serverin.biz

“MTN-İN QULDUR DƏSTƏSİNDƏN YAZMAMAQ XƏBƏRDARLIĞINI İLK DƏFƏ ƏLİ HƏSƏNOVDAN ALDIM”


 
Bu Xəbər 2017-07-22 11:01:10 əlavə olunmuş və 171 dəfə baxılıb.

“Meydanlardan səngərlərə qədər addım-addım yol keçən ayaqlarıma, düşmənə güllə atan əllərimə qandalı kimlərin vurdugu bəlli deyilmi?!”

“Milli orduya dəyəri milyonlarla ölçülən silah-sursat təhvil verən Ramiz Tagıyevin mükafatı, dəfələrlə həbs cəzası oldu”

 

Fb-NİN GÜNDƏMİNDƏN

Ramiz TAGİYEV

 
Əziz dostum Elxan Şükürlünün anasına yazdıgı məktubdan qədərincə təsirləndim. Elxana isə bunları söyləmək istəyirəm:
Dəyərli dost, başqa nə isə gözləyirdinmi?! Hər gün yüzlərlə ədalətsizlik, qanunsuzluqla qarşılaşdıgımız cəmiyyətdə, bir an belə olsun, sevinc yaşayacagıma heç inanmadım. Yəqin ki, keçdiyim mübarizə dolu həyat yolumdan, azacıq da olsa, məlumatlısan. Meydanlardan səngərlərə qədər addım-addım yol keçən ayaqlarıma, düşmənə güllə atan əllərimə qandalı kimlərin vurdugu bəlli deyilmi?! Haramdan uzaq olub, daima ədalətli olmagım mövcud iqtidarı nədən qəzəbləndirdi sualına bu gün də cavab tapa bilmirəm. Eldar Mahmudovun quldur dəstəsinə ilk olaraq etiraz etdiyimdə, xəbərdarlıgı məhz, bu gün bütün jurnalistlərin ədalətli bölgü gözlədiyi, prezidentin “əvəzolunmaz” köməkçisi Əli Həsənovdan aldım. Bunları lazım oldugu qədər tanıdıgımdan 15 il jurnalist fəaliyyətində oldugumuza baxmayaraq, mənzil almaq üçün nə özüm, nə də ki, qızım müraciət etdik. Ehtiyacımızı isə bilməmiş deyilsən… Ancaq istəsəydim, mənim də mənzil bölgüsünü aparan cənablar kimi, bir neçə villam olardı. 1990-93-‘cü illərdə Vətənin müdafiəsi üçün özümün  və ellilərimin vəsaiti ilə bir batalyon yaradıb, düşmənə layiq oldugu cavabı verə bildik. Təsəvvür etmək çətin olsa da, mən, hələ də müharibə veteranı sayılmıram. Milli orduya dəyəri milyonlarla ölçülən silah-sursat təhvil verən Ramiz Tagıyevin mükafatı, dəfələrlə həbs cəzası oldu ki, nəticədə evsiz-eşiksiz qalmış ailəm, imkansızlıq ucbaatından, kirayə mənzilləri sıralamaq zorunda qaldı. İllərlə mübarizə aparıb, MTN-nin quldur dəstəsini zamanında ifşa edən yüzlərlə yazıya imza atsam da, bundan xəbərdar olan, Eldar Mahmudovun qorxusundan gecələr yuxusu ərşə çəkilən iqtidar yetkililərindən bir təşəkkür kəlməsi belə eşitmədim. Əslində, məşhur atalar məsəlini “əzrayıl bala paylayır,mənimkinə dəyməsin”i  xatırlayıb, təskinlik tapdım…

Bax belə, əziz Dost! Qəm yemə və ümidini heç üzmə!

 
Bu gözəl Vətənimizdə ədalətin qələbə çalacagına hər zaman inanan,zalımların verdiyi mandatdan və hətta şəkərli diabet xəstələri üçün pulsuz verilən dərmanlardan imtina edən ,ömrünün yarısından çoxunu Millətinə təmənnasız xidmət etmiş:

Ramiz TAĞIYEV

 


P.S.əvəzi

Sərdar ƏLİBƏYLİ :

“Bu şəkildə Ramiz Tağıyev Babək Xürrəmini xatırlatdı mənə”

 

Ramiz Tağıyev: “Bu şəkil 1989-cu ildə Qəhrəman Culfa dəmiryolçularının SSRİ tarixində ilk dəfə keçirdikləri tətillər zamanı çəkilib.Bir çoxları artıq dünyalarını dəyişib.Tanrıdan onlara rəhmət diləyirəm.Yaşayanların Azərbaycanda ən gözəl ömür sürmək haqları olsa da,təəssüf ki,qəhrəmanlıq səlnaməsi yazmış bu gözəl insanlar layiq oldugu qiyməti almadılar.Məhz həmin qəhrəmanların fədakarlıgı nəticəsində SSRİ imperiyasının qarşısında Cənubi Azərbaycana gediş-gəliş haqqı qazandıq.Sizlərin qarşınızda baş əyirəm!Mənim dəyərli,Qəhrəman mübarizə dostlarım!!!”
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər DİGƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6