serverin.biz

Həbs olnunan baş redaktorun xanımı: ''Torpağımızı itirmişik, indi də ailəmi dağıdırlar''


 
Bu Xəbər 2016-11-28 13:16:22 əlavə olunmuş və 3294 dəfə baxılıb.

Bir neçə gün əvvəl həbs edilən baş redaktor aclığa başlayıb. Criminal.az saytı xəbər verir ki, Azel.tv-nin baş redaktoru Əfqan Sadıqov bu barədə ailə üzvləriə məlumat verib. O, saxlanıldığı Bakı 1 saytlı istintaq təcridaxnasında bir neçə gündür yeməkdən və sudan imtina edib.  

Jurnalistin xanımı Sevinc Sadıqova Criminal.az saytına açıqlamasında bildirdi ki, bir neçə dəqiqə əvvəl Əfqanla danışıb və onun vəziyyəti ağırdır: ''Əfqanla danışdım, səsindən başa düşdüm ki, özündə deyil. Dedi ki, həbs olunandan bu günə kimi bir qaşıq belə su içməyib. Ona qarşı edilən haqsızlığa son qoyulmayana qədər aclıq edəcəyini bildirdi''. 

S.Sadıqova həyat yoldaşının həbsini yazıları və peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirdi: ''Mən Əfqanın həbsindən əvvəl onun öz dilindən eşitdiklərimi sizinlə bölüşəcəm. Bir gün Əfqanın telefonuna zəng çatmadı. Bir neçə dəfə onu yığsam da telefonu bağlı idi. Narahat oldum. Bir neçə saatdan sonra özü mənə zəng edib başına gələnləri danışdı.

Buna da bax: Baş redaktor həbs edildi - VİDEO

Bildirdi ki, Cəlilabadın icra başıçısı Əziz Əliyev onu otağına çağırtdırmışdı. Onun qəbuluna gedərək təklikdə 15 dəqiqə söhbət ediblər. Elə icra başçısının otağından çıxandan sonra yaşlı qadın ona hücum çəkərək niyə icra başçısının yanında o qədər ləngiməyini irad tutuaraq qışqırıb. Həmin qadın yüksək səslə qışqıraraq Əfqana onu gözlətdiyinə etirazını bildirib. Əfqan əhəmiyyət verməyərək üzün çevirib getmək istəyəndə kimsə qışqırıb ki, qoymayın qadın öldü. Hətta Əfqan elə həmin vaxt qadının yanında olan icra hakimiyyətinin ''işçisinə mənə torbanı belə tikdiniz'' deyə sual da verib. Yaxınlıqdakı polislər Əfqanı tutub. Polisdə dindirəndən sonra buraxıblar. Əfqan bunları mənə polisdən çıxandan sonra danışdı. Əgər Əfqan günahkardırsa, hadisənin üstündən bir neçə ay keçəndən sonra niyə tuturlar, elə həmin vaxt tutuardılar. Mən düşünürəm k, yoldaşım rayonda olan haqsızlıqlardan yazdığına görə həbs edilib. Çox insanların problemlərini işıqlandırıb. İnsanlar çox ağır vəziyyətdədər''.

S.Sadıqova əlavə etdi ki, ailəsində yeganə qazanc gətirən Ə.Sadıqovdur və onun həbsi ailəni çətin vəziyyətə salıb. ''İki azyaşlı uşağımız var. Ailəmizi o saxlayırdı. Ağdam qaçqınıyam. Torpağımızı itirmişik, indi də ailəmi dağıdırlar. İnsan nə qədər itərər bu həyatda?''.

Vəkil Elçin Sadıqov

Ə.Sadıqovun vəkili Elçin Sadıqov Criminal.az saytına acıqlamasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə hələlik görüşməyib. Sabah onunla görüşəndən sonra ətraflı məlumatı olacaq və bu barədə açıqlama verəcək. Vəkilin sözlərinə görə, hələlik onda olan məlumata görə, Əfqanın həbsi saytında yazdığı məlumatlarla bağlıdır. 

Xatırladaq ki, Ə.Sadıqov ötən həftə qohumunu Gürcüstana yola salan zaman Qazax rayonun ərazisində saxlanılıb. Onu polis əməkdaşları Cəlilabad rayon Məhkəməsinə gətirib. Baş redaktora qarşı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə onun barəsəində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.  

Criminal.az

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər DİGƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6