• Baxış sayı 162

Fotoreportyorun məzarı ziyarət edilib

Rasim Əliyev. Fotoqraf:: Meydan.TV

Samir Kazımlı: ”Rasim Əliyevin ölümü ilə bağlı müəmmalar qalmaqdadır”

Avqustun 9-da bir qrup jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsi 3 il əvvəl ağır xəsarətlər nəticəsində vəfat etmiş fotoreportyor Rasim Əliyevin qəbrini onun ailə üzvləri ilə birgə ziyarət edib.

“Turan” İA-nin direktoru Mehman Əliyev xatırladıb ki, Rasim Əliyevi 3 il öncə itirmişik:

“Bu itkilər indi də davam edir. Bu günlərdə Mehman və Emin Hüseynovların anası rəhmətə getdi. Bu itkilər mübarizə itkisidir. Bunlar sadə insanlar deyil. Vətən, dövlət, cəmiyyət, ölkə uğrunda şəhid olmuş insanlardır. Bu insanları öldürənlər Azərbaycan xalqının düşmənləridir. Bu gün də bu, davam edir. Biz görürük, hansı yırtıcı sistem cəmiyyətin üzərinə gəlir və mübariz insanlara qarşı güc tətbiq edir. Amma, mübarizlər əzilmir. Mehman Hüseynov da anasının qəbri başında dedi ki, mübarizə yolunu davam etdirəcək. O anasını demokratiya şəhidi kimi qəbul edir”.

Hüquq müdafiəçisi Samir Kazımlı Rasim Əliyevin ölümünə ədalətli hüquqi qiymət verilmədiyini bildirib:

“Rasim Əliyevin ölümü ilə bağlı müəmmalar qalmaqdadır. Bu müəmmalar nə vaxtsa açılacaq. Ölkədə azad cəmiyyət qurulduqdan sonra azad məhkəmə Rasimin ölümü ilə bağlı ədalətli hüquqi qiymət verəcək”.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov insan hüquqları ilə bağlı acınacaqlı durum yarandığını deyib:

“Əvvəlcə jurnalistləri, QHT təmsilçilərini, sonra vəkilləri təhdid etdilər. İndi bir kəlmə danışanın cibinə külli miqdarda narkotik qoyurlar. Mən özüm də danışmağa qorxuram, evdən çıxmağa, kimisə tənqid etməyə qorxuram. Ümumi vəziyyət belədir”.

Hüquq müdafiəçisi Samirə Ağayeva RATİ-yə qarşı təhdidlərə diqqət çəkib:

“RATİ-nin 3 direktoru olub. Onlardan Emin Hüseynov məcburi mühacirətə gedib, Rasim Əliyev qətlə yetirilib, Mehman Hüseynov isə həbsdədir. Gün gələcək RATİ-nin mühacirətdə və həbsdə olan direktorları da Rasim Əliyevin məzarını ziyarət edəcək”.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) rəhbəri Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və bir gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları tərəfindən təhdid edilib və döyülüb.

Jurnalistin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən beş nəfərdən S.Mustafayev və Kənan Mədətov 9, Camal Məmmədov 11, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il (son iki nəfər həm də R.Əliyevi döydükdən sonra onun pul qabısını və telefonunu götürməkdə ittiham olunur) azadlıqdan məhrum edilib.

Futbolçu Cavid Hüseynov da bu hadisəyə görə həbs olunmuşdu. Çünki olayın kökü R.Əliyevin “Facebook” səhifəsində futbolçu haqqında yazdığı tənqidi statusdan başlayıb. Jurnalistlə C.Hüseynovun bibisi oğlu arasında sosial şəbəkədə mübahisə yaranıb, daha sonra onların görüşündə – 2015-ci il avqustun 8-də bu hadisə baş verib.

İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi digər beş nəfərin işindən ayrıldı. O, Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsi ilə təqsirli bilinib, 4 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi ötən də onun cəzasını 1 il 2 aya endirib, 2016-cı ilin oktyabrında həbsdən buraxıb.

Zərərçəkmiş tərəf həm Cavid Hüseynovun cinayəti bilib xəbər verməməyə görə məsuliyyətə cəlb olunub, daha sonra buraxılmasından, həm də hadisədən sonra Kliniki Tibbi Mərkəzdə R.Əliyevi müayinə və müalicə etmiş həkimlərin cəzalandırılmamasından narazı qalıb.(meydan.tv)

Bu yazını paylaş

Xural.com və daha iki sayt bloklandı

Next Story »

”Çudo Peçka”-nın sahibinə 12 il iş verdilər

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.