Masallının Qəriblər kəndində payıbəlli torpaq sahəsində döyülmə

Masallı rayonunun Qəriblər kəndində baş verən ictimai və sosial narazılıqlar haqqında mətbuatda yetərincə məlumatlar verilmişdir. Bəhs etdiyimiz mövzu da kənd sakinləri arasında qəsdən yaradılmış narazılığın təzahürü olub, sosial və hüquqi baxımdan aktualdır.
Qəriblər kəndində yaşayan Çağlar Sevinc Əfrail qızı redaksiyamıza müraciət edərək kömək istəmişdir. O, bildirir ki, Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı qurub. 2 azyaşlı uşağı var. Hal- hazırda Qəriblər kəndində valideynlərinin yanında yaşayır. 09 dekabr 2019-cu il tarixdə ailələrinin istifadəsinə ayrılmış payıbəlli torpaq sahəsində kənd bələdiyyəsinin sabiq sədri Ağayev Müşfiq Vasif oğlunun təhriki ilə həmkəndliləri Təhməzov Təhməz Tapdıq oğlu, Təhməzova Natəvan Məmmədxan qızı və Cahangirov Telman Cankişi oğlu tərəfindən döyülərək xəsarət almışdır. Həmin gün Respublika Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə baş verən hadisə barədə şikayət etmişdir. Eyni zamanda Masallı rayon Polis şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şikayətinə baxılmadığına görə 13 dekabr 2019 – il tarixdə Masallı rayon Prokurorluğuna və Masallı rayon Polis şöbəsinə teleqramla müraciət edib. Döyülməsi nəticəsində hamiləliyinin pozulduğunu bildirərək müvafiq hüquqi tədbirlərin həyata keçirilməsini tələb edib. Məhz bundan sonra Masallı rayon Polis şöbəsinin İstintaq bölməsində müstəntiq Elton Ağayevin icraatında təhqiqat başlanmışdır. Sevinc Çağlar həm də Masallı rayon İcra Hakimiyyətinə şikayət etdiyini bildirir.

       
16 dekabr 2019- cu ildə Masallı rayon Polis şöbəsində toplanmış materiallar əsasında Masallı rayon Mərkəzi Xəstəxanasında keçirilmiş tibbi müayinənin rəyindən narazılığını bildirən Sevinc Çağlar müraciətində göstərir ki, döyülmə nəticəsində hamiləliyinin pozulmasıyla bağlı mama- ginekoloq Təranə Əsədovanın verdiyi rəy həqiqətin gizlədilməsinə hesablanıb. Təranə Əsədova rəydə göstərib ki, guya mən 08- 09 dekabr 2019- cu il tarixlərində hamiləlikdən kənar olmuşam. Təranə Əsədovanın həyat yoldaşı Nazim Əkbərov məni döyən Təhməz Təhməzovun oğlu Allahverən Təhməzovla Masallı rayon Polis şöbəsində əməkdaşlıq edirlər. Məhz Allahverən Təhməzovun xahişi ilə Təranə Əsədova yanlış tibbi rəy yazmışdır. Sevinc Çağlar 17 dekabr 2019- cu ildə Cəlilabad Müayinə Diaqnostika Mərkəzində öz təşəbbüsü ilə təkrar müayinə olunmuşdur. Mama- ginekoloq Vüsalə Baxşəliyevanın apardığı ultrasəs müayinəsi 08-09 dekabr 2019 -cu il tarixi ərəfəsində onun hamilə olduğunu təsdiq edib. Lakin şəxsi təşəbbüsü ilə aparılan müayinəyə Masallı rayon Polis şöbəsinin İstintaq bölməsində hüquqi qiymət verilməyib. Sevinc Çağlar həm də bildirir ki, Qəriblər kənd bələdiyyəsinin sabiq sədri Müşfiq Ağayevin öyrətdiyi yalançı şahidlər- Ağayev Nasir Asəf oğlu və Ağayev Asəf Əli oğlunun verdikləri izahatlar məni döyən şəxslərin müdafiəsinə xidmət edib. İstintaqda üzləşmə zamanı onların yalançı şahidlər olduğunu sübut etsəm də, müstəntiq Elton Ağayev onların ifadələrinə hüquqi qiymət verməmişdir.
Sevinc Çağlar Masallı rayonunda hüquqlarının pozulmasıyla bağlı Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə də şikayət etdiyini bildirir. Sevinc Çağlar müstəqil Kütləvi İnformasiya Vasitələrindən və jurnalistlərdən xahiş edir ki, haqsız olaraq döyülməsiylə bağlı etdiyi şikayətlər əsasında Masallı rayon Polis şöbəsinin İstintaq bölməsində aparılan təhqiqatda onun hüquqlarının qorunmasına yardım edilsin.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azeltv

Bu yazını paylaş

Kəbirə Məmmədova vətəndaşın 20 minini mənimsədi – 12 ildir qaytarmır

Next Story »

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində xaos

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.