• Baxış sayı 350

Etibar Pirverdiyev vəzifəsindən azad edildi

Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

İyulun 2-də Mingəçevir “Azərbaycan İstilik Elektrik Stansiyasında” baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı. İyulun 3-də bu hadisə təkrarən baş verdi.

Prezidentin yanında bununla bağlı keçirilən xüsusi müşavirədə İlham Əliyev Etibar Pirverdiyevi baş verənlərə görə tənqid edərək, ona utanmalı olduğunu bildirib.(meydan.tv)

Bu yazını paylaş

Prezident susdu, jurnalist beynəlxalq təşkilatlardan pul istədi – OKTAY ŞİRƏLİYEVƏ RÜŞVƏT ÜÇÜN

Next Story »

”Azərenerji”-nin yeni prezidenti Baba Rzayev kimdir?

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.