• Baxış sayı 195

Ddos hücumlarından sonra AzToday.az saytı dağıdılıb

Kütləvi Ddos hücumlarının nəticəsində AzToday.az saytı dağıdılıb. Bu barədə Turan-a saytın baş redaktoru Elmidar Əliyev məlumat verib. Onun sözlərinə görə, sayt eyni vaxtda 1 mln. İP-ünvandan girişə davam gətirə bilməyib.

“Sayt dağıdılıb, biz bütün arxiv materiallarını itirdik, çətin ki bərpa etmək mümkün olsun”, – E.Əliyev bildirib.

O qeyd edib ki, AzToday.az bundan öncə də haker hücumlarına məruz qalmışdı və hər dəfə də bu, SOCAR haqqında tənqidi məqalələrin dərcindən sonra baş verib.

İndiki hücum 2013-cü ildə SOCAR-ın maliyyələşdirməsi sayəsində amerikalı konqresmənlərin Azərbaycana səfərinin təşkilində əli olan Kemal Öksüzün

ABŞ-ın sorğusu əsasında Ermənistanda saxlanması, həmçinin Azərbaycan Demokrat Partiyasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə qarşı cinayət işinin qaldırmasını tələb etməsi barədə məlumatların dərcindən sonra baş verib.

E.Əliyevin sözlərinə görə, 2017-ci ilin noyabrında AzToday.az Azərbaycan ərazisində bloklanıb. E.Əliyev hesab edir ki, bu, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun göstərişi ilə edilib.

Mayda sayt açılıb. “Lakin göründüyü kimi, bizə uzun müddət çalışmağa imkan verməyiblər və saytı dağıdıblar”,- E.Əliyev qeyd edib. O, bu ilin aprelində bir sıra KİV rəhbəri və jurnalist ictimaiyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilən Media klubun üzvüdür.(turan.az)

Bu yazını paylaş

Firudin Cəlilov: “Azərbaycanda dərsliklər bərbad vəziyyətdədir”

Next Story »

Bu il vəzifəsini itirən məmurlar – SİYAHI

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.