İş adamı: “İcra başçısı 2 milyona zavod tikdirib, 38 milyon kredit götürüb, 4.5 milyona torpaq satıb…”

Şəmkir sakinləri icra başçısı Alimpaşa Məmmədovun koronavirusla bağlı mübarizədə fəal olmadıqlarınından şikayətçidirlər.
Bu barədə Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimov feysbuk hesabında yazıb.
İş adamı bildirib ki, Alimpaşa Məmmədov heç bir təşəbbüsdə iştirak etmir: “Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban Əliyeva da bu təşəbbüsə qoşuldu. O da bir illik əməkhaqqını Fonda bağışladı. Sözügedən təşəbbüsə bir çox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”.
Hafiz İbrahimov
İş adam icra başçısı ilə bağlı bəzi iddialarla da çıxış edib.
O qeyd edib ki, Alimpaşa Məmmədov özünə böyük biznes şəbəkəsi qurub. O, statusunda Alimpaşa Məmmədova əhaliyə yardım edəcəyi vəsaitin mənbəyini də göstərib: “İcra başçısı Şəmkir çayı sahilində 2 milyon manata balıq yetişdirmə zavodu tikdirib, Şəmkir bələdiyyələrinin adından 38 milyon manata kredit götürüb, rayon “soveti”nin dörd mərtəbəli binasının yerinin 1 milyon manata, Uşaq xəstəxanasının 5 hektara yaxın ərazisini 4.5 milyon manata satıb”.
O həmçinin bildirib ki, S.Vurğun küçəsində prezidentin göstərişi ilə vətəndaşların məznil şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı iki mərtəbəli binanın sakinləri yeni mənzillərə köçürəndən sonra binanın yeri də 230 minə satılıb.
İş adamı deyir ki, icra başçısı İcra Hakimiyyətinin yaxınlığındakı əraziləri də restoran və müxtəlif iaşə obyetləri tikən iş adamlarına satıb, həmçinin Morul arxının ətrafını da qanunsuz olaraq, ayrı-ayrı adalmlara satdırıb.
Şəmkir Rayon İcra Hakimiyyəti iş adamının iddialarına cavab verməyib.
(arqument.az)

Bu yazını paylaş

Kəmaləddin Heydərovun Avropadakı şirkətləri bir-birinin ardınca bağlanır

Next Story »

Naxçıvanda ilginc koronavirus cinayəti baş verib: Vasif Talıbovun qohumlarından bir-neçəsi virusa yoluxub?

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.