Sən Sultan bəy ola bilmədin, Zakir Fərəcov..

Sahibkarlarla Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı pik həddə çatıb. İş adamları 2016-cı ildən bəri ala bilmədikləri halal zəhmətlərinin haqqı üçün bütün dövlət qurumlarına müraciət etsələr də, icra başçısı həmin məbləği ödəməkdən boyun qaçırır. Bunun üçün min bir bəhanə gətirən Fərəcovun əsas hədəfi pulu verməməkdir.

 

Məsələ ilə bağlı sahibkarlar növbəti dəfə elə Sumqayıtın icra başçısına müraciət ediblər. Həmin müraciətdə deyilir ki, Zakir Fərəcov hər yerdə düzlükdən, sədaqətli olmaqdan, əhdinə sadiq olmaqdan danışsa da, bunların hamısı boş və mənası sözlərdən başqa bir şey deyil.

 

“Sən Zakir Fərəcov hər yerdə iddia edirsən ki, guya, sözünə, əhdinə sadiqsən. Hətta deyirsən ki, əgər o kişi kimi söz verdisə, ölsə də yerinə yetirməlidir. Di gəl, biz bir qrup sahibkar səndən nə düzlük, nə etibar, nə doğruluq, nə də əhdinə vəfa gördük. Əksinə, hər dəfə yalan, hər dəfə sədaqətsizlik, hər dəfə sözündən qaçmaqdan başqa, doğru, düzgün bir əməlinə şahid olmadıq. 3 ildir min bir cildə girib, min dəfə yalan danışıb, haqqımızı yemiş birindən düzlük gözləmək yanlış olar. Atalar yaxşı deyib, yalanın ömrü 40 gün olar. Hərçənd Zakir Fərəcovun yalanı heç 40 gün də çəkmədi. İş başa çatandan bir həftə sonra o biri sifəti görünməyə başladı. Və biz üç ildir bu adamın o qədər sifətlərini gördük ki, hər birini sadalasaq, bir dastan çıxar”.

İş adamları yazır ki, Zakir Fərəcovun doğulduğu el-oba mərdlər oylağı, qəhrəmanlar diyarı olub. “Laçın bu gün işğal altındadır. Mənfur ermənilər bizim dilbər guşələrimizi işğal altında saxlayır. İnşallah, tezliklə bütün rayonlarımızı geri alacağıq. Bu şübhəsizdir. Maraqlıdır ki, Laçında doğulub, boya-başa çatmış sən Zakir Fərəcov bu tip əməllər törədərkən, heç utanırsan?

 

Hələ keçən əsrin əvvəlində Qarabağa hücum etmiş erməni generalı Andrakin ordusunu darmadağın edən və qulağını kəsib, eşşəyin belinə tərs oturdub geri yollayan Sultan bəylərin diyarında dünyaya göz açmış Zakir Fərəcovun bu gün öz millətindən olan sahibkarlara qarşı amansızlıq etməsini necə başa düşək?

 

Sən Sultan bəy ola bilmədin, anladıq. Heç olmasa özünü mərdanə apar. Məgər pul bu qədər müqəddəs və şirin şeydi ki, onu haqq sahibinə qaytarmaq yerinə, min cür dona girərək, həm öz millətini incidəsən, hətta təhdid edəsən? Məgər Laçından olan qeyrətli kişilər belə edib? Axı, onların ləyaqətli hərəkətləri, kişilikləri, mərdlikləri bu gün də dillər əzbəridir. Sən Zakir Fərəcov onlardan heçmi ibrət götürməyibsən?

 

Həqiqətən, pul o qədər əzizdir ki, ehtiyacı olan, zəhmətinin sahibinin əlindən alıb, utanmazcasına yalan danışacaq qədər kiçiləsən? Axı, Zakir Fərəcov, el-obasında belə şeylər edəni, bir zamanlar kəndlərdən qovardılar ki, içlərinə çürük, pis nümunə olan biri düşməsin. Olmaya səni də bir vaxtlar kənddən qovublar?”

Sahibkarlar müraciətlərində daha sonra yazırlar: “Bizim düşüncəmizdə məmur onu həmin posta təyin edən şəxsin etimadından sui-istifadə etməz. Eyni zamanda, ona sədaqətli olar. Amma sən Zakir Fərəcov sui-istifadəni bir kənara qoyaq, o dərəcədə sədaqətsizliklər nümayiş etdiribsən ki, saymaqla qurtarmaz. Əgər bir icra başçısı pula görə, hər yerdə “mənə yuxarıdan pul vermirlər” deyib, yalan danışırsa, bu azmış kimi ona etimad göstərənlərin adına yalan danışırsa, bundan böyük sədaqətsizlik, yalançılıq varmı? Atalar misalı var: “Yalançının evi yandı, heç kim inanmadı”.

