serverin.biz

“… ÜRƏYİMDƏN İÇİMƏ QANI AXAN MƏMLƏKƏT…”!!!


  Əvəz ZEYNALLI SƏRDAR ƏLİBƏYLİNİN BALA DƏRDİ – VİDEO
Bu Xəbər 2016-10-04 22:05:35 əlavə olunmuş və 5504 dəfə baxılıb.

Əvəz-1



 

 
Bu ölkənin I qrup əlil olan bütün əlacsız balalarına ithaf edirəm…

Bu problemlə çoxdan tanışam. Onu ilk dəfə Sərdar Əlibəylinin yanıma işə gəldiyi gündən tanımağa başladım. Bütün səlahiyyət sahiblərinin qapısını döyəndən sonra Sabir Rüstəmxanlının yanına gələn Sərdar Əlibəylini Sabir bəy də mənim yanıma göndərmişdi. Və Sərdarın sonradan yazdıqlarından öyrəndim ki, mənimlə görüş də alınmasaymış, Qaqaşı (oğlu – yazımızın və filmimizin qəhrəmanı Fəxrəddin) da götürüb Ermənistana keçmək fikri varmış. Bizim görüşümüz 7 dəqiqə neçəsə saniyə olub və mən o müddətdə Sərdar Əlibəylini Vətəndən getmək fikrindən daşındırmışam. Beləcə, mən Sərdar Əlibəyli ilə onun bala və bəlası olan Fəxrəddini, demək olar ki, bir yerdə tanımışam.

Sonra biz Sərdar Əlibəyli ilə bir qəzetdə çalıdıq. Sonra oradan istefa verib yeni bir “Xural” yaratdıq və 2005-ci ilin axırlarına, 2006-cı ilin əvvəllərinə qədər orada işlədik. Bu arada Fəxrəddinlə bir neçə dəfə görüşdüm. Onu tanıdım. Bildim ki, dostumun bu biçarə balası həkim səhlənkarlığının ucbatından nə danışa, nə də eşidə bilir. Həm kar olub, həm də lal Fəxrəddin. O zamandan bu bəla həm də mənim oldu. Çalışdım ki, bu problemin həllində əlimdən gələni edim.

Həkimlərin səhlənkarlığı dedim. Amma yaxşı həkimlər də var bu ölkədə. “Neftçilər” xəstəxanasının baş həkimi vardı – Fəxrəddin Cavadov. Allah ona rəhmət eləsin, bizə o zaman çox köməyi oldu. Əvvəlcə Fəxrəddinə “Neftçilər” xəstəxanasında baxdırdıq, sonra Fəxrəddin müəllimin tapşırığı və tövsiyəsi ilə Mərkəzi Klinik Xəstəxanaya apardıq. Ən son texnoloji avadanlıqlarda yoxlatdıq Fəxrəddini. Yox, artıq tibb elminin qarşısında aciz qaldığı bir şəraitlə üz-üzə olduğumuzu dedi həkimlər. Fəxrəddin daha nə danışacaq, nə də eşidəcəkdi…

Bir ara Qaqaşı lallar və karlar üçün nəzərdə tutulmuş məktəblərə yerləşdirməyi təklif etdim. Onunla da razılaşmadı Sərdar. Atadır, qınamaq olmur. Balanı necə aparıb yadlara təslim etmək olar? O da ola, indiki rəhmsiz və nadan insanların işlədiyi məkanlarda. Düz də etdi, məncə, Sərdar. Sağ ayağın əvəzinə sol ayağı kəsən, kor bağırsaq əməliyyatında adam öldürən, döyülərək baxımsızlıqdan ölümə tərk edilən xəstələrin olduğu bir məkanda balanı necə əmanət etmək olar yaramaz həkimlərə? Daha doğrusu, sistemə…

Mən bir müddət sonra bildim ki, Fəxrəddin Sərdar Əlibəylinin böyük qardaşı və dünyadan çox cavan yaşlarında köçmüş Fəxrəddinin adını daşıyır. Biz hər Gəncəyə gedəndə Göygöl qəbiristanlığında uyuyan Fəxrəddinin məzarını ziyarət edər, Qaqaşı xatırlayar, Fəxrəddinlə Fəxrəddinin bədbəxt taleyindən bəhs edərdik. Yollarımız qısalar, ömrümüz gödələrdi bu söhbətləri etdikcə…

Hə, bu Fəxrəddin bax o Fəxrəddindir – 12 il bundan əvvəlki Fəxrəddin. O zaman balaca uşaq idi. İndi, maşallah, bığlı-saqqallı əkə-bükə kişi olub.

Təbii ki, eyni problemlər hələ də davam edir. Fəxrəddin yenə danışa bilmir. Yenə eşitmir Qaqaş. Aradan ötən 12 il onun daha 12 il böyüməsindən başqa bir şeyə yaramayıb. Biz də o qədər məşğul ola bilmədik. Araya söz-söhbətlər düşdü, həbsxanalara yol salası olduq, bacarmadıq.

