serverin.biz

Nazirliklərdən “benzin əməliyyatı”: Süni qiymət artıranlar araşdırılır - Təcili


  Ölkədə Aİ-92 benzinin qiymətinin qalxmasından sonra süni qiymət artımına yol verənlər cəzalandırılacaq; Prezidentin də bu barədə göstərişi var və artıq müvafiq qurumlar monitorinqə başlayıb...
Bu Xəbər 2017-07-22 10:55:46 əlavə olunmuş və 301 dəfə baxılıb.

Bu barədə Ulus.Az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi ilə bərabər Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları süni qiymət artımına gedən işbazlarla bağlı təftişə start verir. 

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqla da özünü göstərir. 

Əgər müxtəlif ticarət və xidmət obyektlərində müxtəlif qiymətlər təklif olunursa, şübhəsiz ki, alıcı özünə sərf edən varianta - daha ucuz qiymətə üstünlük verəcək. 

Ən vacibi istehlakçıya bu imkanın yaradılmasıdır. İstehlakçı üçün bu imkan satışda olan hər bir malın üzərində onun qiymətinin göstərilməsi yolu ilə yaradılmalıdır.

Bu isə, həm də istehlakçının malın qiyməti barədə doğru və düzgün məlumat almaq barədə qanunvericilikdə təsbit olunmuş hüquqlarının təmin olunmasıdır.

Əldə ediyimiz xəbərə görə, monitorinqlərin nəticələri müntəzəm olaraq təhlil olunur, qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir.

ABŞ dollarının bahalaşması fonunda ölkəyə idxal olunan məhsulların qiymətindəki artımı başa düşmək olar. 

Amma hazırda müşahidə olunan qiymət artımı ABŞ dollarının bahalaşması sərhədlərini də keçib, yerli istehsal olan mal və məhsulların bahalaşması isə ümumiyyətlə anlaşılan deyil.

Bütün bunlar isə bəzi işbazların yaranmış fürsətdən istifadə edərək ölkədə xaos yaratmaq məqsədlərindən xəbər verir. 

Ölkə prezidenti İlham Əliyev sonuncu çıxışında da süni qiymət artımına yol verənlərin sərt şəkildə cəzalandırılacağının anonsunu vermişdi. 

Baş verənlər isə artıq bu istiqamətdə əməli addımların atıldığını düşünmək üçün əsaslar yaradır. Prosesin bundan sonra da davam edəcəyi və həbslər dalğasının davamlı olacağı isə istisna deyil. 

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6