• Baxış sayı 532

Hüquq müdafiəçi Avtandil Məmmədov qarşılaşdıqı olayrlarla bağlı açıqlama verdi

 

Hüquq müdafiəçi Avtandil Məmmədov qarşılaşdıqı olayrlarla bağlı AZEL.TV-yə açıqlama verdi

Ilkin fəaliyyətlərim

Təhsilimi çətinlik və zülümlə başa çatdırdım.

Təhsilimi başa vurduğdan sonra özümə uyğun işə görə rüşvət  istədilər.  Məndən  tələb oluna məbləq həmin dönəmdə yüksək rəqəm  təşkil edirdi. Ən əsası isə rüşvətlə bütün sağlam məqsədlərimi məhf  etdilər. O anda məndə yeni fikir formalaşdı,  yəni, rüşvətlə və haqsızlıqlarla mübarizə aparmaqı qarşıma məqsəd qoydum. Bunlara baxmayaraq tikinti sektorunda işləməyə başladım. Eyni zamanda mübarizə aparmaqa qarşım da çox maniyələr mövcud idi

2005 və 2006-ci illərdə  İnsan hüquqlarını müdafiə edən təşkilatlarda könüllü olaraq yazıldım.  Bir müddət könüllü olaraq özümə təcrübə qazandım. Ilkin fəaliyyətim həmin illərdən başlandı.

Qohumlarımın həbsi

Həmin illərdə əmimi həbs elədilər. Əmim Məmmədov Qeybulla Əlixan oğlunun barəsində CM 306. Maddəsi ilə məhkəmə qərarını icra etməməkdə ittiham irəli sürülərək , 2006-ci ildə həbs qəti imkan tədbiri seçildi.

Həbs olunduğdan sonra  Quba RPŞ-nin müstəntiqi Əsgər Kazımov qərəzli icraatı ilə, Qeybulla Məmmədov-un  işinə  əlavə maddələr yüklənildi. 127, 221 və 228-ci maddələri əlavə etdilər.

Lakin həmin faktla bağlı və əlavə edilmiş maddələr də günahsız olduğuna dair  bütün instansiyalara müraciət verdim. Qohumluq əlaqələrim olduğu üçün əmimi müdafiə etməyə əsas verirdi. Hüquq mühafizə orqanları tərəfindən müraciətlərin mənim tərəfimdən yazıldıqını öyrənildikdə,Quba RPŞ-i tərəfindən təziq və hədələmələr başlandı.

Qaranlıq yollar  olsada, açıq mübarizəmə  daha da prinsip yaratdı.

Lakin bundan sonra 2007-ci ildə Quba RPŞ-nin  keçmiş müavinlərindən biri Oqtay Həsənov, məni sahə müvəkkili vasitəsi ilə Quba RPŞ-nə gətirtdirdi və məna orada bildirdilər ki, niyə şikayət etmisən? Cavansan istəmirik ki,səni həbsə ataq,  get aqıllı ol və şikayətləri saxla əyər şikayətləri saxlamasan səni həbs edəcəyik. Bu halda istifadəmdə olan telefon nömrələrim alındı və sərbəst  buraxdılar.

Evə qayıtmaq  istədikdə  Quba avtovaqzalında yenicə marşuruta əyləşmişdim ki, telefonuma zəng daxil oldu və mənimlə Oqtay Həsənov danışdığını bildirərək onları olduğum yerdə gözləməyimi istədilər.  Mən onları  gözləmək məcburiyyətində qaldım.Lakin onlar Quba avtovağzalına gələrək, məni ağ rəngdə Niva markalı maşına mindirib yenidən mənimlə danışıqlar apardılar və orada mənə 500 ABŞ dolları təklif etdilər ki, şikayətləri saxlayım deyə,buna baxmayaraq mən həmin təklifi rədd etdikdə mənə bildirdilər ki, həbs olunacaqsan. Bu təkliflərini rədd etdikdən sonra  bir neçə dəfə polis əməkdaşları tərəfindən məni şərləmək istəklərini hiss edərək rayonu tərk etdim və Bakı şəhərində daşındım. Uzun bir müddət Bakı şəhərində yaşamalı oldum. Eyni zamanda mənəvi və psixoliji təsirlər aldım. Həmin proses 1 il 3 ay davam etdi.

Məhkəmə prosesi zamanı yalançı şahidlər, ancaq polis nəfərlərindən olan şəxslər dindirilirdi. Uzun çekən prosesdə Quba rayon məhkəməsinin baş hakimi Ramiz Cəfərovun işinə son qoyuldu.

Yeni təyin edilmiş hakim mənimlə görüşmək istədiyini bildirdi. Lakin Quba rayon məhkəməsini yeni təyin edilmiş hakimi ilə görüşdüm, hakimlə bir qədər söhbətdən sonra mənə bildirdi ki, qardaş oğlu bu iş sifarişlidir başımı bəlaya soxa bilmərəm, mən əlimdən gələni edəcəm. Sonda hakim 5 il hökm elan edir.

Sonra Apellyasiya məhkəməsinə şikayət nəticəsində Maddələrin birində bəraət verərək, 3 ilə əvəz etdilər. Bu işin sifarişli olduğunu bilərək 3 il hökmlə əvəz edilir. Qalan 3 həbsini 1 il 10 ay həbsdə qaldı, qalan hissəsini cəzaçəkmə tipli müəssisədə çəkdi. Bütün instansiyalarabaş qaldıran sifarişli həbslərlə bağlı  müraciətlər etmişdim.

İnsan haqlarının keşiyində və üzləşdiyim haqsızlıqlar.

2008-ci ildə İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov məni çağıraraq, sədrlik etdiyi komitə ilə əməkdaşlıq etməyimi istədi.

Lakin İQAK-ın  Şimal Regional bölgəsinin əməkdaşı oldum. əməkdaşı olduqum komitənin prinsiplərinə uyğun olaraq bir neçə işgəncə faktlarını aşkarladım. Həmin faktların bir neçəsi ifşa olundu, bəzi faktlar isə gizlin qalırdı. 2011-ci ilə kimi İQAK çalışdım.

2011-ci ildə Elçin Behbudovun tapşırıqı əsasında, Qusar RPŞ tərəfindən, dindarlara qarşı işlənən işgəncələrə dair əlavə izahat almaqdan ötrü göndərildim. Həmin dindarlardan izahat aldıqım zaman, polis tərəfində şəkillərim çəkildi. Bir neçə gün sonra Quba RPŞ-nin keçmiş rəis müavini Azər Rzayev mənə zəng edərək məni polisə şöbəsinə dəvət etdi. Rəis müavini məni polisə şöbəsinə dəvət edərkən, qanunvericiliyə uyğun olaraq, yaşadıqım ünvana rəsmi çaqırış göndərməsini xatırlatdım. Qanunun tələblərinə baxmayaraq, həmin anda rəis müavini məni şantaj etdi. Rəis müavini ilə danışıqı bitirdikdə bir neçə dəqiqə sonra Elçin Behbudov mənə zəng edib bildir ki, səndən şikayət var. Bu anda Elçin Behbudovun insan hüquqlarını müdafisinə dair olan inamlarım məhf oldu. Çünki o işin mahiyyətini öyrənilmədən və bilmədən məni, rəis müaini tərəfində edilən şantajla ittiham etdi. Həmin anda E.Behbudovaya bildirdim ki, sizin rəhbərlik etdiyiniz komitə də, fəaliyyətimi sonlandırıram, artıq sizinlə çalışmayacam.

