• Baxış sayı 450

NBC bankın sahibi Nuru Əliyevin görəsən Həmid Mirzəyevin özbaşınalığından xəbəri varmı?!

Ria24.az Azərbaycanda ard-arda baş verən iki devalvasiya bank sistemində ciddi problemlərə gətirib çıxarıb. Banklar yaranmış vəziyyətdə insanların ödəniş qabiliyyətinin aşağı olmasını nəzərə alaraq, müştəri seçimində fərqli meyarlar tətbiq etməyə başlayıb. Belə ki, banklar kredit şərtlərini ağırlaşdırır, müştəriləri diqqətlə yoxladıqdan sonra kredit verir.
Kredit verilərkən bir çox amillər qiymətləndirilir. Məsələn, həmin şəxsin adına olan əmlak, aldığı əmək haqqı, digər banka olan borcları, əvvəl krediti olubsa, o krediti necə verdiyi, yaş həddi, girov qoya biləcəyi əmlakın olması və s. Bu səbəblərdən biri uyğun gəlmirsə, o hal qeyd edilir və səbəb kimi yazılı şəkildə göstərilir.
Ria24.az-a NBC bankda çalışan Həmid Mirzəyevdən çoxsaylı şikayət məktubları daxil olub. Belə ki, sözügedən şəxs salon və partnyor adlandırdığı Vüqar Əsədovla əlbir olub sadə vətəndaşlardan aldıqları 1500-2000 manatı öz aralarında bölürlər.
Onlar bu kimi əməllərindən çəkinməyərək, daha irəli getmiş, 2-3 ilin sığorta pullarını birdəfəyə alırlar. Məlumatın doğru olub-olmamasını zərərçəkmiş müştərilərdən də öyrənmək olar.
Maraqlıdır, Həmid Mirzəyevin cəmi 2 ay işlədiyi müddətdə “Lexus”, “Mitsubishi”, “Pajero” kimi marka avtomobilləri hansı məvaciblə alıb?!
Bəs NBC bankın sahibi Nuru Əliyevin bu özbaşınalıqlardan xəbəri varmı?!
Mövzunu diqqətdə saxlayacağıq.

Bu yazını paylaş

Zərdab rayon Maliyyə İdarəsinin müdirinə ittiham: – saxta diplom və çoxlu sayda MMC-lər

Next Story »

Köməkçi oğlu “Leksus”da gəzən, polis oğlu həmkarını bıçaqlayan təhsil şefi kimdir? – Faktlar

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.