Bu arada – biz imkansızlaşdıqca, əzildikcə, küncə sıxıldıqca, dövlətimiz böyüdü, zənginləşdi, qüdrətli oldu. Biz dərdimizin içində boğulduqca dövlətimizə milyardlar çay pulu kimi axmağa başladı. Neftdən 125 milyard dollar gəldi. Hər dollar özü ilə 5-6 dollar da qazanc gətirdi – ölkənin maliyyə bazarı 1 trilyona yaxınlaşdı. Amma heyhat, bu, Fəxrəddin üçün və onun timsalında xəstə olan və elə yaşamağa məhkum edilən balalarımıza aid deyilmiş! Bu milyardlar gəlmədən Fəxrəddinə verilən dövlət yardımı 50 manat idi, indi 67 manat olub. 1 trilyon dollar Fəxrəddinə 17 manat qazandırıb, o qədər.

Bu yaxınlarda Fəxrəddinlə görüşəndə hirsimdən ağlamaq istədim. Çarəsizlik adamı ağladarmış. Tutaq ki, Fəxrəddinin atası heç yoxdur, ya yox kimidir, kasıbdır və tutaq ki, belə fəxrəddinlər ölkədə 100, ya da 1000 nəfərdir. Bunları təmin etmək, bunlarla insan kimi davranmaq o qədərmi çətindir? Bunlara dövlət qayğısını artırmaq o qədərmi mümkünsüzdür və niyə?! Bəs bu millətin pulu Fəxrəddin və onunkimilərin deyilmi?!

Sərdar Əlibəyli bir ata kimi illərlə, aylarla bu məsələ haqqında hayqırır. O, balasını həm də bir bəla kimi qəbul edir və Allaha səslənir. Prezidentə məktub yazır, bəzən ifrata varır, bəzən həddini aşır, amma bircə dəfə Fəxrəddinlə görüşmək onu təmizə çıxarmağa yetir. Ola bilər ki, Sərdarın tələbləri yerinə yetirilməsi namümkün tələblərdir, amma bəs qayğı necə? Onu da yerinə yetirmək olmaz? Bu tip xəstələrə – ömürlük I dərəcə əlillərə bu cənnət ölkənin ildə 1 dəfə 1 həftəlik tətili də olmaz? İldə 1 dəfə 1 ay xaricə müayinə və müalicəyə göndərilməyi də olmaz? Bakının hasara alınaraq xımır-xımır satılan min hektarlarla torpaqlarından 3-cə sot da olmaz!? 1 trilyon dollardan 1-cə min də olmaz?! Olmazmı? Həqiqətənmi çətindir?! Biz gecələr sırtında fəqirlərə çörək daşıyan Həzrət Əli mahiyyətinin daşıyıcıları deyilikmi? Mənsur Həllacın, Nəimi və Nəsiminin, Babəkin, Cavad Xanın qanından zərrə qədəri də qalmayıb? Son damlasına qədərmi dəyişdi damarlarımızdan axan?!..

Davamız təkcə Sərdar Əlibəyli və onun bala-bəlası Fəxrəddin deyil. Davamız bu ölkənin bütün əlil və kimsəsiz adamlarına sahib çıxılması davasıdır.Bilirəm ki, ayrılıqda xoşbəxt olmaq olmaz. Bilirəm ki, ölkənin küll halında problemləri qalaq-qalaq yığılıb qalarkən, bir təbəqənin ayrıca problemlərini həll etmək mümkün olmayacaq, amma Fəxrəddin və onun kimi balalarımızı diqqətdə saxlamaq olar axı…

Bizi qarşılayan, bizimlə görüşən Fəxrəddin, bizi yola salanda da səmimi idi. O, illərini və aylarını bu otaqlarda qapalı yaşasa da, anlayan və müəyyən şeyləri qavrayan bir gəncdir. Amma bu, yalnız evdə elədir. Heç kimin olmadığı vəziyyətdə Qaqaş nələr edə bilər, bunu kimsə bilmir. Dövlət dövlət olsa kimsə də bilməyəcək!

Fəxrəddin ağıllıdır. Hətta kompüterdə bir şeylər edir, açıb-bağlayır, anası və atası ilə bağıraraq, çığırararq danışır və özünü ifadə edir. Hətta Sərdarın siqaretini yandırır, paltarının üstündən köynək geyinəndə anasının otaqdan çıxmasını tələb etdi. Onu da anlayır. Bizi yola saldı belə. Bir də dönüb baxdıq ki, Fəxrəddin qaranlıqda pəncərəyə çıxıb bizə vida edir. Məni tanıdı belə. Söhbətin bir məqamında əllərimdən tutdu, məni qucaqladı. Hiss etdim o illəri – 12 il əvvəli. O zaman da belə edirdi Fəxrəddin. Tanıdı deməli! Tanıdı!!! 

Bizim Azərbaycanımız elə olmalıdır ki, fəxrəddinlər belə özlərini yalnız hiss etməsinlər! Elə bir Azərbaycan qurmalıyıq ki, bir nəfərin belə gözlərində kədər yaşı görünməsin!

Sənsə, Sərdar Əlibəyli, dərdini çək. Allah dərdi çəkənə verir! Fəxrəddin – özün demiş, sənin təkcə balan deyil, həm də bəlandır!

Vətən və Dövlət Sizə yar və yardımçı olsun!

Əvəz Zeynallı

Fotolar:

sam_2559 sam_2557 sam_2550dsc02505 dsc02497 dsc02492 dsc02490dsc02488 dsc02480 dsc02479dsc02471 dsc00439 dsc00424

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Ədəbiyyat xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6