İQAK-ın mənə məxsus olan səlahiyyət vəsiqəsini Xaçmaz rayonundan danasını 750 AZN ə sataraq, həmin dananın satdığı məbləğ müqabilində İQAK-ın regional bölgə rəhbərin köməkçisi vəzifəsinin daşıyan şəxs vasitəsi ilə vəsiqəni İQAK-ın sədrinə göndərdim.

Qeyd edim ki, Elçin Behbudov, Qusar RPŞ tərəfindən, dindarlara qarşı işlənən işgəncələri gizlin saxlanmasını istəməsinə baxmayaraq, sonradan təşkilatdan uzaqlaşdığdan sonra həmin işgəncə faktını mətbuata təğdim etmişdim.

Həmin faktı mətbuat dərc etdikdən sonra  Elçin Behbudov mənə zəng vuraraq mənimlə görüşmək istədiyini bildirdi.

Lakin Elçin Behbudov və əməkdaşları ilə birlikdə Bakı şəhəri dağ üstü parkda görüşümüz baş tutdu. Orada Elçin Behbudov mənim fəaliyyətim haqqında yüksək əhval ruhiyə ilə tərif səsləndirdi. O, mənim üzümə gülə-gülə ləğv olunmuş MTN-ə bir neçə dəfə haqqımda mənfi xarakterli informasiyalar ötürmüşdür.

Lakin Qusarda dindaarlara qarşı edinlən işgəncə faktını Azadlıq radiosuna yayımlamasının əleyhində kəskin fikirlər səsləndirdi. https://www.azadliq.org/a/24205438.html  Bir çox işgəncə faktları olub ki, gizlədilmişdir.

İQAK da fəaliyyətim dönəmində bir neçə dəfə təziqlərə məruz qalmışam. ( Quba rayon Rustov sovetliyinin Güneyməhəllə kəndində güclü qar yağması və təbbi fəsadlarlarla nəticələnmişdir.

Kəndin elektirik xətləri sıradan çıxaraq transvarmatorun sıradan çıxması ilə nəticələnmişdir. Həmin hadisə ilə bağlı aidiyyətli qrumlara müraciət etsəkdə heç bir tədbir görülməmişdir.

Müraciətlərimiz cavabsız qaldığına dair kəndin sakinlərini birgə olaraq KİV-lər vasitəsi o, cümlədən ANS iç xəbər verilişində yayımlamsına səbəb olaraq Rustov İnzibati Ərazi Dairəsinin keçmiş nümayəndəsi Şahlar Novruzov və onun qızının həyat yoldaşı Quba RPŞ-nin əməkdaşı polis zabiti Namiq Umudov tərəfindən mənəvi və fiziki təsirlər almışam.

İQAK-ın əməkdaşı olduğuma baxmayaraq E.Behbudov həmin faktın üstündən keçməsini tələb etdi.

Digər bir məqam isə Rustov sovetliyinin Xanagah kənd sakini hərbi xidmət zamanı komandiri tərəfində işgəncə verilərək öldürülməsi faktını gizlədilməsində tələblər irəli sürmüşdür.

Hüquq müdafiəçisini bu kimi ciddi faktları göz yumması ölkə üçün xoşagəlməz hallar idi.

Mahiyyət məlum idi, işgəncə faktlarını  nə səbəbə görə gizlədilmişdir? Faktların bir qismini sizlərə təğdim edə biləcəm.

Digər fakt bundan ibarətdir ki, Babək Ədalətli həbs olunduğu müddətdə E.Behbudov işgənə faktını olmadığını bildirmişdir.  Daha digər faktlar mövcudur.

https://www.azadliq.org/a/25206219.html

https://www.amerikaninsesi.org/a/leyla_yunus/1835893.html

https://www.azadliq.info/42099.html

https://www.youtube.com/watch?v=EsTb7dOPIBU

https://www.facebook.com/photo.php?fbid=960544064037400&set=a.555564071202070.1073741826.100002454463696&type=3&theater

https://news.milli.az/crime/485041.html

E.Behbudov İQAK sədrlik dönəmdə, azneft meydanındaki, əl oyunları sarayın arxasında olan ofis və sonradan Tədris Təlim Mərkəzi ilə üzbə-üz, Lider TV yaxınlıqında olan ofisi, ləğv olunmuş MTN Eldar Mahmudov tərəfindən kirayə haqqını ödəyirdi və ondan əlavə hər ay üçün E. Behbudovaya müəyən məbləğdə premiyalar ödəyirdi.

Sonradan bəlli oldu ki, E. Behbudov  komitənin əmakdaşı olmayan bir neçə insanla yaxından əməkdaşlıq edirmiş,  bir neçə  şəxsi isə qeyri qanuni əməkdaşlıq etməyə dəvət edirdi.  Faktlar mövcuddur ki, həmin şəxslərin təhlükəsizliyin təmin etmək məqsədi ilə adlarını istinad etmirik. Həmin şəxslərdən sui istifadə edirdi.

Özünün şəxşi maraqları naminə dostlarından biri də Qeybulla Məmmədov olmuşdur. 2013-ci ildən 2018-ci ilə dək həbsdə olan Qeybulla Məmmədovun, Nərimanov RPŞ-nin keçmiş rəisi Muradəli Babayev ə həbs etmək tapşırıqını verdirir.

Qeybulla-nı oyuna gətizdirən şəxs isə Bakı şəhər BPİ-nin polis mayorunun qardaşı Orxan adlı şəxs vasitəsi ilə heyata keçirilmişdir. Sonradan polis şöbəsinə və məhkəməyə  izahat verir ki, güya Qeybulla Məmmədovu, başqa şəxs vasitəsi ilə tanış olub və başqa heç bir əlaqələri olmayıb.

Qeybulla Məmmədova-nın 10 il azadlıqdan məhrum edilir.  E. Behbudov daha adlarını çekə bilmədiyim şəxslərin həbsini sifariş vermişdir. Hələ demirəmki, həbsdən azad etmək üçün müxtəlif şəxslərdən, müxtəlif məbləğlər əldə edilməsi haqqında. Ölənin arxasında danışmaq olmaz deyirlər. Amma nə etmək olar?. Baş verənləri açıq ifadə etməmək də günahdı.

 

Sağlam müstəqil cəmiyyətdə

2011 ci ildən bəri Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə İnsan hüquqlarını müşahidəsi və müdafiəsini təşkili eyni zamanda məhkəmə proseslərində müşahidə aparılması sahələrində təmsilçilik etmişəm.

