serverin.biz

Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun barəsində hökmü qüvvədə saxlayıb


 
Bu Xəbər 2017-05-31 01:24:12 əlavə olunmuş və 797 dəfə baxılıb.

Ötən gün Şirvan Apellyasiya Məhkəməsi jurnalist Əfqan Sadıqovun barəsində hökmü qüvvədə saxlayıb.

Cəlilabad rayonunda fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də xuliqanlıq əməli törətməklə sağlamlığa zərər vurmaq ittihamı ilə (CM-in 127.2.3-ci maddəsi) saxlanılıb və 2,5 il müddətinə mühakimə edilib.

Jurnalist ittihamı rədd edərək bildirib ki, rayon hakimiyyətinə olan tənqidlərin qarşısını almaq məqsədilə ona qarşı təxribat törədilib. Belə ki, rayon administrasiyasının qəbul şöbəsində öyrədilmiş bir qadın ona hücum edib, sonradan jurnalisti xuliqanlıqda ittiham ediblər.

Prosesdə öncə vəkil Elçin Sadıqov yekun sözlə çıxış edib. O, işi uydurma adlandırıb.

"Bu işdə əsas məqam odur ki, zərərçəkənə qarşı tibbi arayışlar saxtalaşdırılıb. Xəstəlik tarixçəsindən məlum olur ki, zərərçəkən xəstəxanaya saat 15.30-da daxil olub. Cəlilabad Rayon İcra Hakimiyyətinin tərtib etdiyi aktda göstərilib ki, "zərərçəkən" saat 10.30-da təcili yardım maşınında xəstəxanaya aparılıb. Müstəntiqin hazırladığı şahid ifadələrində, sənədlərdə bu uyğunsuzluq görünür. Bu, göstərir ki, cinayət işi saxtalaşdırılıb", - vəkil bildirib.

O, məhkəmədən hökmün ləğvini və jurnalistə bəraət verilməsini xahiş edib.

Jurnalist deyib ki, onun "cinayət"i jurnalist fəaliyyəti ilə bağlıdır.

"Mən öz yazılarımda yazmışam ki, sadə adamlar 1 kq. toyuq əti ala bilmir, ancaq nazirlərin uşaqları ayı əti yeyirlər. Kəndlərdə adamlar isinmək üçün peyin yandırırlar, hökumət isə kilsələrə pulsuz qaz verir. Məni öz mövqeyimdən geri çəkilməyə məcbur etmək istəyirdilər, ancaq əbəs yerə. Həbs müddəti bitdikdən sonra əvvəlki işimə qayıdacam. Bu, mənim seçimimdir. Əgər bir daha məhkəməyə düşməli olsam da yenə ondan imtina etmərəm", - vəkil Ə.Sadıqovun fikirlərini çatdırıb.

Müttəhim hökmlə bağlı deyib: "Yeni Azərbaycan Partiyasının ədalət mühakiməsindən bundan artıq heç nə gözləmirdim"

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6