serverin.biz

Daha iki jurnalist həbs təhlükəsi ilə üz-üzədir


 
Bu Xəbər 2017-07-05 12:38:28 əlavə olunmuş və 301 dəfə baxılıb.

 “Azərbaycanda 10- dan yuxarı jurnalist, blogger qanunsuz həbs həyatı yaşayır. Amma hakimiyyətin azad sözə, fikrə qarşı repressiya siyasəti davam edir. Bu yaxınlarda daha 2 jurnalist məmurlar tərəfindən məhkəməyə verilib və onların həbsi istənilir”.

Bu haqda hüquq-müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

“Gündəm- xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. İddiaçı 
adı çəkilən qəzetin 17-23 aprel sayında dərc olunmuş “Abşeron RİH-nin başçısı nə qədər var dövlətə sahibdir?” başlıqlı yazıya görə məhkəməyə üz tutub və baş redaktorun cəzalandırılmasını tələb edir.

Məhkəməyə verilən digər şəxs isə İmişli rayonunda yaşayan müstəqil jurnalist və hüquq müdafiəçisi Məhbub Zülfuqarlıdır. O. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi, məmur- oliqarx Saleh Səmədov haqqında yazdığı tənqidi yazıya görə adıçəkilən şəxs tərəfindən məhkəməyə verilib və onun haqqında Cinayət Məcəlləsinin 147.1- ci maddəsi ilə cinayət işi açılıb. İddiaçı cinayət işinin 147.2- ci maddəsinə tövsir edilməsini və Məhbub Zülfuqarlının həbsini tələb edir.

“Ümumiyyətlə son günlər, bir çox jurnalistlər, yazarlar prokurorluğa, “bandotdel”- ə çağrılaraq dindiriilir, onlara xəbərdarlıq edilir (Shahveled Chobanoglu, Sevinc Vaqifqizi, Mustafa HajibeyliNatiq CavadliAytac Ehmedova və s.). Görünən odur ki, hakimiyyət müstəqil qəzetlərin çapını dayandırmasına, tənqidçi saytlara girişi bloklamasına baxmayaraq mətbuata basqıları davam etdirir”, – Oqtay Gülalıyev bildirib.

“Gəlin, azad mətbuata, fərqli düşünən və yazan jurnalistlərə qarşı təzyiqlərə bir yerdə etiraz edək. Onlara dəstək olaq. Unutmayaq ki, mətbuat cəmiyyətin aynasıdır. Hakimiyyət öz eyiblərini aradan qaldırmağı aynanı sındırmaqda görür. Təbii ki, bu çıxış yolu deyil. Gəlin cəmiyyətin aynasını- həqiqi, azad mətbuatı və jurnalistləri qoruyaq!” – Oqtay Gülalıyev əlavə edib.

Bastainfo.com

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər SİYASƏT xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6