• Baxış sayı 239

POLKOVHİKDƏN MÜDHİŞ ETİRAFLAR !!!

“NAZİR 2 OĞLUNU HƏRBİDƏN YAYINDIRDI…” –

“7 ildə cəbhə bölgəsində onları görmədim”

“Ordu təkcə kasıb balaları üçün olmamalıdır! Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”.

“AzPolitika.info”nun məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlu KİV-lərdə yayımlanan yeni məqaləsində bildirib.

E.Sabiroğlu Qarabağ uğrunda savaşda xalqın birliyinin önəminə diqqəti çəkərək, daha sonra yazır:

“Nazir, icra başçısı, prokuror, polis rəisi barədə danışmağa ümumiyyətlə ehtiyac duymuram. Haliyədə nazir tanıyıram ki, iki oğluna da əsgəri xidmətə yararsız kağızı çıxartdırıb xaricə göndərdi. Məktəb direktorunun ovladına rast gəlmədim. Xəlil Rza və Sabir Əhmədov istisna olmaqla, hansısa xalq yazıçısının və şairinin, xalq artistinin, tanınmış müğəninin, iş adamının övladının səngərdə dayandığını xatırlamıram. İnsanı ağrıdan budur. Həlak olanlar da əsasən kasıb-kusubun, vəzifəsiz adamların balaları idi. Ancaq Vətən təkcə bunlar üçün deyil… Dövlət bu ədalətsizliyi aradan qaldırmaqla xalq içərisində öz nüfuzunu qaldırmış olar”.

Müdafiə Nazirliyinin sabiq sözçüsünün bu etirafı düşündürücüdür.

Vaqif NƏSİBOV

13/09/2018

Bu yazını paylaş

Hakimiyyət özü də canlı meyitə dönüb heç bir impulsa reaksiya verməmək qədər anlaqsızlaşıb

Next Story »

“SARAYINDA GƏDƏ SAXLAYAN BİR TÜRK HÖKMDARI TANIMIRAM MƏN”!!!

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.