• Baxış sayı 282

Jurnalist Aqil Mahmudov həbs olundu

Dünən (08.10.2018) Həfteaz.info saytının baş redaktoru Aqil Mahmudov AR İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə həbs olunub.

Məlumata görə, Aqil Mahmudov Göyçay Rayon Polis Şöbəsinin yanından keçərkən bir neçə polis əməkdaşı onu saxlayaraq zorla polis şöbəsinə salıblar və sonra barəsində inzibati qaydada ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Aqil Mahmudov rəhbəri olduğu Hefteaz.info saytında hakimiyyət əleyhinə dərc edilmiş məlumatlara və Facebook sosial şəbəkəsində etdiyi paylaşımlara görə təqibə məruz qaldığını bildirib.

P.S.

Budurmu jurnalist toxunulmazlığı ???!!!
Budurmu (Konstitusiya. Maddə 47) fikir və söz azadlığı ???!!!
Budurmu (Konstitusiya. Maddə 50) informasiya azadlığı ???!!!
AZEL.TV

Bu yazını paylaş

“SMMM-ə qara və çirkli əllər uzanır” Oqtay Gülalıyev

Next Story »

Mədəniyyət Nazirliyinin “Ölü canlar kralı“ – Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət İdarəsində “rüzgar“ əsdirir

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.