Sahibkarlar Samir Nuriyevə və Zeynal Nağdəliyevə müraciət etdi

Cənab Samir Nuriyev, cənab Zeynal Nağdəliyev, bizim şikayətimizi möhtərəm Prezidentimizə çatdırın !

 

Xəbər verdiyimiz kimi, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-ə yaxın fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə

 

Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və

Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevə  

müraciət ediblər.

Müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir.

 

“Cənablar!

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıının özünün də açılışında iştirak etdiyi  və  “Qısa müddətdə bu işləri başa çatdırmaq möcüzədir” deyərək  yüksək qiymət verdiyi   Sumqayıt Bulvarının tikintisini biz aparmışıq. O sahibkar və fəhlələr ki, hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışdıq. Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov düz 3 ildir bizə olan borcumuzu qaytarmır və bundan imtina edir. Halbuki  Sumqayıt Bulvarının inşası üçün külli miqdarda dövlət vəsaiti ayrılmışdı”.

Sahibkarlar  qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 8 milyon manat borcu bir şərtlə qaytara biləcəyini dedi ki, biz həmin pulun 30 faizini ona bağışlayaq. Təbii ki, bundan imtina etdik və icra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başladı. Lakin yenə də geri çəkilmədik. Rəsmi dövlət qurumlarında müraciət edib, onlardan köməklik istədik. Bu vaxt Zakir Fərəcov yenidən əl-ayağa düşərək, bizə borcunun olmadığını mətbuat vasitəsi ilə bəyan etdi. Bir adamın, ələlxüsus, icra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması, Prezidentin etimadından sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.

Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.

 

Müraciət sahibləri deyirlər ki, Zakir Fərəcov 426 nəfərin haqqını yeməklə kifayətlənməyib, üstəlik, dövlətə böhtan atmaqdan da çəkinmir. “Zakir Fərəcov bizimlə görüşdə “Dövlət mənə pul ayırıb ki, siz də ondan verim” deyəcək qədər “cəsarət” sahibidir. Fərəcov bu sözü ilə həm dövlətə, həm də onun rəhbərinə sədaqətsizliyini ortaya qoyub. Belə bir ifadəni dilə gətirmək həqiqətən də böyük cəsarət tələb edir. O zaman sual yaranır ki, əgər dövlət tərəfindən pul ayrılmayıbsa, Zakir Fərəcovda Dənizkənarı Bulvarı tikmək üçün bu qədər pul hardandır? Bizim Zakir Fərəcovun malı, mülkü ilə işimiz yoxdur. Goradildə saldığı “Zakir Məhəlləsi”, Abşeronda onlarla mülk, Bakıda villalar və sairə bizim üçün maraqlı deyil. Bizə maraqlı olan odur ki, Fərəcov bu qədər imkana necə sahiblənib? Bu qədər var-dövlətə rəğmən, biz sahibkar və fəhlələrin nə günahı var ki, onların pulunu 3 ildir verməkdən imtina edir? Niyə öz zəhməti ilə pul qazanan bizim kimi insanların zəhmətinin müqabilini verməkdən imtina edir? Bunun üçün min cür bəhanələr uydurur, yalanlar danışır, hətta bizi hədələməkdən çəkinmir. Ona belə bir səlahiyyəti kim verib?”

 

Sahibkarlar maraqlı bir məqama da toxunublar. Daha doğrusu, Zakir Fərəcovun davamlı olaraq xaricə nə məqsədlə getdiyini dilə gətiriblər. “ Zakir Fərəcov hər ayın 10 günü işdə olmur, xaricə gedir. Gedən zaman da öz səlahiyyətlərini Adillərə, Gündüzlərə həvalə edir. Çox maraqlıdır ki, Sumqayıt kimi strateji əhəmiyyətə malik bir şəhərin rəhbəri hər ayın 10 gününü işdə olmur, gizlincə ölkəni tərk edir. Onun hara getdiyi, nə işlə məşğul olduğu, nə məqsədlə getdiyi çox maraqlıdır. Əgər bu adam xəstədirsə, getsin otursun evində. Yaşlı adamdı, nəvələri ilə oynasın. Yox, başqa dərdi varsa, onu da açıqca desin ki, hamımız işimizi bilək”.

 

Müraciətin yekununda sahibkarlar  cənab Samir Nuriyevdən və cənab Zeynal Nağdəliyevdən xahiş edirlər ki, onların şikayətini cənab Prezident İlham Əliyevə çatdırsınlar.(nuh.az)

 

Bu yazını paylaş

Sən Sultan bəy ola bilmədin, Zakir Fərəcov..

Next Story »

Azərbaycanda şok tender korrupsiyası: – Tender elanından sonra yaradılan şirkətlər qalib gəldi

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.