• Baxış sayı 121

“Bu özbaşınalıq və haqsızlıq nə vaxta qədər davam edəcək?”- maaşlarını ala bilməyən fəhlələr

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 5 aydır ki, Xızı rayonunda işlətdiyi fəhlələrin maaşlarını vermir. 

Bu barədə bir neçə fəhlə 7GUN.az-a danışıb:” “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 5 aydı bizim pulumuzu vermir. Hər dəfə müxtəlif bəhanələr uydururlar. Ailələrimiz bizdən pul gözləyir. Artıq ailələrimizin telefon zənglərinə cavab verə bilmirik.

Bu özbaşınalıq və haqsızlıq nə vaxta qədər davam edəcək? 

Belə biabırçılıq olar? 

Vəzifəli şəxslər ölkədəki inkişafdan danışır. İnkişaf etmiş ölkədə fəhlənin maaşını kəsərlər? 

Xeyli müddətdir ailələrimiz necə yaşayır, nə yeyib-içirsə bizim xəbərimiz yoxdur. Gərək gedək Prezident Administrasiyasının qarşısında özümüzü yandıraq? Biz pulumuzu israrla tələb edəndə bizi təhdid edirlər”.

7GUN.az olaraq deyilənlərə münasibət öyrənməyə çalışdıq. “5 ay yox, hardasa iki aydı fəhlələrin maaşları verilmir. Mən dəqiq deyə bilmərəm bu problem nə vaxt düzələcək”-deyə özünü iş icraçısı kimi təqdim edən Güləli Mirəliyev telefonu söndürdü.

Bu baş verənlərə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ümumiyyətlə münasibət öyrənə bilmədik.

Mövzunu davam etdirəcəyik.

Bu yazını paylaş

“Hell” istifadə edənlərdə asılılıq psixologiyası yaradır

Next Story »

BAKI APELLYASİYA MƏHKƏMƏSİNDƏ SİYASİ MƏHBUS FUAD ƏHMƏDLİNİN MƏHKƏMƏ PROSESİ YEKUNLAŞDI.-VİDEO

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.