• Baxış sayı 695

VƏTƏNDAŞ İNTİHAR EDİRSƏ GÜNAHKAR HAKİMİYYƏTDİR !!!

Azərbaycanda hər kim hər hansı səbəbdən özünü öldürürsə babalı prezidentin boynuna !

İmam Əli deyir: “Əgər Ərəbistan çöllüyündə himayə altında olan quzu hər hansı bir qurdun təcavüzünə məruz qalırsa bu cinayətdə sorumlu bir başa xəlifədir.” Ən əsası odur ki, İmam Əli bu sözləri özü hakimiyyətdə olduğu dövrdə deyib.

Azərbaycan Respublikasının Konstitusiyasında belə bir maddə var “Yaşamaq hüququ” .Yəni hər bir Azərbaycan vətəndaşının bu ölkədə sərbəst, rahat, azad yaşama hüququ var. Lakin bu belə deyildir. Azərbaycanın hər tərəfində vətəndaşlar qorxu, həyəcan, səksəkə içində yaşayırlar. Buna məhkumdurlar. Bu azadlıqdırmı ? bu demokratiyadırmı ?

Vətəndaş iş axtarsın, aldığı 55 manat “pensiya”nı, 150-200 manat maaşı hara versin ? işıq,su,qaz puluna versin,nəqliyyat pulu etsin, geyiminə versin, arayış filan almaq üçün üz tutduğu idarələrdə tələb olunan rüşvətə versin,yavan çörək alsın, uşaqları xəstələndikdə baha qiymətə olan dərmanlara versin,kirayə pulunu versin,uşağın kitab-dəftərinə, pampersinə versin,bu pulla yas, toy məclisinə getsin ? həyatı, sağlamlığı, təhlükəsizliyi sığotada, qarantda deyil. bu həyatdırmı, bu yaşamaqdırmı ???

Vətəndaş intihar etməsin,bəs nə etsin ??? danışanda,bir şey deyəndə,haqqını istəyəndə də şərlənərək həbs edilir,dərinə gediləndə isə öldürülür.

Öz nicatını, öz xilas yolunu intiharda görən vətəndaşların ölkəsi məhvə məhkumdur !!!

Bütün bunların sorumlusu,cavabdeh kimdir ???

Əfqan Sadıqov

Bu yazını paylaş

Məhkəmələrdə yalançı şahidlik edənlər öz namuslarını da satarlar !!!

Next Story »

”Cəlilabadda barama yetişdirməyə görə 1,5 hektarlıq tut bağı məhv edilir”

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.