2012-ci ildə martın 1də Quba da İcra başçısı Rauf  Həbibov a qarşı üsyanda müşahidəçi qismində iştirak etmişəm. Həmin hadisəyə görə təşkilatçılardan biri olmaqla suçlayaraq polis tərəfindən axtarılmışam. Aylarla evimdəm ailəmdən uzaqlarda qalaraq təhlükəsizliyimi təmin etmişəm. http://musavat.com/news/son-xeber/QUBA-ISININ-MEHKEMESI-DAVAM-EDIR_132211.html

https://www.azadliq.info/20546.html

http://qafqazinfo.az/news/detail/bjurnalist-mehkemeye-buraxilmadib-24630

 

Lakin Xanım Arzu Abdullayeva-nın uzun danışıqlarından sonra  sübut edir ki, təşkilatçı yox müşahidəçi qismində iştirak etmişəm. Sonradan axtarışı dayandırırlar.

Həmin illərdən öncə QHT-lərin Şimal Regionalda Kordinasiya yaratmaqdan ötrü təşəbbüs irəli sürdün. Çünki, Şimal  bölgəsində bir çox bitərəf olan QHT-lər fəaliyyət göstəməsi çox çətin idi.

Şimal bölgəsində bir çox təşkilatlarla sıx əməkdaşlıq edirdim. Bölgədə aktiv fəaliyyət göstədiyim üçün bir çox təhlükələrlə üz-üzə qalırdım.

Qara siyahi içində

Bunlara baxmayaraq 2012-ci ildə daha da çox təziqlərə məruz qalmışam. Həmin ildəQuba İcra başçısının müavini Yusif Abidovun tapşırıq əsasında polis tərəfindənsaxlanmışam.

Quba RPŞ-nin əməkdaşları tərəfindən yaşadıqım evin qarşısında saatlarla post qurulmuşdur. Baş verənlərə baxmayaraq fəaliyyətimi çətinliklə və təziqlərlə davam etmişəm.

Eyni zamanda 2012 -2013 illərdə Seçki müşahidə qrupunun Quba-Xaçmaz rayonları üzrə koordinator,  olmuşam. Həmin illərdə dəfələrlə təziqlərə məruz qalmışam. Daim polis nəzarətində olmuşam. https://www.amnesty.de/jahresbericht/2013/aserbaidschan

 

Həyatın təhlükəli anları.

 

İnsan haqlarının keşiyində və üzləşdiyim haqsızlıqlar mövzüsundan,   təkrar hadisələr və üstü açılmayan faktlar.

2013-ci il tarixində Elçin Behbudovun,  Məmmədov Qeybullanın həbs sifarişi verdirmək məsələsində sonra, bəlli olur ki, Elçin Behbudov keçmiş və ləğv olunmuş MTN vasitəsi ilə həyata keçirilib. Qeybulla Məmmədovun bir oğlu Vəfanur Məmmədov və mərhum, DTX tərəfindən öldürülmüş Nizami Nəcəfovla birlikdə  İnternet üzərindən Eldar Mahmudovun şəklinin üzərin də (şərəfsiz ) yazaraq  Facebook  profili ilə paylaşır.

Çox çekmir ki, damqalı əməliyyatlar heyata keçirilir. 2014-ci ilin yanvarın 6-sı / 7-sinə keçən gecə qara maskalılar tərəfindən Qeybulla Məmmədovun yaşadığı evə basqın edilir. Lakin əməliyyat nəticəsində evlərinə silah sursat yerləşdirərək , qanunsuz silah saxlama maddəsi ilə Vefanur Məmmədovun və Nizami Nəcəfov-un özləri ilə aparmalı olurlar.

Hadisə ilə əlaqadar olaraq böyük qardaşını özümlə götürüb bizim evə gəldik. Səhəri gün Qeybulla Məmmədovun məhkəmə prosesinə iştirak etməkdən ötrü və hadisə ilə narahatçılıq keçirməmək hissini yaşatmamaqdan ötrü  Quba rayon məhkəməsinə gəlmək qərarını  aldıq.       Daha demə, saxta ittihamlar və bu andan başlayır. Məhkəmə gələrkən istifadəmdə olan 2106 markalı maşınla şaxtalı hava və yolların buz olması nəticəsində avtomobil qəzasına uğrayırıq.  Lakin  avtomobil qəzasında qurtulsaqda hökümətin qara əməliyyatından qurtula bilmədik.

Quba rayon məhkəməsini qarşısından, mənim yanımda olan, əmim oğlu Vefadar Məmmədovun ləğv olunmuş MTN əməliyyatçıları tərəfindən qəfildən oğurlayırlar. Sonradan məlum olur ki, mənim yanımdan oğurlanmış əmimoğlunu işgəncə verərək, üzərində silah sursat olduğunu və həmin saxta ittihama imza atmaqa məcbur etmişdilər. Saxta və sifarişli ittihamlarla razı olmasa da barəsində həbs qəti tədbiri seçilir. Bu haqda daha ətraflı şərh etmək mümkündür. Qeyd edim ki, burada tam ayrı qondarma irəli sürülmüşdür. https://www.youtube.com/watch?v=KFlZ1ye7Ho4&t=3s

Fakt və dəliləri təğdim edirəm.

KİV-lər üçün https://www.facebook.com/avtandil.mammadli/posts/944469229075656?__tn__=K-R

https://www.youtube.com/watch?v=EYV15s9qgLQ&t=116s

https://www.youtube.com/watch?v=xvUx1W1igYU

https://www.youtube.com/watch?v=Gip-NEQ1k-g&t=271s

Tək başına mübarizə

 

2015-ci ildə Azərbaycanın  şimal bölgəsini seçkilərin müşahidə etmək məqsədi ilə, Şimal Müstəqil Müşahidə Seçki Qrupunu təşkili üzrə təşəbbüs irəli sürərək, aktivistlərin seçimi ilə həmin qrupa rəhbərlik etmişəm.

 

2013-cü il tarixində hakimiyyətin QHT-lərə qarşı represiyasına başladığdan bəri fiziki şəxs olaraq Vergilər Nazirliyindən qeydiyyatdan keçərək fərdi qaydada müəyyən sahələr üzrə, sahibkar kimi xidmət göstərmişəm.

Bir müddət QHT fəaliyyətimdən kənarda qalmasına baxmayaraq fərdi olaraq hüquq  xidmət sahələrində vətəndaşların mülki xarakterli hüquqlarını məhkəmələrdə müdafiəsində çalışmışam.

