serverin.biz

Fərman Ceyranlı niyə həbs olunub?


  Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Bu Xəbər 2017-07-16 21:49:56 əlavə olunmuş və 200 dəfə baxılıb.

 

Qonşu Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə yanaşı iş adamları da yaşayır və fəaliyyət göstərir. Rəsmi Bakının təzyiq dalğası onlardan da yan keçməyib. Həmin şəxslərdən biri Lancet Klinikasının təsisçisi və sahibi, 18 may 2017- ci ildə Tbilisidə həbs olunmuş Ferman Ceyranlidır.

O, Azərbaycan hakimiyyətinin siyasətini müdafiə edən vitrualaz.org saytında 2017- ci ilin 4 mayında dərc olunmuş “Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısından (http://virtualaz.org/bugun/94808) 2 həftə sonra həbs olunub. Həmin yazıda azərbaycanlı iş adamı həmvətənləri olan siyasi müxalifəti maliyələşdirməkdə ittiham olunurdu.

Bu gün Tbilisi şəhər məhkəməsində F. Ceyranlının məhkəmə prosesi başlayıb. Xeyli sayda yerli soydaşımız ona dəstək üçün məhkəməyə gəlib. Maraqlıdır, Fərman Ceyranlı niyə həbs olunub?

Hazırda Siyasi Məhbusları Müdafiə Mərkəzi tərəfindən "Gürcüstan işi" ilə bağlı geniş Hesabat hazırlanır. Hesabatda bu suala ətraflı cavab verilir. Amma qısa olaraq nə demək olar?

Yuxarıda qeyd olunduğu kimi Fərman Ceyranlı virtualaz.org və haqqin.az saytında dərc olunmuş, hakimiyyətin marağını və niyyətini ifadə edən məlum yazıdan dərhal sonra həbs olundu və ona qarşı təsisçisi olduğu klinikada 1 il öncə həyata keçirilmiş orqan köçürməsi zamanı xəstənin ölümü ilə bağlı cinayət işi açıldı. Sual oluna bilər; həmin əməliyyatı Fərman Ceyranlı etmədiyi halda niyə ona cinayət işi açıldı? Və o suçlu idisə cinayət işi niyə 13 ay sonra- Azərbaycan hakimiyyətinin qəzəbinə və hədəfinə tuş gəldikdən sonra həbs olundu?

Fərman Ceyranlı həbsxanadan müraciət göndərərək günahsız olduğunu, siyasi sifarişlə həbs edildiyini bildirib və özünü siyasi məhbus adlandırıb. Bu gün məhkəmədə isə bildirib ki; “Əliyevin şəxsi girovu və məhbusuyam. Mən və həbsdə olan 6 nəfər diktator Əliyev tərəfindən təqib edilir. Mən həkiməm və siyasətlə heç bir əlaqəm yoxdu. Klinikaya pasiyent gələndə onun siyasi baxışları ilə maraqlanmıram. Gürcüstan prokurorluğu məni siyasi əlamətlərə görə Əliyevin sifarişi ilə təqib edir. Ittiham olunduğum məsələnin heç bir hüquqi əsası yoxdur”.

Azərbaycanlı iş adamının vəkili Natali Bejaşvili bildirib ki, bir vəkil (advokat) olarag Fərman Ceyranlının ittihamnaməsi ilə tanış olarkən dəhşətə gəldim; "Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə gərarına rast gəlinməyib. Ən gülməlisi odur ki, Fərman Ceyranlının iş yeri, vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbu ki, klinikanın direktoru vəzifəsində başqa adam çalışır. Professor isə MMC “Lancet”- in direktoru deyil, təsisçisidir. Heç bir cavabdehlik daşımır".

Maraqlı sual meydana çıxır; əgər Fərman Ceyranlı "Lancet" klinikasının direktoru deyilsə və cavabdehlik daşımırsa bəs onda klinikada aparılan əməliyyata görə o niyə həbs olunub?

Nəhayət F. Ceyranlının həbsində ən maraqlı və vacib məqam budur ki, onun həbsinə səbəb təsisçisi olduğu klinikada 2016-cı ilin aprel ayında keçırılmış qaraciyər köçürülməsi zamanı xəstənin ölümüdür. Amma maraqlıdır ki, əməliyyatı həyata keçirən, lisenziya müddəti bitmiş həkim Mircəlal Kazımi bu işlə bağlı nəinki məsuliyyətə cəlb olunub, hətta istintaqdan kənarda saxlanılıb. Onun heç ifadəsi də alınmayıb. F. Ceyranlının 12 iyulda keçirilən məhkəmə prosesində müdafiə tərəfinin M. Kazıminin ifadəsinin alınması ilə bağlı vəsatəti qəbul olunmayıb. Bu faktın özü F. Ceyranlının həbsinin qurama və sifarişli olmasına dair çox ciddi faktdır.

Zənnimizcə, "Fərman Ceyranlı niyə həbs olunub?" sualına onun vəkillərindən olan Natali Bejaşvili çox dəqiq və aydın cavab verib; "“Haqqın az”- dakı məqaləni oxuduqda hər şey aydın olur. Bu bir siyasi sifarişdir. Fərman Ceyranlı cox saylı müxalifət nümayəndələrini (Azərbaycanlı müxalifətçilər nəzərdə tutulur- red.) Tbilisidəki “Lancet”-də gəbul edərək onları müayinə və müalicə etdirib, vəssalam".

İndi aydın oldumu Fərman Ceyranlı niyə həbs olunub? Dəhşətlidir, eləmi? Azərbaycan hakimiyyəti özünü sülhpərvər, humanist göstərmək üçün Afrikada, Asiyada, pakistanda, Suriyada, Liviyada yardıma ehtiyacı olanlara yemək, ərzaq, dərman, su, paltar göndərir. Ordakı xəstələrin müayinə və müalicə olunması üçün milyonlar xərcləyir. Olsun. Amma öz vətəndaşının qonşu Gürcstanda aşağı qiymətlə müayinə və müalicə edən klinikanın təsisçisini həbs etdirir. Ona görə ki, orda müayinə olunan insanlar içində müstəqil mövqeli, tənqidçi insanlar olub, yəni müxalifətçilər. Bunu biz demirik. Gürcüstanın tanınmış vəkillərindən olan Natali Bejaçvili deyir. Sözün bitdiyi yerdir. Görürsünüzmü ölkəmizə və bizə kimlər rəhbərlik edir?

Gürcüstan höküməti Fərman Ceyranlını həbs etməklə və jurnalist Efqan Muxtarlinın başına çuval keçirilərək oğurlanıb Bakıya aparılmasında iştirak etməklə ölkəsinin imicini ləkələyən böyük bir biabırçılığa imza atdı. İndi Avropa Birliyinə üz tutan, demokratik dünyanın bir parçası olmaq istəyən Gürcüstanın üzərindən həmin ləkənin yuyulması Tbilisi məhkəməsinin və hüquq- mühafizə orqanlarının işidir.

Bizə isə baş verənlərdən nəticə çıxarıb ölkəmizin onuru, şərəfi və gələcəyi uğrunda ardıcıl, qətiyyətli mübarizə aparmaq qalır.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6