Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 183

Əbülfəz Sadıqlı məhkəmə zalından azadlığa buraxılıb

Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və “Nikoyl Bank”ın əməkdaşı olmuş Kamran Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Sadıqlının 2, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib: “Əbülfəz Sadıqlı 3 ay 15 gündür həbsdədir. Həbsin hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun. 7 ay çıxılmaqla Əbülfəz Sadıqlının üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlansın. O, məhkəmə zalından azadlığa buraxılsın, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilsin”.
Digər təqsirləndirilən Kamran Abbasova gəlincə, prokuror ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsilə irəli sürülmüş dələduzluq ittihamına da xitam verilməsini istəyib. Bildirib ki, K.Abbasov iş üzrə zərərçəkən tərəflə – “Nikoil” bankla barışıb, mülki iddiada göstərilən 10 min 892 manatı ödəyib. Üstəlik, bu məbləğin bir qismini dövlət büdcəsinə ödəyib. Bu da onun cinayət məsuliyyətindən azad olunmasına əsas ola bilər.
Daha sonra bankın nümayəndəsi çıxış edərək, ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığını bildirib.
Hakimlər hökmü elan etmək üçün, müşavirəyə gedib.
Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.
İttihama görə, Ə.Sadıqlı yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.
Müdafiə tərəfi ittihamı əsassız sayır.
***
Hökmə əsasən, Ə.Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.(meydan.tv)

Bu yazını paylaş

Söyüşə görə həbs olunan AXCP üzvləri onlara şər atıldığını söyləyiblər

Next Story »

Avropa Məhkəməsi İlkin Rüstəmzadə barəsində qərar verib

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.