2015-ci il tarixində hüquqi şəxs olaraq qeydiyyatdan keçərək, “HÜQUQ XİDMƏT MƏRKƏZİ”-nin təsisçisi və rəhbəriyəm. Quba-Xaçmaz şəhər ərazisində istifadəmdə olan ofis fəaliyyət göstərib. Həmin vaxtalarda bir neçə şəxs  problemlərini olduqunu bildirərək müraciət etmişdir. sonradan mülkiyyət hüquq pozulmuş şəxslərlə müqavilə baqlayaraq onların hüquqlarını müdafiəsini təşkilini və eyni zamanda dövlət və qeyri dövlət qrumlarında onların təmsil etməklə, onlarla razılıqa gələrək müqavilə baqlamışam.https://www.facebook.com/H%C3%BCquq-Xidm%C9%99t-M%C9%99rk%C9%99zi-562918313873593/

 

Vətəndaşları fərdi qaydada müdafiəsində edərkən, aldıqım təsir və təziqlər

 

2015-ci il tarixində Quba rayon Rustov Sovetliyinin Püstəqasım kənd sakinləri Hacımuradova Arzu Şirnəli qızı, Hacımuradov Nurməddin Murad oğlu, Hacımuradov Elməddin Murad oğlu və Məmmədov Nəsibə Səddar qızının mülkiyyət mübahisəsi ilə əlaqadar olaraq onların qanunvericiliyin tələblərinə uyqun olaraq etibarnamə əsasında  məhkəmlərdə nümayəndə kimi təmsil etmişəm.

Qeyd etdiyim şəxslərin, qarşı tərəfi maraqlı şəxs olan Hacımuradov Cəlal Səddar oğlu həmin şəxslərini işini aparılmamasını və onlarını hüquqlarını müdafiə etməyimə əsasən, məni dəfələrlə hədələmiş və mənim başıma oyun gətirəciyini bildirmişdir.

Lakin o, məni  təhdid edilməsinə baxmayaraq mən təmsil etdiyim şəxslərin müdafiə etmişəm. Dəfələrlə Cəlal Hacımuradov yüksək rütbəli və vəzifəli şəxslərin adından danışaraq özünü yüksək iş adamlarının sağ əli olduğunu bildirmişdir.

Lakin  C. Hacımuradov mənim qohumlarıma təsir göstərərək məni hökümət  vasitəsi ilə həbs etdirəcəyini diqqətə çatdırmışdır.  Eyni zamanda mənim istifadəmdə olan telefon nömrəmə zəng etmiş məni təhqir edərək, bəzi şantaj xarakterli ifadələr işlədərək, məni həbs etdirib türmələrdə çürütdürəcəyini bildirmişdir. https://www.youtube.com/watch?v=5vnO_IP2vVQ

 

Qara ləkə ilə üz-üzə

 

2016-ci ilin payız aylarında tanımadıqım bir nömrədən istifadəmdə olan telefonuma sms daxil olur həmin sms də mənim ona köməyə ehtiyacı olduğunu bildirir. Həmin şəxs Sebinə adı altında özünü təğdim edir. Bir qədər danışdıqdan sonra həmin şikayətçi bildirir ki, Quba rayonuna qonaq gələrək baş verənləri geniş şəkildə şərh edəcək. Cavab olaraq, insanpərvərlik və qonaqpərvərlik bizim qədim adət, ən-ənələrimizdə sadiq olduğumu diqqətə çatdıraraq, şikayətçi olaraq qəbul edəcəm.

 

Lakin 09.02.2017-ci il tarixində özünü Səbinə kimi təğdim edən şəxs mənə günün səhər çaqlarında zəng edərək Qubaya gələcəyini bildirdi, həmin günün 2-ci yarısı, yaxından tanıdıqım və dostluq etdiyim, keçmişdə jurnalist olaraq fəaliyyət göstərən, (adı müəyən məqamlara görə istinad edilmir.) Qaz 31 markalı maşını ilə şikayətçini Quba şəhərində qəbul edirəm.

Şikayətçi: mənə bildirdi ki, normal bir otel olsun qalmaqa, mənim tanıdıqım restoranın və otelin admistratorun telefonuna zəng edərək qonaqım olduğunu bildirdim. Bazar gününə təsadüf olduğu üçün,  həmin şikayətçini ofisdə yox,restoranda dəvət etməli oldum

Şikayətçi: çay içərək özünü ləğv olunmuş MTN zabitini qızı olduqnu bildirdi. Onun valideynini keçmiş ləğv olumuş MTN yüksək vəzifəli şəxslər tərəfindən dərmanla zəhərləyib öldürdüyün bildirərək, onun atasının qatilini tapılmasında köməklik istədi.

Mən: cavab olaraq, məmin sahəmdə aidiyyəti olmadığını vurqulayaraq diqqətinə çatdırdım. Lakin qəti olaraq bu istiqamətdə ona köməklik edə bilməyəcəyimi çatdırdım.

Şikayətçi:Necə edək sənin tanıdıqın adam olmamış olmaz.

Mən: Yox elə adam tanımıram. və mənim işim hüquqları müdafiə etməkdir. Yaxşı olar ki, araşdırmaçı şəxslərə mürciət edəsən.

Şikayətçi: Sənə ümidim çox idi ki, mənə köməklik edərsən. Bu işlərlə məşqul olan hüquq müdafiəçisi kim varsa xahiş elə ki, mənə köməklik etsinlər.

Mən: Var amma həmin hüquq müdafiəçilərə özün əlaqə qursan daha yaxşı olardı, ondan əlavə də qeyd edim ki, niyə dövlət orqanlarına müraciət etmirsənki?

Şikayətçi: Kimə müraciət edim? Kimsə baxan deyilki hamısı bir-birinə bağlıdır.

Mən: Məni düzgün anlayın sizə bu sahədə kömək edə bilməyəcəm.

Şikayətçi: Yaxşı mövzunu deyişək belədə qonaq gəlmişəm.

Mən: Qonaqsan xoş gəlmisən. Səni qonaq kimi qəbul edirəm.

Şikayətçi: Biz məmur uşaqlarını bilirsəndə daim kayfa xidmət etmişik.

Mən: mənim üçün fərqi yoxdur ki, məmur övladı olmusan. Şikayət mövzusu bağlandığı üçünsəni qonaq kimi qəbul edirəm.

Qonaq: Mən həmişə istədiyim həyatı yaşamışam, narkotik istifadə edirdim neçə vaxtdır ki, istifadə etmirəm, mənə narkotik taparsan ? qurdumu öldürüm.

Mən: Cavab olaraq bildirdim ki, mən narkotik vasitələrdən uzaq adamam həqiqətəndə sənə söz verə bilmərəm. Bu kimi əməllərdən kənaram.

Qonaq: mənim pulum var dedi.

Mən: Söhbət puldan getmir. Ümumiyyətlə sənə də məsləhətim odur ki, bu kimi pis əməllərdən uzaq durasan.

Qonaq: Məni qonaq kimi qəbul etmirsən!!

Mən: Səni qonaq kimi qəbul etdim. Xahiş edirəm bu haqda bir daha toxunmayaq.

 

Bir qədər sonra mənim dostum  gəlir. Qonaqı QAZ 31 markalı maşının sahibi, həmin şəxslə qəbul etmişdim.

