• Baxış sayı 164

6 nəfər niyə intihar etmək istədi? – Məşhur şirkətin işçiləridir

Xəbər verdiyimiz kimi, Bakıda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. “Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon İcra Hakimiyyəti həmin şəxslərin kimlikləri və intihara cəhdetmə səbəbi barədə məlumat yayıb.

Bildirilib ki, onlar “Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıb:

““Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.

Qeyd edək ki, “Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.

Bu yazını paylaş

Şəkidə BAŞÇI NARAZILIQ YARADIR – İTTİHAM

Next Story »

Rabitəbank dövlət qulluqçularına belə kələk gəlinir… – FOTO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.