıb və Azərbaycan Respublikası vətəndaşlarının hər birinin ayrı ayrılıqda bütün hüquqlarını qoruyacağına namusu və şərəfi üzərinə and içib!!!

ƏFQAN SADIQOV

Bu yazını paylaş

“LƏNƏT SƏNƏ KOR ŞEYTAN …” !!!

Next Story »

Məhkəmələrdə yalançı şahidlik edənlər öz namuslarını da satarlar !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.