serverin.biz

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb


 
Bu Xəbər 2017-07-25 22:19:39 əlavə olunmuş və 251 dəfə baxılıb.

 AZEL.TV-ve Trend-ə istinadən məlumatına görə, ötən il Azərbaycanda 56648 nəfər (2015-ci ildə 54697 nəfər) dünyasını dəyişib. Ölənlərin 29924 nəfəri kişi, 26724 nəfəri qadın olub.

Ölüm hallarının səbəbləri arasında ilk yeri qan dövranı sistemi xəstəlikləri tutur.

2015-ci ildə ölkə üzrə ən çox ölümün qeydə alındığı qan dövranı sisteminin xəstəliklərindən 32825 nəfər dünyasını dəyişdiyi halda, 2016-cı ildə bu xəstəlikdən ölüm hallarının sayı 34093 nəfər olub. 2016-cı ildə qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişənlərin 17089 nəfəri qadın, 17004 nəfəri kişi olub.

Ölümün səbəbləri sırasında 2-c yeri tutan yenitörəmələrdən 2015-ci ildə 7278, 2016-cı ildə 8252 nəfər dünyasını dəyişib. Ötən il yenitörəmələrdən dünyasını dəyişənlərin 4632 nəfəri kişi, 3620 nəfəri qadın olub.

Ötən il eyni zamanda, endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından, sidik-cinsiyyət sisteminin xəstəliklərindən, tənəffüs sistemi xəstəliklərindən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüm halları çoxalıb.

2016-cı ildə Azərbaycanda endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından 1433 (2015-ci ildə 1264) nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1266 (2015-ci ildə 1136) nəfər, tənəffüs sistemi xəstəliklərindən 1815 (2015-ci ildə 1712) nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2731 (2015-ci ildə 2646) nəfər ölüb.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər SƏHİYYƏ xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6