Qonaq: Həmin şəxsə bildirir ki, qonaq gəlmişəm və həmin şəxsə bildirdi ki, mənim üçün nə edə bilərsiz? Səhərdən Avtandilə deyirəm ki, mənə bir siqarətlik narkotik təşkil etsin birlikdə istifadə edək. Avtandil deyir ki, əlim çatmır. Ondan uzaq-bundan uzaqam 5 günlük həyatdı istədiyin kimi yaşaya bilmədinsə nə yaşamaqdır?!!

Dostum: Sən istədiyin kimi yaşamaq öz haqqındır. Amma bu işdə mən heçnə edə bilməyəcəm. Yaxşı olar ki, bu fikirə son qoyasan

Bu anda Mən: dostumu kənara çəkib və deyirəm ki, mən bu qonaqdan şübhə edirəm.

Dostum:Əəəə səndə hər kəsdən şübhə edirsən. Sənə niyə beləsən.

 

Elə bil o, qara buludlar mənim başımda fırlanırdı. Həmin vaxt nələr baş verəcəyini nəzərə alsamda, elə bil dil dodağım susqun idi, başqa bir addımda atmaq haqqında düşünə bilmədim.

 

Daha öncə yemək sifariş vermişdim. Restoranda mən, qonaq və dostumla birgə axşam yeməyini bir stol arxasında yeyirik.

Birgə axşam yeməyindən sonra dostum olan şəxsin telefonuna  zəng  gəlir zənglə əlaqadar olaraq dostum bizdən ayrılmaq məcburiyyətində qalır.

Həmin restorandanın oteli də mövcud idi. Lakin həmin oteldə, nömrəli götürülür.  Qonaqa deyirəm sənə xoş istirahətlər mən getdim, evdə gözləyən var.

Qonaq: Necə məyər sən burda qalmayacaqsan?

Mən: Xeyr mən evə getməliyəm səhər işim çoxdur. Yolumda bir qədər uzaqdır.

Qonaq:Belə eləmə də, mən burda tək qalmalıyam?

Mən: Siz qonaqsız, gələrkən bildirdiniz ki, bir neçə gün qala bilərəm mənə yaxşı bir otelə nömrə götür. Istədiyiniz kimi oteldir. Sabaha inşallah, işlərimi qutardığdan sonra görüşərik. Sizə kömək edə bilməsəmdə tanışlığda məmnun oldum.

Qonaq: yaxşı bir çay sifariş elə, içək sonra gedərsən.

Mən: tamam o, olar. Yenidən çay sifariş verdim.

Otaqa yerləşək çayı da orda içək.

Dostum:  bizdən ayrıldığı vaxt cəmi 30 dəqiqə olardı.

Qonaqla söhbət zamanı kabinetin qapısı açılır bir qrup mülki geyimli şəxslər içəri daxil olur və belə bir seslə tez qoymayın hərəkət eləsin. Mən həmin şəxslərin bir neçəsini polis əməliyyatçısı olduğunu görüb cavab olaraq, icazəsiz içəri daxil olmalarını qadaqan olunması bildirdim. Lakin tələblərə məhəl qoymayıb mənim üzərimdə narkotik maddə olduğunu bildirildi. Bu anda mənim üzərimə hadisə yerində baxış keçirilməsi və çəkiliş aparılması tələbini irəli sürdüm.

Həmin mülki geyimli polis əməkdaşları mənim tələbimlə razılaşaraq, bütün paltarlarımı çıxarıb çibli nə varsa başdan ayaqa baxış keçirilməsini istədilər. Həmin tələblərini yerinə yetirmək məcburiyyətində qaldım. Lakin bütün paltarlarımı çıxarıb tək-tək əynimdəki cibli paltarımı cibində olan sənəd və əşyaları stol üzərində düzdüm.

Həmin polis əməkdaşları mənim üzərimdə heç bir narkotik maddə olmadığını müəyən etdikdən sonra, Emil Babayev adlı Narkotiklər mübarizə qrupun əməkdaşı, polis zabiti dərhal qonaqa yan baxıb, qonaqın üzərinə baxış keçirilməsini bildirdi.

Qonaqın üzərindən narkotik maddə aşkar edilmədikdə, bildirildi ki, qonaqın qol sumkasına baxış keçirilsin. Qonaqın sumkasına baxış keçirilərkən balaca bir kaqızda narkotik maddə aşkar olundu. Bizi

Quba RPŞ-nə apardılar. Polis şöbəsinə aparılarkən mən dərhal vəkil tələb etdim. Mənə dedilər ki, vəkilə ehtiyac yoxdur səninlə danışmalıyıq, ona görədə bu əməliyyatı həyata keçirməli olduğ.

Qonaqın izahatları hazır idi sadəcə bir imza atmalı idi. Izahatların da qeyd olunmuşdur həmin narkotik maddəni Avtandil Məmmədov vasitəsi ilə əldə etmişəm. Daha doğrusu Avtandil dostu ilə birlikdə mənə satıblar. Bizimlə razılaşmasan həmin izahatı tətbiq edəyəcəyik və səni narkotik satışı və istifadəçi olaraq həbs edəcəyik.

 

Quba RPŞ-nin əməkdaşları bizi (mən Avtandil Məmmədov, qonaq qismində olan, Səbinə təxəllüslü Nəsirova Sevda  və dostluq etdiyim, restoranın admistratoru Tahirov Elşən)  Quba RPŞ-nə apardılar.

Polis şöbəsinə aparıldıqda qonaqdan sorqu-sual etdilər ki, narkotik vasitəni kimdən əldə etmisən? Qonaq cavab olaraq bildirdi ki, Avtandilin yaxından tanıdığı şəxs vasitəsi ilə əldə etmişəm.

Həmin şəxsi bir neçə dəqiqə görə bildim sonradan qonaqı görə bilmədim.

Qonaq harda olduğunu soruşduğda, belə bir cavab aldım; sənə nə lazımdır? Səni bura bir bəhanə gətirmək lazım idi və əməliyyatımız da baş tutdu. Qonaqını yola saldıq getdi. Səndə bir ip-ucu tutmaqdan ötrü qonaqın gəlmişdir. Sənin qonaqın sərbəsdir amma sən hələ də burdasan.

Həmin şəxs əslində özünü Səbinə təxəllüsü ilə təğdim edərək, DİN də xüsusi olaraq xidmət edən Nəsirova Sevda Mirhəsən qızı olub. Faktla bağlı rəsmi fotoları digər maddi sübutlarım mövcuddur. Onu da qeyd edim ki, əməliyyatla əlaqadar olaraq, qonaqdan yeni izahat almadılar və bildirildi ki, izahat almaqa ehtiyac yoxdur. Lazım gələrsə izahat hazırdı imza məsələsi qalıb, oda bizim əlimizdədir. Dostluq etdiyim şəxs restoranın admistratoru Tahirov Elşən ayrıca otaqda saxlanılırdı.

 

Bu arada dostlara tövsiyyə edim ki, şikayətçi qəbul edərkən diqqətli olsunlar.

