• Baxış sayı 186

Bəzi dərmanların istifadəsi qadağan edildi

Zərərli maddələrin siyahısına dəyişiklik olunub

Milli Məclisin iclasında “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na dəyişiklik layihəsi səsverməyə çıxarılıb.

Siyahıdakı 79-cu “Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb. Siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.

Layihədə bildirilib ki, “Tramadol hidroxlorid” ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.

Bundan başqa, siyahıya “Qabapentin” (bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur) “Aminometil” (tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.

Layihə səsə qoyularaq qəbul edilib.(meydan.tv)

Bu yazını paylaş

”Kəndə qaz verdilər, amma bir neçə dəqiqəlik”

Next Story »

Aksiyada saxlanılan şəxsin şikayəti rədd edilib

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.