serverin.biz

Qarabağ əlili, Əfqanistan müharibə iştirakçısı şərlənərək həbs edildi!


  Qubadlıdan olan məcburi köçkün Azel.tv-yə müraciət etdi.
Bu Xəbər 2017-07-05 15:00:23 əlavə olunmuş və 213 dəfə baxılıb.

Məktubu olduğu kimi sizlərə təqdim edirik.

Hörmətli Azel.tv və saytın rəhbəri Əfqan bəy!

Mən Əliyev Əlövsət Qəhrəman oğlu, 1963-cü ildə doğulmuşam.Doğulduğum Qubadlı rayonu erməni işğalındadır. Sumqayıt şəhərində qeydiyyatdayam.

26.05.2017-il tarixində Sabirabad rayonunda məni günahsız yerə həbs etdilər, güya mənim kiməsə pul borcum var imiş. Sonra isə müstəntik mənə utanmadan dedi ki, 300 manat ver buraxım səni.

Mən, Qarabağ əliliyəm, Əfqanistan müharibəsi iştirakçısıyam. Bir böyrəyimidə döyüşdə itirmişəm.

Torpaqlarımız uğrunda ona görə can qoyub, könüllü vuruşmuşuq ki, bu ac canavarlar, az qalsın dilənçiliyə düşən məmurlar bizim özümüzü şərləyib, bizim kimi,-bu torpaqlar üçün canını verən vətənpərvərlərin də qanını sovursunlar?

Mən, ölümlə, Qarabağımızda, Əfqanistan müharibəsində hər gün, dəfələrlə rastlaşırdım.

Yəni ki, şərəfimizdən, mənliyimizdən, vətənimizdən qiymətli bizim üçün heç nə ola bilməz. Heç nədən, heç kimdən qorxumuz yoxdur.

Amma bu gün Azərbaycanda insanları ifrat dərəcədə sıxır, zülm edirlər.

Biz, vuruşub ölkəmizi ondan ötrü qorumadıq ki, qanımızla qoroduğumuz “kreslolarda” qansızlar oturub öz qanımızı içsinlər!!!

Şüvəlan istintaq təcridxanasında saxlanıram.

Belə getsə canımızdan çox sevdiyimiz Azərbaycanımızın vətəndaşlığından imtina etməyə məcbur olacam.

 

Çox hörmərli Azel.tv, eşitmişəm ki, siz insanların problemini işıqlandıran, onlara can yandıran cəsarətli bir saytsınız.

Sizdən xaiş edirəm, mənim yazdıqlarımın hamısını olduğu kimi yazıb ictimailəşdirəsiniz.

 

Allah sizləri qorusun, saytınızı daima var etsin.

 

 

Hörmətlə - Əliyev Əlövsət Qəhrəman oğlu.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xalqın Səsi xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6