serverin.biz

Almaniyada yaşayan azərbaycanlılardan daha bir etiraz aksiyası - HANNOVERDƏ


 
Bu Xəbər 2017-07-09 12:24:08 əlavə olunmuş və 217 dəfə baxılıb.

Almaniyanın Hannover şəhərində Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı etiraz mitinqi keçirilib. Aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Aksiya iştirakçıları iyulun 4-də ermənilərin hərbi təxribatı zamanı qətlə yetirilmiş Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakininin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6