 

Baqlı qapılar arxasında ki, danışıqlar.

 

Məni Quba RPŞ-nin 3-cü mərtəbəsində Emin adlı digər polis əməliyyatçının otaqına apardılar.

Emin adlı polis əməliyyatçısı pasport və digər sənədləri istədi. Sənədləri surət etdikdən sonra iş vəsiqələrimi qaytardı, şəxsiyyət vəsiqəsini özündə saxladı. Bildir ki, aşaqı düşüb təhqiqatçının yanında izahat yazmalıyam. Bu arada Emil Babayev içəri daxil olub onunla gəlməyini bildirdi. Məni rəsin birici müavini yanına apardılar.

Rəis müavini: Avtandil niyə belə hərəkətlər edirsən? sözə niyə qulaq asmırsan?.

Mən: Rəis nə etmişəm ?  nə etdiyimi bilmirəm. Hansı cinayət əməlim var ?

Rəis müavini:  Get yoldaşlar sənə izah edəcək. Bizimlə razılaş ki, bir daha olmasın. Səni bu dəfə nəzərə alacaqlar.

Sonradan məni ( Narkotiklərlə Mübarizə Qurupun) əməliyyatçısı Emin Babayev öz otaqına gətirir. Otaqında bildirdi ki, söhbətlər və müəyyən məsələlər var ki, danışmalıyıq.

Emil Babayev: Bundan sonra bizimlə birgə əməkdaşlıq etməlisən.

Mən: Necə əməkdaşlıq eməliyəm?

Emil Babayev: İstənilən sahədə. QHT də sektoru və ictimai əsaslarla çalışdığda bizimlə bizimlə bölüşməli olan işlər olacaq və ondan sonra da istiqamət üzrə hərəkət etməlisən. Çərçivədən kənara çıxmayacaqsan.

Mən: Məni çirkin işlərə bulaşdırmayın. Mən bu kimi işlərdə yoxam.

Emil Babayev: Özün bilərsən. Bizimlə razılaşmayacaqsan həbs olunacaqsan.

Mən: Sizin narkotik ittihamı mənə yapışmaz. Məni yaxından tanıyanlar var. Hər kəs bilirlər ki, bu işin sahibi deyiləm və qondarma ittiham irəli sürməklə heç nəyi sübut etmiş kimi olmayacaqsınız.

Emil Babayev: Sən narahat olma elə bilirsən ki, biz heçnə edə bilməyəcəyik?. Özün çox yaxşı bilirsən ki, əlimizdə imkanlarımız çoxdur. Istədiyimiz kimi edə bilirik.

Mən: Sizin istəyiniz dövlətin qanunu aliliyinə xidmət etmir?

Emil Babayev: Çox sual verirsən. Bəlkə səni oforment etdik, onda suallarıvı verərsən.

Mən: bəs nə etmək lazımdır ki, sizin qondarma ittihamlarınıza tuş gəlməyək?

Emil Babayev: Sabahı gözlə nə edəcəyini biləcəksən.

Həmin gecə Emil Babayev-in otaqında qaldım. Əlavə bir polis nəfərinə tapşırıldım gecə yanımda qaldı. Tualete belə həmin növbətçi polis nəfəri aparırdı məni. Səhərin gözünü stolda açdım.   Səhəri gün saat 10_00 radələrində Emil Babayev gəldi.

Emil Babayev: Səhər yeməyi yemək istəyirsən?

Mən:Heç iştiham yoxdur.

Emil Babayev:Yox  zavtrak eləməlisən. Polis şöbəsini həyətində ki, bufetə zəng edir, (1 stekan çay pesok yağ-pendir, çörək) sifariş verir.  Qida qəbulunda sonra bufetin pulunu verilməsini istədi. 7 manat ödəniş etdim.

Emil Babayev:  hazırsan ?

Mən: Emil Babayevə deyirəm;  Siz mənimlə açıq danışın bilim ki, istəyiniz nədir?.

Emil Babayev:  Tələsmə biləcəksən.

Bir neçə saat keçdi. Telefonlarım əlimdən alınmışdır. Məni başqa bir otaq apardılar. Orada üzdən tanıdıqm bir polis nəfəri var idi. Həmin polis nəfərinə Emil Babayev tapşırdı ki, ciddi nəzarətdə saxlanılım. Həmin polis nəfəri çox sadə bir insan bənzəyirdi.

Həmin polis nəfəri: Qəfildən mənimlə söhbətə keçdi. Ay yetim səni niyə gətiriblər yenə?

Mən: Vallah heç özümdə dəqiq bilmirəm ki, niyə görə gətiriblər.

Həmin polis nəfəri: Səni neçə ildir ki, tanıyıram. Şər-şür işlərdən uzaqsan.

Mən: Məsələni qısaca izah etdim.

Həmin polis nəfəri: Həəə indi anladım.

Həmin polis nəfəri: Bunlarla işin çətin olacaq. Çox istərdim sənə şərtsiz kömək edimamma edə bilməyəcəm. Çünki qabaq ki, vəziyyət yoxdur. Yuxarıdan daha ciddi tapşırıqlar gəlib.

Mən: Kimlər üçün tapşırıq gəlib?

Həmin polis nəfəri: Dəqiq bilmirəm ki, kimlər var siyahı da.

Bu arada Tural adlı şəxs həmin otaqa girir. Tural-ın kim olduğunu bilmirdim. Amma mənə çox kinli baxırdı. Üzdən tanıdıqım həmin polis nəfəri pəncərəni açıb siqarət çəkməyi icazə vermişdir. Siqarət çəkmək üçün pəncərəni açıb tüstüləyə-tüstüləyə kəskin yaqan qarlı havaya baxırdım. Pəncərədən baxarkən şöbənin həyətində polis çavuşu mülki vətəndaşla söhbət zamanı mülki vətəndaşdan pulu sayıb rüşvət aldıqını gördükdə rişxəndlə gülümsədim.

Bu arada Tural adlı şəxs dilləndi. Buna bax hələ də gülür.

Mən: Necə? sizi başa düşmədim. Mənim gülməyim sizə manə olur?

Tural: Necə yəni bizi zibilə salmısız hələ də  gülürsüz.

Mən: Ay yoldaş izah elə görüm nə zibilə salmışam sizi ? eyni zamanda da danışıqınıza diqqət edin.

Tural: Necə məyər, güya bilmirsən? Siz qonaq gəldiyiniz otel restoran bizimdir.

Mən: Burda sizin aidiyyatınız nə var? Mən sifarişlə burdayam. Sizi kim sifariş edib?.

Tural: Bizi sifariş etməyiblər. Restoranın admistratorunu bu gecə burda saxlayıblar. Elşən bizim işçidir. Indi bizi də incidirlər. Əmim də buna görə çox əsəbləşib.

Mən: Əmin kimdir və bu işə nə dəxlisi var?

Tural: Əmim Nadir İsmayılov, əsas obyektin sahibi, necə dəxlisi yoxdur ki, boynumuza 15000 (on beş min) manat qoyublar.

