• Baxış sayı 255

Zaqatalada doğuş zamanı ana ölüb

Zaqatala rayonunda ana ölümü baş verib.

“Report”un Şimal-qərb şöbəsinin məlumatına görə, rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

Bu yazını paylaş

QAZAX RAYON İH-NİN QOLÇOMAQ BAŞÇISI VƏ MÜAVİNİ APARATI “ÇƏNLİBEL”Ə ÇEVİRİBLƏR!!!

Next Story »

Belçikada azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.