• Baxış sayı 97

”Bakı Metropoliteni”: 1 sərnişinin daşınması 47 qəpiyə başa gəlir

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov

”Bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək”

“Ümumilikdə metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “APA-Economics”-ə açıqlamasında deyib. Ancaq qurum sözçüsü 47 qəpiyin hansı xərclə hesablandığı və qurumun gəliri barədə məlumat verməyib.

Yalnız onu deyib ki, Bakı Metropolitenində qiymət MDB məkanında ən aşağıdır.

“Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır. Qiymət artımından sonra “Bakı Metropoliteni ”-nin qatar parkı yenilənəcək, yeni stansiyaların tikintisi işləri sürətləndiriləcək, bir sözlə, xidmət keyfiyyətinin artırılması üçün bütün zəruri addımlar atılacaq”, – deyə qurum rəsmisi bildirib.

Avqustun 1-dən etibarən ictimai nəqliyyatda qiymətlər artırlacaq. Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında bu qərar verilib.
Tarif Şurasının yaydığı məlumata görə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

İqtisadçı Natiq Cəfərli.

İqtisadçı Natiq Cəfərli Tarif Şurasının qərarının iqtisadi əsası olmadığını deyir:

“Nəzərə alın ki, hər iki qurum dövlətdən daha çox dotasiya alır, ikinci, təmir və yeni avtobusların alınması ilə bağlı dövlət dəstək də verir. Bununla belə, Metropoliten rəhbərliyi yenə də ziyanla işlədiyini və sərnişinlərin daşınmasının baha başa gəldiyini iddia edir. Amma bir dəfə də olsun bahalığın səbəbinin nədən qaynaqlandığını və maya dəyərini necə hesabladıqlarını açıqlamır. Beləliklə, dövlət nəzarətində olan qurumların iş qabiliyyəti qeyri-şəffaf olduğundan effektiv olmur və son nəticədə korrupsiyaya yol açır. Sonradan isə bu xərclər vətəndaşın üzərinə gəlir”.

İqtisad elmləri doktoru Qubad İbadoğlu isə yazır ki, Tarif Şurası çoxdan gözlənilən qərara imza atıb:

“Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma, əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsi olan metroda gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gedişhaqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.

İqtisdçı Qubad İbadoğlu.

İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gedişhaqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bununla yanaşı, bu, digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşacaq.

Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməlidir.

Təklif edirəm ki, tələbələr üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır”.

Deputat Fazil Mustafa.

Milli Məclisin üzvü Fazil Mustafa isə Azadlıq Radiosunaaçıqlamasında deyib ki, metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də bahalanmaya səbəb olacaq:

“Bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək. Özü də indi, gəlirlərin artmadığı bir vaxtda bunun nəticələri pis ola bilər…».

Bu yazını paylaş

Metroda “şütüyən” yüz milyonlar hara gedir?

Next Story »

Mehman Hüseynovun anası ilə görüşünə icazə verilmədi

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.