Sən bilmirdin ki, sənə torba tikiblər. Ehtiyyatla addım atmaq lazımdır. Sənin haqqında azacıq dedilər bizə, bildiyimiz görə hüquqçusuz  və hakimiyyətlə barışmayan adamsız, sizi anlayırıq amma hər ehtimala qarşı gərək belə olmasaydı.

Mən: Bizi necə anlayırsız ki, az-öncə  hörmətsizlik etdiniz.

Tural: Əsəbdən belə davrandıq. Bizi də bir ara damqalamışdılar.

Həmin polis nəfəri:  Bağlayın söhbəti. Artıq sözlər etməyin. Olacaq olacaqdır.

Bir qədər sonra Emil Babayev gəlir.

Emil Babayev:  Sən yaxından tanıdıqın şəxsi şöbəyə dəvət etməlisən ki, onunda izahatlarını alaq.

Mən: Xeyr bu mümkün olmayacaq.

Emil Babayev:  Bax sənə deyirik, onun izahatı sənə kömək edəcək, yoxsa qəti tədbir görəcəyik. Biz onu başqa yolla gətirəcəyik, onunda işi qalın olacaq. Qonaqı onun maşını ilə qəbul etmisən və birgə axşam naharı etmisiz.

Adımdan Sui istifadə

 

10.02.2017-ci il tarixdə, saat 13_00 radələrində məni şöbədən çıxarıb maşına mindirirlər və həmin otelin yanında aparıb, məni NİVA CHEVROLET markalı maşını deyişərək hər iki tərəfimdə polis nəfərləri olmaqla VAZ 21015 markalı maşını saxladılar. Nələr baş verdiyini bilmirdim.

Bir qədər sonra yenidən polis şöbəsinə qaytardılar. Yenə məni üzdən tanıdıqım polis nəfərini otaqında saxladılar. Bir neçə saat sonra günü 2-ci yarısından sonra qapının arasından gördüm ki, dostumu şöbənin  kolidorundan tualet tərəfə aparırlar məni də çölə buraxmırdılar.

Dostumu gördükdə  çox pis oldum.  Amma nə baş verdiyini dəqiq bilməsəmdə təxmin edirdim ki, bizi üz-üzə qoyacaqlar. Qapı tərəfə hərəkət etdim qəfildən qapını açıb çıqırdım ki, ay yoldaş bizi qarşı-qarşıya qoyacaqlar mən heç bir izahat yazmamışam. Bu sözü çıqırıb deyəndən sonra dərhal 3 nəfər mülki geyimli polis məni otaqa atdılar. Ondan sonra bir-birimizi görmədik.

Yenidən Emil Babayev məni otaqına apardı. Mənə bildirdi ki, burdan qurtulmaq istəyirdənsə razılaşmalısan. Məni ordan da başqa bir otaqa apardı. Orada  mülki geyimli şəxs məni qarşıladı və mənimlə söhbət apardı. Həmin şəxs polis əməiyyatçısı Samir Abbasov idi.

Samir:   Mənə bildir ki, sənin üçün material hazırlamışıq və hazırlanmış senarini, anketimi mənə göstərdi, dedi aqıllı ol bizimlə birgə çalış pulda qazanacaqsan, maşın və normal bir evində olacaq.

Mən: Allaha şükür evim var, öz şərəfimlədə yaşayıram.

Samir:Biz bunları sənə deməliyik, başqa bir hərəkət etsən bilki, bitəcəksən. Və əlavə etdi ki,sənin işin bir neçə istiqamət üzrə olacaq. Mənim mənimlə əmkdaşlıqın ondan ibarət olmalıdır ki, sən rayonda daha çox informasiya ya maliksən, rayonda müəyən imkanlı şəxsləri bizə təğdim elə biz onlardan necə pul qopartmaqın yollarını bilirik. Onlardan qopardıqımız pulun 20 %-i sizin olacaq istədiyin kimi də hərəkət edə biləcəksən. Kişi kimi əl-ələ verək işləyək, səndə qazan bizdə qazanaq. Mənim telefon nönmrəmi aldı və bildirdi ki, burdan çıxandan sonra mütləq zəngləşib görüşək. Bu haqda geniş danışarıq. Əyər təkliflərimizi qəbul etməsən hazır materialı işə salacayıq. Onu bildirim ki, sənin müdfiə etdiyin bir neçə şəxs var ki, onlar da bizim adamlardır, üzüvə qoyaraq sənin fakt kimi materilların hazır olacaq.

Emil Babayev yenidən məni öz otaqına aparır və bildirir ki, gedirik rəis müavini yanına nə desən onunla razılaş. Razılaşmasan səni aforment edəcəyik.

Emil Babayev məni CAP-ın rəisinin otaqın apardı. Rəis müavini mənə bir qədər təəcüblə baxıb dedi, bu savadlı və bilikli oğlandır bizə lazımdır buraxın getsin. Özü hər şeyi yaxşı bilir. Bilmədiklərini də izah edin.

Rəis müavini: Məndə bir neçə iş var ki, həmin işlər üzrə məhkəməyə çıxacaqsan. əlavə sənə işlər verəcəm. Ancaq bizim işləri görəcəksən və işləyəcəksən.

Emil Babayev: Rəis bu sözə baxan adama oxşamır gəl bunu oforment edək.

Rəis müavini: narahat olma mən bir kəlmə deyirəm sərbəst buraxın.

Emil Babayev: Mənə  çıx çöldə gözlə gəlirəm. Çölə çıxdım bir neçə dəqiqə gözləməli oldum. Yenidən qapı açıldı içəri dəvət edildim.

Rəis müavini: Bax səni buraxırıq amma kişi kimi burda olanlar burda qalsın. Nə sözün qulluqun olsa gəl mənə de. Sənə İXM-ilə bir protokol tərtib edəcəklər ona imza atarsan çıxıb gedərsən.

Mən: bu protokol neyə lazımdır ki, ?

Rəis müavini: 2 gündür polisə giriş etmisən kameralara düşmüsən. Ona görə mütləq lazımdır.

11.02.2017-ci il gecə saat 01-00 radələrində Emil, Ramin adlı polisə zəng vurdu və şöbəyə dəvət elədi. Ramin adlı polis nəfəri şöbəyə girən kimi məndən soruşdu nə etmisən ki, səni buraya gətiriblər?

Mən: Heçnə elə belə.

Emil Babayev: Ramin-ə deyir, 510-la bir protokol yaz.

Ramin: Nə məsələdir əvəlcə deyin görək.

Emil ona izah etdi.

Ramin: Yox mən razı deyiləm siz bu adamı yaqin yaxşı tanımırsız başımıza bela olacaq. Mən yazmıram kim yazırsa yazsın. Mən bunu yaxşı tanıyıram adımı bu işdə hallanmasını istəmirəm.

