• Baxış sayı 413

Ucarda bank şəhid ailəsinin evini əlindən alır: Şəhidin həyat yoldaşı xalqa müraciət etdi

Ucar rayonu Qarabörk kənd sakini şəhid ailəsi Abdullayeva Qəmər İkram qızı Sozcu.az saytı vasitəsi ilə ictimaətə müraciət edərək, bilidirir ki,  “AccessBank” QSC-dən 2014-cü il tarixdə götürüb və 13000 manat kreditin demək olar ki, hamısını artıqlaması ilə ödəyibdir. Ancaq məlum devalvasiya nəticəsində kredit borcu iki qat şişərək artdığı üçün bank şəhidin evini ailənin əlindən  almaq istəyir:

“Mənim həyat yoldaşım Abdullayev Maarif Nəzər oğlu 08 iyun 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Himayəmdə olan iki övladımızı özüm namus- qeyrətlə atasız böyütmüşəm.Mən həyat yoldaşım Maarifin vətən uğrunda gedən döyüşlərdə şəhid olmasına görə fəxr edirəm qürur duyuram.

Mənim həyat yoldaşım Maarif millət- torpaq uğrunda şəhid olub buna görədə mən bu gün qeyrətli millətimdən kömək istəyirəm.”AccessBank” QSC-dən 2014-cü il tarixdə götürdüyüm 13000 manat kreditin demək olar ki, hamısını artıqlaması ilə ödəmişəm. Ancaq məlum devalvasiya nəticəsində kredit borcu iki qat şişərək artdı deyə indi girov qoyduğum şəhidin evini bank əlimdən almaq istəyir. Düzdür bu bəlkədə qanundur.Ancaq bunuda nəzərə almaq lazımdır ki, mən götürdüyüm krediti ödəmişəm məndən aslı olmayan səbəbə görə öhdəliyi yerinə yetirə bilməmişəm borc iki qat artıb.

Ağlamaqdan gözlərimin yaşı quruyub çıxılmaz bir vəziyyətdə qalmışıq. Bank və ya hökumətimiz heç olmasa şəhidin ruhuna hörmət etsin devalvasiyanın baş verməsini, ödədiyim pulları nəzərə alsın.

Mən mətbuat vasitəsi ilə Azərbaycanın qeyrətli imkanlı vətəndaşlarından xahiş edirəm şəhid ailəsinə kömək edin ki, onun yaşadığı daxmasını bank əlindən almasın.Səkkiz min nəfər qeyrətli Azərbaycan vətəndaşı hərəsi 1 manatdan yardım etsə banka olan kredit borcu ödəniləcək.

Qeyrətli millətim xahiş edirəm, sizə yalvarıram şəhid ailəsinin harayına çatın kömək edin.

Əlaqə telefonu; (051) 710-90-75

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_SENEDD7.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_EVVSS.jpg

Bu yazını paylaş

Azərbaycanlı məmurun 200 min dollarlıq saatı…

Next Story »

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.