Bayılda yenə sürüşmə olub

Oktyabrın 15-dən 16-na keçən gecə Badamdardakı sürüşmə ərazisində aktivlik davam edib.

Bunu «Turan» agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovbildirib. Onun sözlərinə görə, ekspedisiya mütəxəssisləri bütün gecə müşahidələri davam etdirib: «Dünən (oktyabrın 15-də) evlərdən birinin hasarının bir hissəsi uçmuşdu, torpaq boşalması nəticəsində bu gecə həmin hasarın qalan hissəsi də uçdu. Daha bir yarımtikili var idi, onun da altında torpaq boşalması baş verib. Yəqin ki, yaxın saatlarda o da uçacaq. Bütünlükdə isə, sürüşmə öz təsir dairəsini genişləndirir və ərazinin qaş hissəsinə doğru irəliləyir».

Ə.Qaralovun deməsinə görə, uçan hasar ətrafı ərazilərdə sürüşmənin miqyası get-gedə genişlənməkdədir.

Ərazidə söküntülər aparılmasına gəlincə, ekspedisiya rəisi deyib ki, indiki halda hər hansı kənar müdaxilə yersizdir.

Rəsmilər həmin ərazidən bütün sakinlərin köçürüldüyünü bildirirlər.

Bu yazını paylaş

Narkoloji Mərkəzdə yanğını görənlər məhkəməyə məcburi gətiriləcək

Next Story »

Əfqan Muxtarlının həyat yoldaşı cəzaçəkmə müəssisəsində ona təzyiq olduğunu bildirib

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.