• Baxış sayı 432

Eldar Mahmudov Asif Əsgərovla Yavər Allahverdiyevin himayədarına necə çevrildi?

Sürüşmə zonasının qurbanları olacaq Həbib Əsədovla Firdovsi Cəbrayılovun etdikləri və etmədikləri…

(1-ci yazı)
Bayıl yamacında sürüşmə prosesi Bakı sakinləri üçün ciddi problemə çevrilməkdədir. Əldə etdiyimiz xəbərə görə, problemin aradan qaldırılması ilə yanaşı təhlükənin yaranmasında rolu olan məmurlarında məsələsi gündəmə gəlib. Hazırda ortada konkret olaraq bir neçə sual var və bunlar aşağıdakılardır.

1.SÜRÜŞMƏ ZONASINDA HEÇ BİR SƏNƏDİ OLMAYAN YÜZLƏRLƏ MƏNZİLİN TİKİNTİSİNƏ KİMLƏR İCAZƏ VERİB?
2. SÜRÜŞMƏ ZONASINDA HƏTTA 1 SOT TORPAĞI 10 MİN MANATDAN BAŞLAYARAQ 50 MİN MANATA QƏDƏR DƏYƏRLƏNDİRƏRƏK ƏHALİYƏ KİMLƏR SATIB?

Sirr deyil ki, bu gün Bakının istənilən bölgəsində torpağın qiyməti fantastik dərəcədə bahadır və bu torpaqlar bələdiyyələr və icra hakimiyyətlərinin məsul şəxsləri tərəfindən qanunsuz olaraq satılır. Düzdür, bu torpaqların böyük əksəriyyətinin heç bir sənədi yoxdur, amma yerli bələdiyyə və icra strukturlarına bəlli məbləğ ödənildikdən sonra bu torpaqlar zəbt edilir və tikinti aparılmasına icazə verilir. Elə sürüşmə zonasında da torpaqlar bu yolla zəbt edilib.
GundemXeber.Az saytı olaraq apardığımız araşdırmalar zamanı aydın oldu ki, məlum ərazilərdə torpaqların zəbti prosesi 2007-ci ildən kütləvi hal alıb. Bunu da xatırladaq ki, 2009-cu ildən 2015-ci ilə qədər Səbael rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov olub.

ASİF ƏSGƏROVLA YAVƏR ALLAHVERDİYEV CÜTLÜYÜ

Araşdırmalar zamanı aydın oldu ki, Səbael rayonunda torpaq satışı məhz Asif Əsgərov icra başçısı təyin olunandan sonra daha da kütləviləşib. Düzdür, Asif Əsgərov hər zaman vətəndaşlarla bir başa ünsiyyətdən qaçıb və hansısa bir əməliyyat olanda meydana əsasən bələdiyyə sədrləri, daha sonra isə müavini Yavər Allahverdiyev çıxıb.
GundemXeber.Az-a daxil olan məlumatda bu da bildirilir ki, rayonda istənilən tikintinin aparılması, maliyyə əməliyyatlarının həyata keçirilməsi və qeyri-rəsmi olaraq bələdiyyələrin fəaliyyətini tənzimləmək işlərinə Yavər Allahverdiyev məsul olub. Elə buna görə də Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunanda Yavər Allahverdiyevi özü ilə apardı.

ELDAR MAHMUDOVLA YAVƏR ALLAHVERDİYEVİN QOHUMLUQ BAĞLARI

Səbael rayonunda Yavər Allahverdiyevin kassir kimi fəaliyyət göstərməsinin, istənilən bələdiyyə başçısını öz təsir altına salmasının əsas səbəblərindən biri Asif Əsgərovun ona tam inanması idisə, digər səbəbi MTN-nin keçmiş şefi Eldar Mahmudovla qohum olması idi. Eldar Mahmudovla qohum olduqdan sonra Asif Əsgərovun özünü belə MTN-nin cəngindən dəfələrlə xilas edənin Yavər Allahverdiyev olduğu deyilir. Buna görə də MTN-nin Eldar Mahmudov çetesi Səbael rayonunda dəyəri yüz minlərlə manat olan əraziləri ələ keçirə bilmişdilər. Mənbənin bildirdiyinə görə sürüşmə zonası da daxil olmaqla Bayıl massivində ki, torpaqların rahatlıqla satılmasına başlayan Yavər Allahverdiyev bələdiyyə sədrlərini də tam nəzarətə götürə bilib. Bu işdə onun dediklərini şərtsiz və can-başla həyata keçirən isə Səbail bələdiyyəsinin sədri Cəbrayılov Firdovsi və Badamdar bələdiyyəsinin sədri Əsədov Həbib olub. Məhz bu gün zəbt edilən ərazilərə bu bələdiyyə sədrləri nəzarət edib və ciddi müştərilər peyda olan kimi Yavər Allahverdiyevlə vasitəçiliyi əsirgəməyiblər. Bunu da qeyd edək ki, Yavər Allahverdiyev üçün müştəri tapan məmurlar gəlirlərdən 20-30 faizlə mükafatlandırılıblar. Yeri gəlmişkən Yavər Allahverdiyev məhşur qəzadan sonra vəzifəsindən azad edilib və hazırda ciddi biznesə sahibdir.

HƏBİB ƏSƏDOVLA FİRDOVSİ CƏBRAYILOVUN HƏYACANLI ANLARI

GundemXeber.Az-ın araşdırmaları zamanı aydın oldu ki, hazırda hər iki bələdiyyə sədrləri ciddi nəzarətə götürülüblər və fəaliyyətləri təftiş edilir. Düzdür, bu gün hüquqi sənədlərə əsaslansan bələdiyyələr elə də ciddi məsuliyyət daşımırlar. Amma reallıqları nəzərə alanda durum fərqlənir.Bu fərqi aydınlaşdırmaq üçün isə hər iki bələdiyyə sədrinə müəyyən suallarla müraciət etdik. Hələ ki, suallarımıza cavab verən Həbib Əsədovdur.

– HƏBİB ƏSƏDOV ASİF ƏSGƏROV VƏ YAVƏR ALLAHVERDİYEVLƏ ƏLAQƏLƏRİNDƏN NƏLƏRİ DANIŞDI?
– SATILAN TORPAQLARDAN HƏBİB ALLAHVERDİYEVƏ HƏQİQƏTƏNMİ PAY VERİLİB?
– HƏBİB ƏSƏDOV SÜRÜŞMƏ ZONASINDA BAŞ VERƏNLƏRƏ GÖRƏ ÖZÜNÜ GÜNAHKAR SAYIRMI?

Bu suallara Həbib Əsədovun verdiyi cavabı isə Firdovsi Cəbrayılovun da cavab verməsindən sonra nəzərinizə çatdırcağıq. Bununla yanaşı Səbael rayon icra hakimiyyəti başçısının hazırkı müavini Abit Əliyev bu proseslərdə hansısa formada iştirak edib-etməməsini də aydınlaşdırmaqdayıq.

Cəfər
GundemXeber.Az

Bu yazını paylaş

“Bir vaxtlar corab almağa pul tapmayan məmur qohumları xəzinə tapıblar?”

Next Story »

Oğlu “Porşe”də, qardaşı balası son model “Audi”də, şəhidə yas verməyən Lənkaran şefi

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.