• Baxış sayı 314

Oktay Gülalıyevlə Eldəniz Quliyevin yolları ayrıldı

Leyla Yunus öz dəstəsilə SMMM-dən getdi.

Sular yavaş-yavaş durulmağa başlayır.

Hər zaman haqq-ədalət öz yerini tapır.

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı yaradılıb- “Siyasi məhbuslara azadlıq!” İttifaqı. Bu barədə yeni qurumdan Turan-a daxil olan məlumatda deyilir.

Sənəddə xatırladılır ki, Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-nin 2013-ci ilin yanvar sessiyasının uğursuz qətnaməsindən sonra ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərə, ictimai-siyasi fəallara qarşı kütləvi təqib, təzyiq, həbslər və repressiyalar başlayıb.

“Hazırda vətəndaş cəmiyyətinin, geyri-hökumət təşkilatlarının, KİV-ın azad və müstəqil fəaliyyətinə heç bir şərait yoxdur. Siyasi məhbuslarn sayı artmaqda davam edir”, -sənəddə deyilir.

Əgər bu gün Belarusda 2, 147 milyonluq Rusiyada 195 siyasi məhbus varsa, Azərbaycanda 150 siyasi məhbus var.

“Siyasi Məhbuslara Azadlıq!” İttifaqının əsas məramlarından biri beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların (hər biri haqda ətraflı və əsaslı məlumatları əks etdirməklə) vəziyyəti və davam etməkdə olan repressiyalar barədə geniş şəkildə məlumatlandırmaqdır”, – Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a bildirib.

E.Həsənovdan başqa yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri); Eldəniz Quliyev (Azərbaycan Ziyalilar Birliyinin sədri), Hilal Məmmədov (“Tolışi Sədo” qəzetinin baş redaktoru) var.

Xatırladırıq ki, adları çəkilən şəxslər yaxın günlərə qədər Siyasi Məhbusların Müdafiə Mərkəzində (SMMM) təmsil olunublar.

Azel.tv

Bu yazını paylaş

160 SAYLI MARŞURUT AVTOBUSUNUN QATARLA TOQQUŞMASI NƏTICƏSINDƏ AĞIR XƏSARƏT ALAN NOVRUZ SALMANOVUN VƏZIYYƏTI AĞIRLAŞIB

Next Story »

YAP QƏRARGAHINDA “RÜŞVƏT MASASI”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.