serverin.biz

Cənab Təhsil Naziri, İstefa verin !


 
Bu Xəbər 2016-09-19 00:08:06 əlavə olunmuş və 8522 dəfə baxılıb.

AZEL.TV-NİN EMAİLİNƏ GƏLƏN BİR MƏKTUBU YAZILDIĞI KİMİ TƏQDİM EDİRİK.

Hörmətli Cənab Nazir,

 

Cəlilabad rayonunun bir qrup  Təhsil İşçisi rayon  təhsilində baş verən  neqativ hallarla bağlı sizə etdiyi davamlı müraciətdən sonra , göndərmiş olduğunuz yoxlamalar bizim haqlı olduğumuzu sübut etmişdir. Etiraf edin ki, Nazir olsanız belə həmin neqativ hallara qarşı tədbir görməyə gücünüz çatmadı və əksinə bizim təhsilimizi bir az da bataqlığa saldınız.  Cəlilabad rayonunda sizin danışdığınız sözləri birinci sinif şagirdlərinə "nağıl" kimi belə qəbul etdirmək  olmur. Buradakı insanlar Təhsil Naziri Mikayıl Cabbarovu , Cəlilabad rayon təhsil şöbə müdiri Elminaz Nadirovadan aşağı vəzifə  daşıdığının şahidi olurlar. Çünki nə sizin, nə də Azərbaycan Respublikasının heç bir qanunu burada işləmir. Burada yalnız Elminaz Nadirovanın qanunları işləyir. Birincisi elə sizin direktorlar üçün təşkil etdiyiniz imtahandan keçməklə burada direktor olmaq olmaz . Burada direktor olmaq üçün Elminaz xanımın qoyduğu "tası" verməklə imtahandan keçmək olar. Sizin qoyduğunuz qanunlara görə Pedoqoji Təhsilli olmadan direktor olmaq mümkün olmadığı halda, Elminaz xanmın qanununda bunu etmək olar. Məsələn Göytəpə 1 saylı tam orta məktəbin direktoru pedoqoji təhsili olmadan bu vəzifədə təmsil olunur. Bundan başqa sizin verdiyiniz 65 yaşından yuxarı müəllimlərin işə götürülməsi qaydası, vakansya olmadan imtahandan keçməyən müəllimlərlə müqavilə bağlanması, müəllimlərə ixtisasına uyğun olmayan dərslərin verilməsi və s. məsələləri Elminaz xanımın "qanunları" ilə çox rahat həyata keçirmək olar.  

 Sizin Regional Təhsil İdarəsi yartmanızında bizə zərrə qədər təsir etmədi. Regiona daxil olan digər rayonlar əmək haqqını alsada Cəlilabad müəllimləri hələ də əmək haqqı ala bilmir.

    Cənab Nazir gündə bir qanun verməklə özünüzü islahatçı Nazir kimi sırıya bilməzsiniz. O qanunlar icra olunmadıqdan sonra bu xalqı boş yerə aldatmayın. Yaxşısı budur siz istefa verib vəzifəni Elminaz Nadirovaya verəsiniz .

 

İnanırıq ki, bizi düzgün başa düşüb doğru qərar verəcəksiniz .

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər TƏHSİL xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6