Zakir Fərəcov, koronavirus və …QARANQUŞ

Hazırda dünyada tüğyan edən KORONAVİRUS-a qarşı mübarizə məqsədilə Azərbaycanda preventiv tədbirlər həyata keçirilir. 

Cənab Prezidentimiz İlham Əliyev mübarizə məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu  yaradıb və özünün 1 illik maaşını Fonda köçürüb. 

Bir çox dövlət qurumları, şirkətlər, özəl sektorun nümayəndələri, tanınmış, nüfuzlu elm xadimləri, sənət adamları öz maddi imkanlarına uyğun olaraq  bu bəla ilə mübarizəyə maddi yardım edirlər,  yüksək məbləğdə vəsait köçürürlər.

Hər gün müxtəlif vəzifəli şəxslərin, deputatlarımızın maddi  və mənəvi dəstəyi barədə mediada xəbərlər yayılır.

Söhbət təkcə maddi dəstəkdən getmir. Cənab İlham Əliyev hər gün xalqı ruhlandırır və deyir ki, inşallah bu problemdən ən az itkilərlə çıxacağıq.

Hətta adi vətəndaşlarımız da azca da ola bu istiqamətdə dəstəyini əsirgəmir.

Bu yerdə yanğını söndürmək üçün dimdiyində su daşıyan qaranquş söhbəti yadıma düşür. Ona gülənlərə qaranquş deyir ki, gücüm buna çatlr. Bəli, söhbət təkcə puldan-paradan getmir. Bəli, bir millət olaraq hər birimiz çalışıb bu yanğını söndürməliyik.

Təəssüf ki, bu bəladan öz xeyri üçün istifadə edənlər var. Qoruyucu maskaları baha qiymətə satanlar, dərman preparatlarını bahalaşdıranlar, süni ajiotaj yaradanlar da var.

Redaksiyamıza daxil olan məlumata görə, koronavirusla mübarizə məqsədilə  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iş adamlarından, sahibkarlardan ibarət toplantı keçirib. Və onlara deyib ki, koronavirusla mübarizə üçün pul lazımdıır.

Bu xəbər yuxarılarda çox ciddi narazılığa səbəb olub.

Görəsən, o boyda şəhərin meri başa düşmür ki, ölkədə kütləvi tədbir, toplantı keçirmək olmaz.

İkincisi, Zakir Fərəcov nə üçün iş adamlarını məcbur edir. Bu yardımlar könüllü olmalıdır.

Üçüncüsü, Zakir Fərəcovun sərvəti yüz milyonlarla ölçülür, niyə o boyda sərvətdən Fonda yardım etmir?

Həm də Zakir Fərəcov neçə ildir sahibkarların, iş adamlarının, fəhlələrin milyonlarla halal pulunu vermir. Bu barədə bütün ölkə mediası yazır, dövlət qurumları məlumatlıdır. Zakir Fərəcov onların pulunu qaytarsın və həmin insanlar da koronovirusla mübarizəyə qoşulsunlar.

Əlbəttə elə məsələlər var ki, bizlik deyil. Qoy dövlət orqanları öz  sözünü desin. Ancaq bizim Zakir müəllimə bir məsləhətimiz var. O balaca qaranquşda olan TƏPƏR-in yarısı da sizdə olsun. (nuh.az)

Bu yazını paylaş

İş adamlarından Zakir Fərəcova ağır ittiham

Next Story »

Adil Xudadatov Sumqayıtda niyə pul yığır? – Sahibkarlar şikayətçidir

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.