• Baxış sayı 221

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib)

19.48. ReAL Partiyasının sədri İlqar Məmmədov yanvarın 18-də “Facebook”-da yazdığı açıqlamadan sonra Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə çağırılıb. Partiya sədrinin sözlərinə görə, ona yanvarın 19-da, saat 12.00-da yenidən Probasiya Xidmətində olmasına dair bildiriş verilib:

“Həbs eləməsələr, guman ki, axşama qədər məni orada saxlayarlar. Bilmirəm. Şərti azadlıqdayam və bu ədalətsiz “şərti” hökm əsasında onların ixtiyarları çatır ki, hətta icazəli mitinqə getməməyim üçün çəkindirici söhbət/saxlama həyata keçirsinlər. Amma bu, belə bir çəkindirici tədbirdir, yoxsa həbsdir, bunu bilmək olmur”.

***

Partiya rəhbərləri aksiyada iştiraklarını açıqlayıblar

Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 19-da “Məhsul” stadionunda keçirəcəyi mitinqdə Müsavat və ReAL partiyaları da iştirak edəcək.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook” hesabında aksiyaya dəstəyini paylaşıb.

Yanvarın 18-də isə Müsavat Partiyasının rayon təşkilatı sədrlərinə 19 yanvar mitinqinə hazırlıqla əlaqədar son tapşırıqlar verilib.

“Bastainfo”-nun məlumatına görə, toplantıda Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, partiya başqanının müavinləri Razim Əmiraslanlı, Səxavət Soltanlı və Fərəc Kərimli iştirak ediblər.

ReAL Partiyasının sədri İlqar Məmmədov isə “Facebook” səhifəsində yazıb ki, AXCP sədri Əli Kərimli Milli Şuranın 19 yanvar mitinqi ilə əlaqədar ona müraciət edib. REAL İdarə Heyəti açıq səsvermə yolu ilə dəvət əsasında iştirakın mümkünlüyünü qəbul edib.

İdarə Heyəti bu mitinqdə REAL-ın adından dəstək nitqi ilə çıxış etməyi İlqar Məmmədova tapşırıb.

“Baxmayaraq ki, hazırda sağlamlıq dururumum bunu çətinləşdirir, qatılıb siyasi məhbusların müdafiəsinə çıxış edəcəyəm,” – İlqar Məmmədov yazıb.
Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da “Məhsul” stadionunda 2 il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun və bütün siyasi məhbusların həbsdən azad edilməsi ilə bağlı askiya keçirəcək.

Xatırlatma

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir.

Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.(meydan.tv)

Bu yazını paylaş

”Aclıq edənləri Qobustana, ya da vərəmli məhbusların həbsxanasına göndərəcəkləri ilə hədələyirlər”

Next Story »

”Xəzərdə dalğanın hündürlüyü 9.3 metrdir”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.