• Baxış sayı 447

Təkbaşına aksiya keçirən AXCP fəalı təcridxanada aclıq aksiyası keçirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, təkbaşına keçirdiyi aksiyalara görə “Tək adam” kimi tanınan Füzuli Hüseynov həbsdə aclıq edir. Bu barədə onun vəkili Cavad Cavadov bildirib.

İyunun 14-də ReAl partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə əlində onun şəkli olan plakatla ona azadlıq tələb edən Hüseynov həmin gün həbs olunub. Ona Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.

Füzuli Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə təqsirli bilinib.

Image may contain: 1 person, standing, walking and outdoor

Vəkil Cavad Cavadov iyunun 21-də inzibati həbs olunanların saxlandığı Binəqədi təcridxanasında Füzuli Hüseynovla görüşüb.

O vəkilinə deyib ki, həbs olunandan aclığa başladığından, 5 gün sonra sağlıq durumu kəskin pisləşib. Hüseynov hələ də aclığı davam etdirdiyini söyləyib.

Cavad Cavadovun sözlərinə görə, o, Hüseynova aclıq aksiyasını dayandırmağı tövsiyə edib: “Söz verdi ki, mənim tövsiyəmlə bağlı düşünəcək. Halsız görünürdü…”.

Vəkil Füzuli Hüseynovun haqqındakı inzibati həbs qərarından apellyasiya şikayəti verəcək.

Hüseynov daha öncə də həbsdə olan ictimai-siyasi fəalların şəkilləri əks olunmuş plakatları qaldırmaqla təkbaşına aksiyalar keçirib. O, əvvəllər də inzibati qaydada həbs olunub.

Bu yazını paylaş

Kərəm Həsənov “makler ofisi” açıb, Əhmədzadə isə milyonları… – İttihamlar

Next Story »

Siyasi məhbus jurnalist Fikrət Fərəməzoğlunun səhhəti ağırlaşıb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.