• Baxış sayı 1266

Elgiz İsmayılov Manaf Ağayevi döyüb?

Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmayılovun bir neçə ay öncə tanınmış müğənni Manaf Ağayevi döyməsi barədə Nigar Məmmədova adlı sosial şəbəkə istifadəçisi özünün profilində status yayıb.

7GUN.az həmin statusu olduğu kimi təqdim edir:

“Bir yaxın qohumum hazırda cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Onun səhhətində problem olduğundan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Həmin qohumumun ailə üzvləri onunla görüşə gedəndə qohumum ailə üzvlərinə maraqlı və düşündürücü bir söhbət edib. Məhkum qohumum deyib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gələn tanınmış müğənni Manaf Ağayev müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu müəssisənin rəisi Elgiz İsmayılova deyiblər. Dərhal görüş yerinə gələn Elgiz İsmayılov Manaf Ağayevlə söhbət etmək istəyib. Manaf Ağayevin Elgiz İsmayılova qarşı münasibətdə kobud rəftarı tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən Elgiz İsmayılov ailəvi görüş otaqlarından birində Manaf Ağayevlə əlbəyaxa olub. Yaxın qohumum ailə üzvlərinə deyib ki, bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmayılovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib. Elgiz İsmayılov olanları dayısı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayevə bildirib. İqbal Babayevin müdaxiləsindən sonra Elgiz İsmayılov başqa bir cəzaçəkmə müəssisəsinin rəisi təyin olunub. İqbal Babayev Ceyhun Həsənova “şirinlik” də verib. Bütün hallarda ikitərəfli qazanc əldə edən yenə də Ceyhun Həsənov olub. Görünür, pul xidmət rəisi üçün hər bir dəyərdən daha qiymətli imiş.

Bizim ədliyyə sistemində də olan rüşvət korrupsiya halları insanlarda haqlı narazılıq yaradır. Qohumum deyib ki, cəzaçəkmə müəssisələri əsl bazar qaydaları ilə idarə olunur. Məhz buna görə də Ədliyyə Naziri Fikrət Məmmədovla Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov arasında aylıq pulların bölüşdürülməsi ilə bağlı ciddi narazılıq baş qaldırıb. Hətta, haqq-hesab çəkişmələrinə görə tərəflər arasında ədavət yaranıb. Maraqlıdır ki, görəsən ədliyyə sistemindəki belə eybəcərliklərdən ölkə rəhbərliyinin xəbəri varmı?”.

Bu yazını paylaş

Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədilir…

Next Story »

Kəbirə Məmmədova vətəndaşın 20 minini mənimsədi – 12 ildir qaytarmır

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.