• Baxış sayı 259

Hüquq Müdafiyəçisi Taleh Xasməmmədova üç ay həbs qətii-imkan tədbiri seçilib

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Taleh Xasməmmədovla bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir:

“Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır”.​

Taleh Xasməmmədovun həyat yoldaşı sosial mediadakı açıqlamasında bu ittihamı rədd edib. O bildirib ki, yoldaşının saxlanması onun hüquq-müdafiə sahəsindəki fəaliyyəti və son vaxtlar bir neçə rəsmi şəxslərin fəaliyyətini tənqid etməsi ilə bağlıdır.Hadisənin ənənəvi ssenari üzrə-saxta iş olması artıq şübhə doğurmur. İki gün ərzində hüquq müdafiəçisinin gizlədilməsi bunu sübut edir. Hüquq-müdafiəçisinin həyat yoldaşı Fatimə Mövsüm Qəlbin səsinin Hefteaz.info -a verdiyi açıqlamadan belə məlum olur ki Taleh Xacməmmədova qarşı qaldırılmış bu qondarma cinayətlə razılaşmır.”indi Taleh Xasməmmədovun vəkili məlumat verdi.Hakim Azər Tağıyevin verdiyi qərərdatda Taleh Xasməmmədova üç ay həbs qətii-imkan tədbiri seçilib.Biz bu qərara görə apelyasiya şikayəti verəcəyik.Çox güman ki,oğurladıqları və haqqında ittiham planı cızdıqları Taleh Xasməmmədov istintaq təcridxanasına aparılıb.Bu saxta ittihama görə lazımı tədbirlər görüləcək və hakim Azər Tağıyevin verdiyi qərarla razı olmadığımızı bildirəcəyik.Taleh Xasməmmədov rüşvətlə və korrupsiya ilə mübarizə apardığı təqdirdə rüşvət ittihamı ilə həbs edilib.”

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Azərbaycanın rəsmiləri isə insanların hüquq müdafiəçisi kimi fəaliyyətinə və tənqidi mövqeyinə görə, təqiblərə məruz qalması ilə bağlı deyilənləri isə qəbul etmirlər.(Hefteaz.info)

Bu yazını paylaş

Sərhədsiz Reportyorlar: “Bütün dünyada jurnalistlərə hücum və təzyiq statistikası artıb”

Next Story »

Vəkil: Mehman Hüseynov quru aclıq edir

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.