Emi Babayev: Rəis dedi, sən yaz. Lakin prokotol tərtib olunur. Güya mən Quba şəhəri, Meydan ərazisində gecə saatlarında telefonla danışarkən ictimai qaydaları pozaraq, qeyri etik davranışlardan istifa etmişəm və ətrafa narahatçılıq yaratmışm.))))))

Həmin protokola məcbur qalaraq imza atmışam. Çünki, heç kimin məndən xəbəri yox idi. 11.02.2017-ci il gecə saat 03-00 radələrin də Emil Babayev İdarə etdiyi maşınla məni Quba avtovaqzalında düşürdür və bildirir ki, get istirahət elə görüşərik.

 

Lakin, dostum QAZ 31 markalı maşının sahibindən heç bir izahata almayaraq razılıqa gəlirlər və ondan 3500 manat pul alıb sərbəst buraxırlar. Haqqımda 12.02.2017-ci il tarxində barəmdə İXM 510 maddəsi ilə akt tərtib olunur ki, Güya mən Quba şəhəri Meydan ərazisində telefonla danışarkən söyüş söymüşəm ətrafımdakılara narahatçılıq yaratmışam. Ən maraqlısı odur ki, Emin Babayev mənim qarşımda hansı tələbi irəli sürərək şərtlər qoydu?

 

Həmin şərtləri bir qismini şərh edirəm. 2015-ci il tarixindən təmsil etdiyim Hacımuradova Arzu Şirnəli qızı, Hacımuradov Nurməddin Murad oğlu, Hacımuradov Elməddin Murad oğlunun və Məmmədov Nəsibə Səddar qızının müdafiəsindən geri çəkilərək, Emin Babayev yaxın adımı Hacımuradov Cəlal səddar oğlunun xeyrinə hərəkət etməliyəm. Emin Babayev qeyd edir. Bu əməliyyat sənə görə qurulmuşdur sənin videon var əlimizdə. İmkanlarımız genişdir. Həmin şəxsdə bizim adamdır. Biz həmin videonun istədiyimiz kimi real sujet kimi  getirə bilərik.

Lakin həmin videonu internetdə yaysaq, yoldaşın ailən bilsə,  özün bilrsəndə nə olacaq? Ailən daqıla bilər uşaqların orda burda böyüyəcək. Ondan əlavə də, bütün təmsil etdiyin şəxslər əlimizdədir istəsək hamısı ərizə və izahatlarını sizə qarşı ala bilərik və sənin adın ləkənəcək buda sənin fəaliyyətinə son qoymaq demək olacaq.

Bunları istəyirsənsə buyur həmin şəxslərin məhkəmələrdə müdafiə edə bilərsən.  Amma bilki əlimdə video çəkiliş var onu yaydıqdan sonra heyatda yaşamaqını heç bir mahiyyəti olmayacaq.

Bir neçə gündən sonra Emin Babayev mənə zəng edir və deyir sənə dedim axı o işdən çəkil sən hələdə çəkilməmisən sən gedib Cəlal əmimdən üzürxahlıq etməsən yaxşı olmayacaq sənə baha başa gələcək, Emin Cəlalı ilə birgə olaraq məni Quba şəhər ərazisində BUTA adlı restorana dəvət etdilər. Görüşdə NMQ əməliyyatçısı Emin Babayev, müdafiə etdiyim şəxslərin qarşı tərəfi Cəlal Hacımuradov və tanımadıqım bir şəxs iştirak edirdi.

 

Həmin görüşdə olan danışıqları qısa olaraq şərh edirəm.

 

Cəlal mənə bildir ki, burnuvu hara oldu niyə soxursan? Sənin onsuzda bizə gücün çatmayacaq, biz istədiyimiz kimi edirik bu məsələdə prezident İlham Əliyev də olsa qarişa bilməz mən Arzunu və iki oğlu Nurməddin və Elməddini gec tez o,evdən çıxardacam. Saq olsun vəkillər kollegasının sədri Azər Tağıyev mənimlə yaxından dostdur, onun burda ki, işlərini mən aparıram, bir neçə vəkili bir kəlmə ilə uzaqlaşdırmışıq.

Quba polisinə nə desəm onuda edirlər. Səni saxlayanda Emin mənə zəng vurdu ki, Avtandili getirmişik necə edək?. Mən Eminə dedim ki, mənə sərf edən odur ki, onu bu işdən uzaqlaşsın və şərtlə razılaşdırıb buraxın getsin.Mənim işimə manəçilik etməsin. Sizinlə razılaşmasa yenə də məcbur edin ki, razılaşsın. Yoxsa onun qarşısını almaq olmayacaq.

Mən Eminə deyəndən sonra, sənə güzəşt etdilər. Mənimlə ayaq uzata bilməzsən Qubanı rəisi Süleyman müəllimlə ilə yaxından münasibətim var. Sağ olsun ki, bu işdə məni də nəzərə alıb.

Sizinlə qohumluqumuz var istəmirəm ki, sənin üçün problem yaratım. Yoxsa  səni ordan azad etmək istəməzdilər. Onsuzda sən hökümətə sərf edən adamlardan deyilsən. Hökümətlə hökümətlik edə bilməzsən.

Emin Babayev, bilirsəndə nə edə bilərik? Hər şey əlimizdədir sənə bu son xəbərdarlıqımızdır. Bizimlə işdəsən qəşəng pulda qazanacaqsan.

 

Bir neçə gündən sonra Emin Babayev mənə zəng edərək bildir ki, Avtandil haralardasan? Aclıqdır bir iş göndər pul qazanaq.

Mən cavab olaraq bildirdim ki, təklifiniz qəbul edilmədi. Bunu öncədən də diqqətəinizə çatdırmışdım. Mən sizinlə yoxam.  Hazırda da sağlamlıqımla bağlı müalicə alıram. Bu haqda bir daha məni narahat etməyəsiz.

Emin Babayev, deyəsən sənə izah etdiklərimiz sənə yetmədi? Unutma ki, bundan sonra nə olacaqını özün yaxşı bilirsən. Belə çıxır ki, bir neçə gündür bizi dolaşdırmısan?. Azadlıq çıxmaqdan ötrü tülkülük etdin eləmi? Bax bundan sonra nələr baş verəcək.

 

Bəli mahiyyət bəllidir, vətəndaş hüquqları bəzi məmurla tərəfindən məhdudiyyət qoymaqla hüquq və qanunvericilik tapdalanır, o, cümlədən vətəndaşlara yardım edən şəxsləri məsuliyyətə cəlb olunur.

 

 

Ardı  var…

Azel.tv

Bu yazını paylaş

RÜSTƏM USUBOVUN “QURDLAR VADİSİ” MAFİYASI !!! 2_Cİ HİSSƏ-VİDEO

Next Story »

160 SAYLI MARŞURUT AVTOBUSUNUN QATARLA TOQQUŞMASI NƏTICƏSINDƏ AĞIR XƏSARƏT ALAN NOVRUZ SALMANOVUN VƏZIYYƏTI AĞIRLAŞIB

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.