serverin.biz

Ultelin rəhbəri Əliqiyam müəllimdən Prezidentə şikayət


  Gmailə gələn məktubu olduğu kimi təqdim edirik.
Bu Xəbər 2017-07-08 19:36:12 əlavə olunmuş və 265 dəfə baxılıb.

Əliqiyam müəllim kimi şəxslər milyonçu olduğu üçün

bəlkədə oğlunu əskərliyə belə getməyə qoymayıb



Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına


Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti

Əliyeva Mehriban Xanıma


Aprel döyüşlərində yaralanan hərbiçi əlil

Əzimov Xəyal Elşad oğlunun atası


Əzimov Elşad Yusif oğlu tərəfindən


Ultel şirkətinin rəhbərliyi

Əsgərov Əliqiyam Əlisafa oğlu barədə


Şikayət Ərizəsi


Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!


Mən 2003-cü ildə oğlum Əzimov Xəyalla yaşadığımız evimizi satıb Nərimanov rayonu Aşıq Molla Cümə 25 ünvanında 23 kv metr sahəsi olan yarızirzəmi almışdım ki orada bir iş qurub çörək pulu qazanım. Sonra məlum oldu ki obyektin sənədləri saxtadır. Özəlləşdirmək istəyəndə isə oğlum Əzimov Xəyal aprel döyüşlərində yaralandı və mən əlimdə olan pulu xərcləyəsi oldum. Sonra həmin obyekti Ultel şirkəti Əmlak Komitəsiylə birləşib özəlləşdirdi. Ümumiyyətlə topladığım məlumatlara görə Ultel şirkəti Əmlak Komitəsində işləyən bir qrup şəxslərlə əlbir olub rüşvət müqabilində çoxlu sayda obyektləri özəlləşdiribdir. Bu obyektlərdən biridə minimkidir. Bakıda İndi biz qalmışıq evsiz eşiksiz. Ultel şirkətinə mətbuat vasitəsiylə və birbaşa xahiş məktubu yazsamda müsbət bir addım atılmadı. Həmin xahişdə mən qeyd etmişdim ki, oğlum Xəyal aprel döyüşlərində iştirak edib heç olmasa buna qiymət verin. Lakin Ultelin rəhbərliyi xüsusəndə Əliqiyam müəllim heçnəyi nəzərə almadı. Əksinə mənə hədə qorxu gəldi ki, Ulteli və məni mətbuata versəniz səni tutduracam. Mənə hələ bir dəfə Xətai polisindən zəng vurub hədə qorxuda gəliblər. Əliqiyam müəllim kimi şəxslər milyonçu olduğu üçün bəlkədə oğlunu əskərliyə belə getməyə qoymayıb yanında saxlayıb. Ona görədə oğul yaralanmasının nə olduğunu çətin ki anlaya bilə. Toxun acdan nə xəbəri misalı burada yerinə düşür. Mən kasıb olduğum üçün obyektimdə əlimdən getdi oğlumda yaralandı.

Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!


Xahiş edirəm Ultel rəhbərliyinə xüsusəndə Əliqiyam müəllimə bizim hüquqlarımızı nəzərə almağı tapşırasınız. Təşəkkür edirəm öncədən!


 

Elşad Əzimov. 25.06.2017 Tel 055 764 5989

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xalqın Səsi xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6