 

İndi sən Zakir Fərəcov həmin yalançının durumundasan. Çünki yuxarını bir dildə aldadıb, aşağıdakıları min sözlə elə onu bu posta gətirənlərə qarşı narazılıq yaratmağa çalışırsan. Daha sənin yalanına da inanmırlar. Bir də bunun adı sədaqətsizlik, namərdlik deyilmi? Axı, sən bilmirsən ki, daha belə şeyləri bilmək üçün 40 gün gözləmək lazım deyil. İndiki dövrdə hər şey 7 gündən artıq çəkmir, üzə çıxır”.

İş adamları müraciətlərində onu da qeyd edirlər ki, Zakir Fərəcov ümumilikdə, məmur adına ləkə gətirən biridir. “Onlarla ailənin haqqını yemək, yüzlərlə fəhlənin zəhmətinin haqqını verməmək elə sən Zakir Fərəcova yaraşan işdir. Çünki sən bunu özünə həyat tərzi seçmisən, bunu özünə don biçmisən. Axı, sən də yaxşı bilirsən ki, bu ölkədə haqqı nahaqqın ayağına verməzlər. Günün birində səni də Nizammədin, İsmayıl, Qoca kimi haqq divanı qarşısına çıxaracaqlar. Əmin ola bilərsən. Çünki əlinin qabarı, alnının təri ilə evinə bir tikə çörək aparan insanların haqqını tapdamaq, onu möhtac gününə salmağı nə Allah götürər, nə də bu dövlətin qanunları”.

Və sonda sahibkarlar müraciətini bir qədər sərt deyimdə yekunlaşdırıblar. “Eli-obanı sevməkdə Sultan bəy kimi ola bilmədin. Vətəni qorumaqda Əliyardan heç nümunə götürmədin. Sədaqət və cəsarətdə Fikrət Qafarov olmqda da acizsən. Biz hələ yüzlərlə laçınlı igidin və sözünün ağası olan kişilərin adını çəkmirik. Ümid edirik ki, adlarını sadaladığımız kişilərdən nümunə götürəcəksən. Hərçənd atalar deyib ki, “Qırxında öyrənən, gorunda çalar”. Sən düzələcəksən, düzəlməyəcəksən, bəlli deyil. Amma yenə də ümid edək ki, özündə cəsarət və təpər tapıb, söz eşidəcəksən. Ki, sən cəsarətli də deyilsən. Hər dəfə qorxaqlar kimi, gizləndiyindən görüşüb sözümüzü deyə bilmirik. Bu azmış kimi, bizlər vəzifənlə, tutduğun mövqedən sui-istifadə etməklə hədələməkdən, təhdid etməkdən çəkinmirdin.

 

Dünənə qədər “Bulvarı tez tikin, nə lazımdır edəcəm” deyib, başımıza dönən sən, nə oldu da bu gün bizi “düşmən” gözündə görürsən? Pulmu? Biz tərəflərdə, pula görə dəyişən adamlara heç vaxt hörmət etməzlər. Çünki biz tərəflərin “bu gün pula görə dəyişən adam, sabah bir az çox pula görə, el-obanı satar” kimi sınaqdan çıxmış bir qaydası vardır. Onsuz da Sumqayıtı çapıb, talamısan. Və əksəriyyət oturub gözləyir ki, daha nə edəcəksən və yenə kimlərə pula görə yalan danışacaqsan. Bəlkə, bəsdir? Bu ahıl vaxtında yalan danışmağı özünə yaraşdırırsanmı? Əgər yaraşdırmırsansa, camaatın haqqını ver. İnsanların zəhmətinin müqabilini ödə. Bu işi görmək böyüklük, mərdlik, böyük ürək istəyir. Bu xüsusiyyətlər səndə varmı?”

Heyf ki Soltan beyin veteninden senin kimiler de cixir…
Qeyd edək ki, yuxarıda qeyd olunanlar müraciət müəlliflərinin subyektiv fikirləridir və onların mövqelərini ehtiva edir. Biz redaksiya olaraq, həmin fikirləri bölüşmürük və buna görə məsuliyyət daşımırıq.(nuh.az)

 

Bu yazını paylaş

Şeyx Allahşükür Paşazadənin yaxını olan sürücü, narkobaron, saxta hüquqşünas – Hacı Mazan 2-Cİ HİSSƏ

Next Story »

Sahibkarlar Samir Nuriyevə və Zeynal Nağdəliyevə müraciət etdi

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.