• Baxış sayı 490

Köməkçi oğlu “Leksus”da gəzən, polis oğlu həmkarını bıçaqlayan təhsil şefi kimdir? – Faktlar

Beyləqan Təhsil şöbəsi müdiri Xuraman Rüstəmova qalmaqallarla gündəmdən düşmür. Onun fəaliyyəti rayon təhsilini nəzarət olsa da, daha çox oğlanları ilə ad çıxarır.

Bir müddət əvəvl oğlu polisi bıçaqlayan X.Rüstəmovanın daha bir övladı – Yasin Əliyev barəsində məlumatlar yayılıb. Onun məhkəmədə hakim köməkçisi işlədiyi bildirilir. Lakin təhsil şefinin oğlu 10 CB 002 nömrə nişanlı “Leksus” markalı avtomobildə gəzir.

Məhkəmə hakiminin köməkçisi də, təhsil şöbəsi müdirinin də dövlət maaşı Beyləqanda yaşamağa yetərlidir. Amma 150 minlik maşın sürmək üçün əlavə gəlir əldə etməlisən. Bəs, bu qədər pul hardandır?

Niyə Maliyyə Nazirliyi təhsil şöbələrini yoxlamır? Təhsil Nazirliyi nə üçün Beyləqan RTŞ-dən yayılan bu qədər xəbərlərə münasibət bildirmir? Halbuki, Ceyhun Bayramovun fərqli olacağı, təhsil şöbələrində kadr islahatları aparacağı gözlənilirdi.

Ancaq bir çox təhsil şöbələrinin müdirləri vəzifələrində saxlanılırlar. Onlardan biri də qalmaqallı X.Rüstəmovadır. Maraqlıdır ki, bir oğlu polis bıçaqlayır, digər hakim oğlu yüzminlik maşında gəzir. Bu vəsaitləri necə əldə ediblər? Beyləqanda adi müəllimin maaşı ilə X.Rüstəmovanın məvacibində fərq nədir?

Onun polis oğlu Tural Əliyevin həmkarını bıçaqlaması faktı isə polis orqanlarından azad olunması ilə nəticələnib. X.Rüstəmovanın bu vəzifəyə gəlmək üçün rayonun icra başçısına 100 min manat verdiyi iddia edilirdi. Həmin pulların isə müəllimlərdən toplandığını deyilirdi. Yenə sual yaranır ki, bu pullar axı hardandır?

Xidməti vəzifəsini yerinə yetirərkən, aralarında baş vermiş söz-söhbətə görə DYP-nin işçisi Namiq Zeynalova bıçaqla zərbə endirən Xuraman Rüstəmovanın oğlu Tural Əliyevlə bağlı məsələyə son qoyulub.

Belə ki, iş yoldaşını bıçaqlayan Tural Əliyev bir neçə gün öncə polis orqanları sıralarından qovulub. Maraqlıdır ki, Xuraman xanım özü vəzifədə, övladları vəzifədə…Bir kasıb niyə vəzifəyə sahiblənmir?

Cahan.info xəbər verir ki, X.Rüstəmovanın təhsili bərbad günə qoyması da ayrı dərddir. Beyləqan təhsilinin iflic vəziyyətə düşməsinin əsl səbəbkarlarından biri də onun müavini, Üsamə Ben Laden ləqəbi ilə tanınan Hüsaməddin Babayevdir.

Beyləqan Təhsilində yeni qaydalar tətbiq edilir. Məktəb direktorları aylıq hesaba otuzdurulur, bundan əlavə 54 məktəbin dərnək və fakültələrinə ayrılan vəsaitlər müəllimlərə deyil Babayevə ödənilir, üstəgəl attestat və şəhadətnamə biznesini qurur.

50 məktəb direktorundan ayda 50 manatdan, aylıq 2500 manat hesabını aldığı iddia edilir. Bunun nəticəsidir ki, Rüstəmovanın oğlu və özü bahalı maşınlarda gəzir.

Hər məktəbə yoxlama turları başladılanda məktəb başına 500-1000 manat hesab, itmiş attestatlara görə hərəsindən 400-500 manat müqabilində yeni attestatın verilməsi, attestat və şəhadətnamə sezonu başlayıb yenədə həmin 50məktəb direktorundan hər məzun başına görə 10-20 manatdan hesabını alacaq ki, bu da bir sezona 20.000-25.000 manat hesab deməkdir.

Bu da Təhsil Nazirliyinin dünya standartları səviyyəsində həyata keçirdiyi islahatlara bir məmur töhfəsi. Görünür ki, X.Rüstəmova onu qabağa verərək bu “əməliyyat”ları həyata keçirir.

Bu informasiyalara görə qarşı tərəfin mövqeyini öyrənmək istədik, sonra bizi qərəzli olmaqda ittiham etməsinlər. Lakin Rüstəmova dəfələrlə zəng etsək də, telefonu açıb suallarımızı cavablandırmadı.

Qazandığı bu pullarla ikinci “LEKSUS”u, bir “Mersedes” maşını və bir böyük mağaza alıb. Hazırda Beyləqan -Təzəkənd yolunun üstündə böyük bir obyekt tikintisi aparır.

X.Rüstəmova Beyləqan rayon Təhsil Şöbəsinin müdiri olduqdan sonra öz gəlini Hüseynova Lamiyə Ələddin qızını şəhər 3 nömrəli məktəbə direktor təyin edib.

Vaxtilə işlədiyi Şəhər 3 nömrəli məktəbini “özəlləşdirib”. Belə ki, qardaşı təsərrüfat müdiri təyin olunub. Bundan əlavə, orada qohumlarından ibarət 5-6 şəxsin adı texniki işçi kimi sənədləşdirilib,ancaq özləri işə çıxmır, onların kartları isə xanım Rüstəmovadadır.

X.Rüstəmovanın “əməyi” sayəsində 25-dən çox məktəbin direktoru yoxdur. Elə şərait yaradıb ki, müvəqqəti təyin etdiyi direktorlardan istədiyi hesabı alır.

Deyilənə görə, II Aşıqlı məktəbinə direktor təyin etdiyi Raisə Çıraqovanın atası Ramiz Əliyevdən 9000 (doqquz min) manat pul alıb.

Bununla belə, mövqeyini dərc etməyə hazırıq.

Ria24.az 

Bu yazını paylaş

NBC bankın sahibi Nuru Əliyevin görəsən Həmid Mirzəyevin özbaşınalığından xəbəri varmı?!

Next Story »

Göyçayda qalmaqallı Məşğulluq rəisindən nazirə yalan: üç aya 515 nəfər işə düzəlib?

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.