serverin.biz

Dövləti kim çökdürür; azad mətbuat, yoxsa mafioz məmurlar!?


 
Bu Xəbər 2017-07-11 13:47:42 əlavə olunmuş və 373 dəfə baxılıb.

Oktay Gülalıyev

... Azərbaycanda azad söz ifadə etmək, fərqli düşünmək və bu fikirləri ictimailəşdirmək əməlli- başlı problemə çevrilməkdədir. Hakimiyyət tənqidçi insanları şərləyərək həbs edir. Biz bunun sonuncu nümunəsi kimi İmişlidə jurnalist Məhbub Zülfuqarlının məhkəmə zalında qoluna qandal vurularaq həbs edilməsində gördük. Həbs etdiyi insanlara işgəncə verir. Biz bunu bir neçə gün öncə 2 saylı CÇM- də Qiyas İbrahimovun timsalında ona işgəncə verilməsində, 17 saylı CÇM- də isə jurnalist Efqan Sadıqovun tənqidi yazısına görə "karsa" salınmasında gördük və s.

İctimai fəallara təzyiqlərlə yanaşı mətbuata basqılar xüsusi ilə amansızdır. Hazırda 10- dan yuxarı jurnalist və blogger qanunsuz həbs həyatı yaşayır. Jurnalistlər polisə və prokurorluğa çağrılıb hədə- qorxu gəlinir, təzyiq altında saxlanılır. Ölkədə müxalif yönlü, müstəqil qəzetlərin nəşrinə imkan verilmir. "Azadlıq" qəzeti sonuncu oldu. Tənqidçi saytlara giriş bloklanıb. Respublika Baş Prokurorluğunun təqdimatı əsasında məhkəmə qərarı ilə “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə Turan telekanalına (Turan TV) giriş məhdudlaşdırılıb, yəni bloklanıb. Həmçinin "Meydan.tv"- yə də giriş bloklanıb. Amma adı çəkilən saytlarla yanaşı digər saytlar var ki, onlara da giriş bloklanıb. Məsələn, azad və müstəqil fikir daşıyıcılarından olan 24saat.org və abzas.net saytlarına da giriş bloklanıb.

Hakimiyyət iddia edir ki, bu saytlar "dövlətin və cəmiyyətin qanuni maraqlarına mane yaradır" (!?). Fikri əsaslandırmaq üçün “Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq”, “Əliyevin yarımçıq əfv sərəncamı haqlı narazılıq və suallar doğurur”, “Milli Şura mitinq müzakirəsinə başladı”, “Bakıdakı rejim korrupsionerdir, avtoritardır, iqtisadi böhran içindədir”, “Xalq mən varam desə..”, meydan,tv-də dərc olunmuş “Cəmil Həsənlıi: Kütləvi aksiyalar müzakirə mərhələsindədir” və s. yazıları sitat gətirilir. Amma hakimiyyətin maraqlarını müdafiə edənlər həmin yazılarda "dövlətin və cəmiyyətin qanuni maraqlarına mane yaradan" çağırışları göstərə bilmədilər. Əksinə sübut etdilər ki, əslində tənqidçi, müstəqil saytları həmin yazıların 
timsalında onların prinsipial mövqeyinə görə susdurmaq istəyirlər.

Çox maraqlıdır, hakimiyyət azad medianı susdurmaq, müstəqil saytlara girişi bloklamaq üçün hər vasitəyə əl atır. Amma Bakını tərk edən kimi FM radio kanallarına qulaq asmaq mümkün olmur. Sabirabaddan başlayaraq İranın fars dilində kanalları, Beyləqan və Ağcabədidən başlayaraq isə erməni kanalları radiolarımızı zəbt edir. Maraqlıdır, görəsən dövlətin və cəmiyyətin qanuni maraqlarına hansı saytlar və verilişlər mane yaradır; Azərbaycan xalqının və dövlətinin maralqarına xidmət edən müstəqil, azad mətbuat orqanları, yoxsa ölkəmizə küfr oxuyan erməni- fars radio-
kanalları? Niyə hakimiyyət azad efir məkanımızı pozan bu kanalları, xüsusən erməni verilişlərinin qarşısını almır?

Saytların bloklanması ilə də iş bitmir. Necə vaxtdır Azərbaycan mətbuatının, daha dəqiq desək bəzi informasiya saytlarının başı üzərində Rövnəq Abdullayevin "qolçomaq qamçısı" peyda olub. Erməni kilsələrinə havayı qaz verən, neftdən gələn gəlirləri mənasız idman yarışlarına xərcləyən, xarici futbol komandlarına sponsurluq edən SOCAR prezidenti xalqdan qazandığı milyonları, onun varidatını yazıb göstərən informasiya resurslarını, saytları hakerlər vasitəsi ilə dağıtmaqla məşğuldur. Cümhuriyyət.az saytının ardınca indi də Azərbaycanın "neft kəndxudası" Reallıq.info saytını dağıtmaqla məşğuldur. Çünki adı çəkilən saytda onun qaranlıq biznesini ifşa edən "SOCAR –ın mənimsənilən milyonları və Rövnəq Abdullayevin həyatı" adlı araşdırma yazı dərc olunub (http://realliq.info/8304-socar-in-menimsenilen-milyonlari-v…). Maraqlıdır, milyonlar xərcləyərək Azərbaycanda informasiya saytlarını dağıtdıran Rövnəq Abdullayev bu "məharəti" və səxavəti niyə ölkəmizi təhdid edən erməni saytlarına qarşı göstərmir?

 

Göründüyü kimi, dövlətin inzibati resurları vasitəsi ilə ölkədə azad medianın çökdürülməsi və sıradan çıxarılması üçün çeşidli fəaliyyətlər həyata keçirilir. Amma bunu edənlər başa düşmək istəmirlər ki, vaxt gələ bilər onların özlərinin indi bloklayıb dağıtmaq istədikləri mətbuat orqanlarına ehtiyacları olar. Çünki həyatda heç kim, heç nədən sığortalanmayıb. Normal, güvənli cəmiyyətlərin əsas prinsiplərindən biri də ədalətli mühakimə və məhkəmə ilə yanaşı, azad düşüncənin və müstəqil mətbuatın varlığıdır.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6