• Baxış sayı 429

Göyçayda qalmaqallı Məşğulluq rəisindən nazirə yalan: üç aya 515 nəfər işə düzəlib?

Üç aya 515 nəfər işə düzəlib?Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılovun vəzifəsinin öhdəsindən gəlmədiyi, vətəndaşların iş üçün müraciət edəndə əliboş qaytarıldığı deyilir

N.İsmayılovun fəaliyyətində yenilik müşahidə olunmayıb.

Bir müddət əvvəl Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istədiyi barədə ittihamlarla gündəmə gəlmiş, şikayətçinin videosu yayıldıqdan sonra ona əksini söyləməyə məcbur etmiş N.İsmayılov işsizlərə müavinət ayrılması, iş təminatı ilə bağlı insanlara kömək etmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq sektorunda mərkəz direktorlarının şəffaf işləməsini tələb edir. Yeni nazir Sahil Babayevin bu sahədə müsbət dəyişikliklər edəcəyi məlumat verilir.

Amma N.İsmayılovun Göyçay rayonu Məşğulluq Mərkəzindəki iş prinsipi dəyişməyib. Bu haqda mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı:

“Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir. Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur.

Buda digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və ictimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm”.

Cahan.info xəbər verir ki, Göyçayda işsizlik günbəgün artır. Kəndlərdə daha çox iş probemi yaşanır. Hər il isə nazirliyə hesabat verilir ki, vətəndaşlar işlə təmin olunurlar.

Guya 2017-ci il ərzində Göyçay rayon Məşğulluq Mərkəzinə 1928 nəfər işaxtaran vətəndaş müraciət edib, onların işlə təmin olunması üçün lazımi işlər görülüb.Müraciət edənlərin 711 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub.

Onlardan 291 nəfəri gənc, 222 nəfəri qadındır. Məşğulluq mərkəzi 116 nəfərə işsizlik statusu verib və müavinət ödənilib, 379 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.Bu məlumatların şişirdilmiş olduğu barədə sosial şəbəkələrdə göyçaylılar yazırlar.

2018-ci ilin birinci rübündə isə guya Göyçay rayon Məşğulluq Mərkəzinə 1120 nəfər işaxtaran vətəndaş müraciət edib. Müraciət edənlərin 515 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onlardan 172-si qadın, 120-si gəncdir.

İşaxtaran vətəndaşlardan 146 nəfəri bərbər, tikiş, xalçaçılıq, sahibkarlığın əsasları və ingilis dili kurslarına cəlb olunub. Göyçaydan olanlar feysbukda yazırlar ki, Mərkəzə gedəndə N.İsmayılov iş olmadlığını, sonra gəlməyi məsləhət görür. Xatırladaq ki, mərkəz direktoru Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşıdır.

AzEuroNews.comyazmışdı ki, Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparmışdı.

Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazmışdı. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib. Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur. Başçının oğlu isə villaları, avtoqəzaları ilə gündəmdə olub. Yəni, İsmayılovlar belə tanınırlar..

Ria24.az

Bu yazını paylaş

Köməkçi oğlu “Leksus”da gəzən, polis oğlu həmkarını bıçaqlayan təhsil şefi kimdir? – Faktlar

Next Story »

RÜSTƏM USUBOVUN “QURDLAR VADİSİ” MAFİYASI !!!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.