Zakir Fərəcov koronavirusu aldatmaq istəyir…

Zakir Fərəcov  fil qulağında yatıb? 

 

Dünyanı  cənginə alan koronavirusla bağlı bütün ölkələr həyəcan siqnalı verir, müxtəlif tədbirlər görür ki, bu fəlakətin, bəlanın qarşısını qismən də olsa alsınlar. 

Əlbəttə, söhbət bu bəladan az itkilərlə çıxmaqdan gedir.

 

Azərbaycan hakimiyyəti də  maksimum çalışır ki, xalqımızı səfərbər edib bu pandemiyadan qurtarsın.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu qlobal problemin həlli üçün mümkün olan hər şeyi edir, koronovirusla mübarizə üçün  1 milyard manat vəsait ayırır, Koronavirusla Müübarizə Fondu yaradır, bir illik əməkhaqqısını fonda köçürür, yeni xəstəxanaların istifadəyə verilməsini sürətləndirir. Eyni addımları 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva da atır, demək olar ki, hər gün diqqətini və qayğısını insanlardan əsirgəmir.

 

Söhbət təkcə hakimiyyətin yuxarı pilləsindən getmir.

İnsaf naminə qeyd etməliyik ki, paytaxtın Nəsimi, Nərimanov, Nizami, Suraxanı və digər rayonların  icra başçıları da koronavirusla mübarizə üçün öz qüvvələrini səfərbər ediblər.

Kənd rayonlarımızda, Bərdədə, Goranboyda, Ağdaşda, Şamaxıda, İsmayıllıda və digər bölgələrdə də icra başçıları rayon ərazisinin dezinfeksiya olunmasında və digər önləyici tədbirlərdə iştirak edir və bu barədə hər gün mediada xəbərlər yayılır.

Əcəba. bu boyda hay-küyün içində Sumqayıtın icra başçısı Zakir Fərəcovun səsi niyə eşidilmir..?

Bu adam bəlkə fil qulağında yatıb. Bəlkə bu bəladan xəbəri yoxdur? Bəs nə üçün ölkəmizin ən böyük şəhərlərindən biri olan Sumqayıtda koronavirus məsləsi arxa plandadır ?

Yox, əslində belə deyil.

Redaksiyamıza daxil olan məlumata görə, koronavirus məsələsi Zakir Fərəcovu möhkəm qarınağrısına salıb.

Cənab icra başçısı kabinetinin qapısından üzərlik, dua  və yekə bir köhnə-paslı qıfıl asıb. Və kabinetində gizlənib, çölə-bayıra çıxmır.

Zakir müəllim o qədər xoflanıb ki, heç kimi qəbul etmir. İcra hakimiyyətinin binasında Zakir müəllim üçün ayrıca “xod” açıblar, ordan heç kim daxil ola bilməz. Və həmin pilləkən hər gün  dezinfeksiya olunur. Kabinetin ağzında qaravul çəkən polis deyir ki, Zakir müəllim içəridə yoqa ilə məşğul olur, nə qədər çağırsam da cavab vermir. Zakir Fərəcov əməlli-başlı koronavirusdan gizlənir.

Şəhər sakinlərindən birinin dediyinə görə, bu günlərdə anidən  Zakir müəllimi görüb və yaxınlaşıb. Onların arasında maraqlı  dialoq olub:

 

-Zakir müəllim, bizim borcumuzu nə vaxt qaytaracaqsınız ?

 

-A kişi, nə Zakir, Zakir salmısan. Mən Zakir deyiləm, Şakirəm, məni səhv salmısan…

 

-Ay Zakir müəllim, necə səhv salmışam, siz şəhərin icra başçısı Zakir müəllimsinzi dəə…pulumu ver ee…

 

-Ay adam, koronavirus eşidər gələr ikimizi də o məsələ məndən uzaq ol…

 

Şikayətçinin əl şəkmədiyini görən Fərəcov, deyir ki, qoy koronavirus qurtarsın, Xudadatova deyərəm pulunuzu verər…

Sumqayıtda olan əməkdaşımız Zakir Fərəcovun  ŞAKİR olması məsələsi ilə maraqlanıb. Zakir müəllimin dostlarından biri deyib ki, başçısı koronavirusu çaşdırmaq üçün adını dəyişib ŞAKİR qoyub ki, virus onu tanımasın.

Məzən olsun, Zakir Fərəcov…

Zakir müəllim ! Sən koronavirusu aldada bilərsən, o virus yaxandan əl çəkə də bilər. Amma pulunu vermədiklərin sənin yaxandan əl çəkən deyil. Yaxşısı budur, adamların pulunu qaytar və canın qurtarsın.(nuh.az)

 

Bu yazını paylaş

Zakir Fərəcovla bağlı biabırçı

Next Story »

İş adamları Zakir Fərəcovdan nazir Mikayıl Cabbarova şikayət etdi

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.