• Baxış sayı 434

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Baş Prokuror cənab Zakir Qaralova

Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova

Masallı rayonu Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun müraciətinə əsasən 7GUN.az 24 sentyabr 2018-ci il tarixdə “Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq” başlıqlı məqalə dərc etmişdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 26 sentyabr 2018-ci il tarixdə həmin məqələ ilə bağlı açıqlama vermişdi. 30 sentyabr 2018-ci il tarixdə biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına birtərəfli və qərəzli olduğuna görə cavab vermişdik.

Dərc edilən məqalədə qaldırılan problemlər sosial və ictimai əhəmiyyətə malik olduğuna görə hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən şikayətçi Elxan Kazımovun iştirakı ilə araşdırma aparılıb müvafiq hüquqi tədbirlərin həyata keçirilməsini gözləyirdik. Lakin hal-hazıra kimi hüquq mühafizə orqanlarının müvafiq strukturları tərəfindən şikayətçinin müraciətində ittiham olunan Masallı rayon Polis Şöbəsinin əməkdaşları barəsində hansı hüquqi tədbirlərin həyata keçirilməsi haqqında ictimaiyyətə və redaksiyamıza heç bir məlumat verilməmişdir.

Bu yazını paylaş

Ucarda bank şəhid ailəsinin evini əlindən alır: Şəhidin həyat yoldaşı xalqa müraciət etdi

Next Story »

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.