• Baxış sayı 434

“Atlas” MMC istəyir ki, prezident aparatının qarşısında aksiya keçirək” – QARABAĞ QAZİLƏRİ (VİDEO)

Məlum olduğu kimi, üç gün öncə bir qrup Qarabağ döyüşçüsü və qaziləri etiraz aksiyası keçirmişdir. 

Onlar jurnalistləri başına toplayaraq, “Atlas” MMC-nin onlara qarşı etdiyi haqsızlığı ölkə başçısına çatdırmışdılar. Bu hadisədən sonra isə vəziyət daha da gərginləşib. Belə ki, Qarabağ əlillərindən birinin vəziyyəti ağırlaşıb və o hazırda Əlillərin Bərpa Mərkəzində müalicə alır. Heç bu da son hadisə deyil. Belə ki, adıçəkilən aksiyanı işıqlandıran jurnalistlərə də “Atlas” MMC tərəfindən təhdidlər və hədələr davam edir.
Dünən Əlillərin Bərpa Mərkəzində olan jurnalistlər ağır durumda olan Qarabağ əlili ilə görüşüb və digər haqqı taptalalanan keçmiş döyüşçülərlə söhbət edib. Onlar yenidən ölkə başçısı və aidiyyəti orqanlara müracət edib. Həmin video görüntüləri təqdim edirik.
Xatrladaq ki, Sozcu.az saytında “Atlas” MMC haqında dərc edilən yazı ilə bağlı bizimlə əlaqə saxlayan MMC-nin nümayəndəsi onların da mövqeini dərc etməyimizi tələb edrək bildirdi ki, həmin aksiyada iştirak edənlər Qarabağ Əlilləri deyillər. Təbii ki, biz qarşı tərəfin mövqeini dərc etməyin borcumuz olduğunu bildirərək, onların mövqelərini də dərc etdik. Bu gün ki, videomüsahibədə isə məlum oldu ki, “Atlas” MMC -yə qarşı iddia irəli sürən şəxslərin əksəriyyəti həqiqətən də Qarabağ qaziləridir. Biz hesab edirik ki, Şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət və qayğı nəinki dövlət və ya qeri dövlət strukturlarının, həmçinin hər bir vətəndaşın borcu olmalıdır./kanal 1.tv/

Bu yazını paylaş

“Ceyhun Nəbinin bu formada həbsi, insan oğurluğu hadisəsidir” -ELŞƏN ƏLİSOY

Next Story »

Zərdab rayon Maliyyə İdarəsinin müdirinə ittiham: – saxta diplom və çoxlu sayda MMC-lər

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.